AzTehsil.com


Xəbərlər / Abituriyent
20 may 2018
2 469


Bu gün 33139 abituriyent imtahan verəcək



 Bu gün 33139 abituriyent imtahan verəcək

 


Dövlət İmtahan Mərkəzi (DİM) mayın 20-də 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.


Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.


Bildirilib ki, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 62 binada aparılacaq. İmtahanların idarə olunmasına 229 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2603 nəzarətçi-müəllim cəlb olunacaq.


Bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılmış, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün "stasionar metal axtaran aparat”lar quraşdırılmışdır. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.


Məlumat üçün bildirək ki, imtahanda 33139 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 28055 abituriyent I qrup üzrə, 5084 abituriyent IV qrup üzrə imtahan verəcək.


Abituriyentlərdən 30356 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 25841, IV qrup üzrə 4515 nəfər), 2783 nəfəri isə rus bölməsinin (I qrup üzrə 2214, IV qrup üzrə 569 nəfər) məzunudur. Abituriyentlərin 20108 nəfəri oğlanlar (I qrup üzrə 18554 nəfər, IV qrup üzrə 1554 nəfər), 13031 nəfəri isə qızlardır (I qrup üzrə 9501 nəfər, IV qrup üzrə 3530 nəfər). 26675 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 6464 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 81 nəfər ali təhsil müəssisələrinin, 828 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 137 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1962-ci ildən, ən gənci isə 2003-ci ildəndir.


Bakı şəhərində 15077, Naxçıvanda 975, Gəncədə 3438, Sumqayıtda 2162, Mingəçevirdə 1555, Şəkidə 2029, Bərdədə 1193, Göyçayda 1492, Şirvanda 1739, Lənkəranda 1983, Xaçmazda isə 1496 abituriyentin imtahan verəcəyi gözlənilir.


İmtahanın gedişini işıqlandırmaq üçün 55-dək KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.


Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər aprelin 30-dan etibarən DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası” da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.


İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- "İmtahana buraxılış vərəqəsi".
- 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkli olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).


Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.


İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.


İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün «Space» telekanalında canlı yayımlanan "Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda DİM-in internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.
 
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək
 

 Bu gün 33139 abituriyent imtahan verəcək

 





Загрузка...
Həmçinin oxuyun:
Sabah I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Sabah I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

İyulun 22-i keçirilən qəbul imtahanlarında 27961 abituriyent iştirak edəcək

İyulun 22-i keçirilən qəbul imtahanlarında 27961 abituriyent iştirak edəcək

DİM sabah 34 mindən çox abituriyenti imtahan edəcək

DİM sabah 34 mindən çox abituriyenti imtahan edəcək

Ölkənin 11 şəhər və rayonunda 34041 abituriyent II və III qrup üzrə qəbul imtahanı verəcək – 14 İYULDA HƏLLEDİCİ GÜN

Ölkənin 11 şəhər və rayonunda 34041 abituriyent II və III qrup üzrə qəbul imtahanı verəcək – 14 İYULDA HƏLLEDİCİ GÜN

Sabah ali məktəblərə ilk qəbul imtahanı keçiriləcək - Saatlar qaldı

Sabah ali məktəblərə ilk qəbul imtahanı keçiriləcək - Saatlar qaldı

Aprelin 30-da ali məktəblərə ilk qəbul imtahanı keçiriləcək

Aprelin 30-da ali məktəblərə ilk qəbul imtahanı keçiriləcək

I və IV ixtisas qrupları üzrə 30239 abituriyent imtahan verəcək

I və IV ixtisas qrupları üzrə 30239 abituriyent imtahan verəcək

27961 nəfər abituriyent I və IV qrup üzrə qəbul imtahanı verəcək – ŞƏNBƏ GÜNÜ BÖYÜK HƏYƏCAN

27961 nəfər abituriyent I və IV qrup üzrə qəbul imtahanı verəcək – ŞƏNBƏ GÜNÜ BÖYÜK HƏYƏCAN

İmtahan başa çatdı

İmtahan başa çatdı

55 yaşlı abituriyent də bu gün imtahan verəcək

55 yaşlı abituriyent də bu gün imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM)  2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

56 yaşlı abituriyent də özünü sınayacaq... - Diqqət, imtahan var

56 yaşlı abituriyent də özünü sınayacaq... - Diqqət, imtahan var

DİM: 6 mindən çox abituriyent Azərbaycan dili imtahanlarında iştirak edəcək

DİM: 6 mindən çox abituriyent Azərbaycan dili imtahanlarında iştirak edəcək

Sabah 36 mindən çox şagird imtahan verəcək

Sabah 36 mindən çox şagird imtahan verəcək

36 mindən çox 9-cu sinif şagirdi buraxılış imtahanı verəcək

36 mindən çox 9-cu sinif şagirdi buraxılış imtahanı verəcək

DİM iyulun 5-i 26709 nəfərlik imtahan keçirəcək

DİM iyulun 5-i 26709 nəfərlik imtahan keçirəcək

Sabah 5-ci qruplara və kolleclərə qəbul imtahanaı keçiriləcək

Sabah 5-ci qruplara və kolleclərə qəbul imtahanaı keçiriləcək

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək

Bugünkü imtahanda qayda pozan abituriyentlərin nəticələri ləğv olundu

Bugünkü imtahanda qayda pozan abituriyentlərin nəticələri ləğv olundu

DİM iyulun 14-ü imtahan verən abituriyentlərə müraciət etdi

DİM iyulun 14-ü imtahan verən abituriyentlərə müraciət etdi

Sabah rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək

Sabah rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək

İyunun 23-də keçiriləcək növbəti buraxılış imtahanlarında 57088 şagirdin iştirakı nəzərdə tutulur

İyunun 23-də keçiriləcək növbəti buraxılış imtahanlarında 57088 şagirdin iştirakı nəzərdə tutulur

Bu abituriyentlər imtahandan QOVULDU

Bu abituriyentlər imtahandan QOVULDU

DİM imtahanda iştirak edə bilməyənlərə şans verdi - Yenidən imtahan keçiriləcək - AÇIQLAMA

DİM imtahanda iştirak edə bilməyənlərə şans verdi - Yenidən imtahan keçiriləcək - AÇIQLAMA