AzTehsil.com


Xəbərlər
29 iyun 2018
3 607


Liseylərə qəbul qaydaları dəyişib, təhsil müddəti azaldılıb



Liseylərə qəbul qaydaları dəyişib, təhsil müddəti azaldılıb

 

 
 
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Hərbi Liseydə təhsil müddəti azaldılıb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin  "Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”nin və "Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.

İndiyə qədər bu liseylərdə təhsil müddəti 3 il olub və ümumi orta (IX sinif), tam orta (X-XI siniflər) təhsil səviyyələrini əhatə edib. Liseylərin IX sinfinə 15 sentyabr tarixinədək 14 yaşı tamam olmuş və 16 yaşı tamam olmamış VIII sinfi bitirmiş oğlanlar qəbul ediliblər. Liseylərə qəbul müdafiə naziri tərəfindən təsdiq edilən "Xüsusi təyinatlı tam orta təhsil müəssisələrinin fəaliyyətinin təşkili haqqında Təlimat”a uyğun olaraq həyata keçirilib.  Dəyişikliyə əsasən liseylərdə təhsil müddəti 2 il olacaq və ümumi təhsil pilləsinin tam orta (X-XI siniflər) təhsil səviyyəsini əhatə edəcək. Müvafiq olaraq liseylərin X sinfinə 15 sentyabr tarixinədək 15 yaşı tamam olmuş və 17 yaşı tamam olmamış IX sinfi bitirmiş oğlanlar qəbul ediləcəklər. Liseylərə daxil olmaq üçün namizədlərin seçilməsi Müdafiə Nazirliyi tərəfindən onların sağlamlıq vəziyyətinin müayinəsi nəticələrinə əsasən aparılacaq. Liseylərə qəbul biliyin qiymətləndirilməsi üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda namizədlərin əldə etdikləri nəticələrə əsasən həyata keçiriləcək.

İndiyə qədər liseylərin rəisi liseyə dövlət qulluqçusu olmayan mülki şəxsləri Əmək Məcəlləsinin tələblərinə müvafiq olaraq işə qəbul və işdən azad edib. Bundan sonra isə liseylərin rəisi mülki işçiləri Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, Müdafiə Nazirliyində təhsilin təşkilinə cavabdeh olan yuxarı idarəetmə orqanının rəhbəri ilə razılaşdırdıqdan sonra işə qəbul və işdən azad edə biləcək.

Dəyişikliyə əsasən liseylərin Müdafiə Nazirliyinin və Liseyin fəaliyyəti ilə bağlı redaksiya-nəşriyyat işlərini həyata keçirmək vəzifəsi ləğv edilib.
 

Liseylərə qəbul qaydaları dəyişib, təhsil müddəti azaldılıb

 





Загрузка...
Həmçinin oxuyun:
Şəxsiyyət vəsiqələrinin müddəti ilə bağlı dəyişiklik- Yanvarın 1-dən...

Şəxsiyyət vəsiqələrinin müddəti ilə bağlı dəyişiklik- Yanvarın 1-dən...

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Bu gündən 6 yaşı tamam olmayan uşaqların məktəbə qəbulu üçün müsabiqə başlayıb

Bu gündən 6 yaşı tamam olmayan uşaqların məktəbə qəbulu üçün müsabiqə başlayıb

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

Xüsusi istedada malik uşaqların I sinfə qəbulu üzrə müsabiqə başa çatıb

Xüsusi istedada malik uşaqların I sinfə qəbulu üzrə müsabiqə başa çatıb

Buraxılış imtahanlarının vaxtı məlum olub

Buraxılış imtahanlarının vaxtı məlum olub

6 yaşı tamam olmayan uşaqlar da birinci sinfə  gedəcəklər.

6 yaşı tamam olmayan uşaqlar da birinci sinfə gedəcəklər.

I sinfə qəbul qaydalarında ediləcək yeniliklər açıqlanıb

I sinfə qəbul qaydalarında ediləcək yeniliklər açıqlanıb

Yeni tədris ilində 6 yaşı tamam olmayan uşaqların I sinfə qəbul qaydası açıqlandı

Yeni tədris ilində 6 yaşı tamam olmayan uşaqların I sinfə qəbul qaydası açıqlandı

Bu müəllimlər işdən çıxarılacaq

Bu müəllimlər işdən çıxarılacaq

VALİDEYNLƏRİN NƏZƏRİNƏ: SABAHDAN 1-Cİ SİNFƏ QƏBUL BAŞLAYIR - BU ŞƏHƏRDƏ

VALİDEYNLƏRİN NƏZƏRİNƏ: SABAHDAN 1-Cİ SİNFƏ QƏBUL BAŞLAYIR - BU ŞƏHƏRDƏ

Beynəlxalq Mülki müdafiə gününə həsr edilmiş tədbir keçirilib

Beynəlxalq Mülki müdafiə gününə həsr edilmiş tədbir keçirilib

Müəllimlər işdən çıxarılacaq

Müəllimlər işdən çıxarılacaq

Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəb - liseydə ƏLİFBA BAYRAMI keçirilib

Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəb - liseydə ƏLİFBA BAYRAMI keçirilib

Hazırlıq kurslarına qəbul abutiriyentləri hərbi xidmətdən azad edəcək?..

Hazırlıq kurslarına qəbul abutiriyentləri hərbi xidmətdən azad edəcək?..

Daxili Qoşunların Ali Hərbi Məktəbinə növbəti tədris ili üçün tələbə qəbulu qaydaları açıqlanıb

Daxili Qoşunların Ali Hərbi Məktəbinə növbəti tədris ili üçün tələbə qəbulu qaydaları açıqlanıb

Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti

Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti

Təhsil Nazirliyinin səlahiyyəti artırılıb

Təhsil Nazirliyinin səlahiyyəti artırılıb

6 yaşı tamam olmayan 6810 uşaq elektron qeydiyyatdan keçib

6 yaşı tamam olmayan 6810 uşaq elektron qeydiyyatdan keçib

Ali məktəblərdə yeni kredit sistemi ilə tədrisin təşkili proseduru qüvvəyə minib

Ali məktəblərdə yeni kredit sistemi ilə tədrisin təşkili proseduru qüvvəyə minib

IX sinfi bitirə bilməyənlər üçün növbəti İMTAHAN

IX sinfi bitirə bilməyənlər üçün növbəti İMTAHAN

Tələbə qəbulu planını Nazirlər Kabineti müəyyən edəcək

Tələbə qəbulu planını Nazirlər Kabineti müəyyən edəcək

Əmək müqavilələrinin müddəti dəyişdirilir

Əmək müqavilələrinin müddəti dəyişdirilir

Prezident İlham Əliyev  təhsil haqqında qanuna edilən dəyişiklikləri təsdiqlədi

Prezident İlham Əliyev təhsil haqqında qanuna edilən dəyişiklikləri təsdiqlədi