Xəbərlər
23 aprel 2022
978

İmtahan nəticələri açıqlandı: 15 nəfər qayda pozdu, 300 bal yığan olmadı

Dövlət İmtahan Mərkəzi tərəfindən 3 aprel 2022-ci il tarixində keçirilən imtahanların nəticələri elan edilib.

İmtahan nəticələri saat 15:20-dən etibarən DİM saytına yerləşdirilib.

İmtahan növləri:

1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı.

1-3-cü kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələrini verilən keçiddən https://eservices.dim.gov.az/2022/netbak1/ öyrənə bilərlər.

4-6-cı kateqoriyaya aid olan şagirdlər isə imtahana nəticələrini öyrənmək üçün bu keçiddən https://eservices.dim.gov.az/2022/netorta/ istifadə etməlidirlər.

Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (“Azercell”, “Bakcell”, “Nar”, “Naxtel”) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Bu imtahanlarda iştirakı nəzərdə tutulan 26128 nəfərdən 2115 nəfər imtahana gəlməyib. 15 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

İmtahanda bir nəfər - Akademik Zərifə Əliyeva adına liseyin 2018-ci il məzunu - 290 bal toplayıb.

Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 4 may 2022-ci il tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 26-28 aprel tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin (şagirdin) iştirakı vacibdir. Bir iştirakçının ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər (şagirdlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 20%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. DİM-dən abituriyentlərin nəzərinə çatdırılıb ki, bu tip müraciətlərə baxılmayacaq.

Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
DİM: İmtahan nəticələrinin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur

Kollecdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ: Qəbul imtahanının vaxtı məlum oldu

Kollecdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ: Qəbul imtahanının vaxtı məlum oldu

İyunun 30-da keçirilən imtahanların nəticələri elan olundu

İyunun 30-da keçirilən imtahanların nəticələri elan olundu

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

DİM tərəfindən iyulun 1-də və 2-də keçiriləcək imtahanların siyahısı açıqlanıb

DİM tərəfindən iyulun 1-də və 2-də keçiriləcək imtahanların siyahısı açıqlanıb

Üzrlü səbəbdən imtahanda iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanı keçiriləcək

Üzrlü səbəbdən imtahanda iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanı keçiriləcək

İyulun 10-da keçirilən imtahanların nəticələri elan olundu

İyulun 10-da keçirilən imtahanların nəticələri elan olundu

İyulun 1-də və 2-də DİM tərəfindən bu imtahanlar keçiriləcək-SİYAHI

İyulun 1-də və 2-də DİM tərəfindən bu imtahanlar keçiriləcək-SİYAHI

10 iyul tarixində əvvəlki illərin məzunları üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək

10 iyul tarixində əvvəlki illərin məzunları üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək

Abituriyentlərin NƏZƏRİNƏ: İmtahanların vaxtı dəyişdirildi

Abituriyentlərin NƏZƏRİNƏ: İmtahanların vaxtı dəyişdirildi

DİM 26 mindən çox abituriyent üçün qəbul imtahanı keçirəcək

DİM 26 mindən çox abituriyent üçün qəbul imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi aprelin 3-də növbəti imtahanlar keçirəcək

Dövlət İmtahan Mərkəzi aprelin 3-də növbəti imtahanlar keçirəcək

Bu gün universitetlərə qəbul imtahanı keçiriləcək

Bu gün universitetlərə qəbul imtahanı keçiriləcək

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının tarixləri elan olunub

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının tarixləri elan olunub

DİM avqust ayınında keçiriləcək imtahanların siyahısını elan edib

DİM avqust ayınında keçiriləcək imtahanların siyahısını elan edib

Aprelin 28-də keçiriləcək imtahanlarda iştirak edənlərin nəzərinə!

Aprelin 28-də keçiriləcək imtahanlarda iştirak edənlərin nəzərinə!

Əvvəlki illərin məzunları "buraxılış"da hansı dildən imtahan verəcəklər? - Qaydalar

Əvvəlki illərin məzunları "buraxılış"da hansı dildən imtahan verəcəklər? - Qaydalar

Bu gün 9000-dən çox şəxs imtahan verəcək

Bu gün 9000-dən çox şəxs imtahan verəcək

İmtahan və tədbirlərin tarixləri - TƏQVİM

İmtahan və tədbirlərin tarixləri - TƏQVİM

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Əvvəlki illərin məzunları "buraxılış"da hansı dildən imtahan verəcəklər? - Qaydalar

Əvvəlki illərin məzunları "buraxılış"da hansı dildən imtahan verəcəklər? - Qaydalar

DİM İmtahanların nəticələrini  açıqlayıb

DİM İmtahanların nəticələrini açıqlayıb

DİM imtahanlarda iştirak edəcək şəxslərə müraciət edib

DİM imtahanlarda iştirak edəcək şəxslərə müraciət edib