Xəbərlər / İKT / Texnologiya
28 noyabr 2017
2 238


Whatsappdan Yenilik - SƏSLİ MESAJDA...

Whatsappdan Yenilik - SƏSLİ MESAJDA...

"WhatsApp" daha bir yeniliyin tətbiqinə başlayıb.


Aztəhsil.com xəbər verir ki, sosial şəbəkə uzun müddətdir tətbiq etdiyi səsli mesaj xidmətini yeniləyib.

 

Yeni versiyada artıq səsli mesaj göndərmək daha asan olacaq.


Bunun üçün səs yazısına başlayanda "mikrofon” işarəsini sıxmaq (əvvəlki versiyada düymə daim sıxılı vəziyyətdə qalmalı idi ), səsi qeydə aldıqdan sonra isə göndər işarəsini seçmək kifayətdir. Hazırda bu yenilik sadəcə İOS istifadəçilərinin xidmətindədir.


Qeyd edək ki, yaxın zamanda Android istifadəçiləri də bu yenilikdən istifadə edə biləcək.

Məqalə Göndər








Загрузка...