Maaşından şikayətlənən müəllim qandallandı - VİDEO
ABŞ-ın Luiziana ştatında maraqlı hadisə yaşanıb.
Aztəhsil.com xarici mətbuata istinadən xəbər verir ki, müəllim qandallanaraq məktəb iclasından çıxarılıb.
Məlumatına görə, ingilis dili müəlliməsi Deyşa Xarqreyvin iclasda çıxış edərək maaşından şikayətlənməsi onun qandallanmasına səbəb olub.
Ona şikayətin müəyyən olunmuş qaydaya uyğun olaraq edilmədiyi bildirilib və polis əməkdaşı tərəfindən qandallanaraq məktəb binasından çıxarılıb.