Xəbərlər
15 aprel 2022
1 432


Tələbə qızı intihara sevgilisi məcbur edibmiş - “Bir saat vaxtın var, yoxsa...”


Ötən ilin may ayında Şəkidə tələbə qızın intiharının səbəbləri məlum olub.


“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, rayonun kəndlərindən birində 2001-ci il təvəllüdlü Məlahət Quliyevanın (ad və soyad şərtidir) özünü asaraq intihar etməsi ilə bağlı açılmış cinayət işinin istintaqı zamanı dəhşətli faktlar üzə çıxıb.


Məlum olub ki, universitet tələbəsi olan Məlahəti sinif yoldaşı olmuş və 2019-cu ildən sevgi münasibətləri yaranan İsmayıl Rəhimov özünü öldürmə həddinə çatdırıb. Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə açılmış işin araşdırılması zamanı üzə çıxan faktlar səbəbindən İsmayıl Rəhimov həbs edilib.


Araşdırmalar zamanı Məlahətin telefonundakı son yazışmalar istintaqın diqqətini cəlb edib. Məlum olub ki, 20 yaşlı qız başqası ilə ailə həyatı quracağını dedikdən sonra oğlan tərəfindən şantaj edilib. Mayın 10-da İsmayıl ardıcıl mesajlar yazaraq Məlahəti təhqir edib, onun intihar etməsini tələb edib. Əks halda sevgili kimi görüşdükləri vaxt çəkdiyi görüntüləri Məlahətin atasına və qardaşına göndərəcəyini deyib.


İsmayıl hədələrinin real olmasını göstərmək məqsədilə vaxtilə çəkdiyi görüntüləri “WhatsApp” proqramı vasitəsilə mayın 12-də ona göndərib: “Mən bu videoları qardaşına, atana göndərdikdən sonra onlar özləri sənin başını kəsəcəklər. Yaxşısı budur, 1 saat ərzində özün özünü öldür”.


Həmin gün onlar arasındakı yazışmalar saat 12:25-dən 13:47-dək davam edib. Bu zaman (saat 13:21-də) Məlahət İsmayıldan 1 gün vaxt istəsə də, İsmayıl bununla razılaşmayıb və israrla onun intihar etməsini tələb edib. 15 dəqiqə sonra isə İsmayıl Məlahətə “45 dəqiqə vaxtın qaldı” yazaraq hədələrinin şiddətini daha da artırıb.


İsmayılın onun görüntülərini yayacağı ilə bağlı hədələrini gerçəkləşdirəcəyi təqdirdə biabır olacağını yəqin etməsi səbəbindən yaranmış emosional gərginlik halında autoaqressiv davranış nümayiş etdirən Məlahət həmin gün saat 14 radələrində yaşadığı evin həyətində xurma ağacından özünü asaraq həyatına son qoyub.


Şəki Rayon Məhkəməsi İsmayıl Rəhimovun 7 il müddətinə həbs edilməsinə qərar verib.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Tarix müəllimi özünü mal tövləsinin çardağından asaraq intihar etdi - Zaqatalada dəhşətli hadisə

Tarix müəllimi özünü mal tövləsinin çardağından asaraq intihar etdi - Zaqatalada dəhşətli hadisə

Abşeronda məktəb direktorunun müavini intihar etdi - TƏFƏRRÜATLAR

Abşeronda məktəb direktorunun müavini intihar etdi - TƏFƏRRÜATLAR

Elina Hacıyevanın qəbri təhqir edilib

Elina Hacıyevanın qəbri təhqir edilib

Baş Prokurorluq intihar edən müəllimlə bağlı cinayət işi açıb

Baş Prokurorluq intihar edən müəllimlə bağlı cinayət işi açıb

Lökbatanda məktəblilərin intiharı ilə bağlı cinayət işi açıldı

Lökbatanda məktəblilərin intiharı ilə bağlı cinayət işi açıldı

Tələbə qızın meyiti tapıldı

Tələbə qızın meyiti tapıldı

Şagirdin intihar etdiyi məktəbin direktoruna HÖKM OXUNDU - Ev dustağı olacaq

Şagirdin intihar etdiyi məktəbin direktoruna HÖKM OXUNDU - Ev dustağı olacaq

Məktəb direktoru şagirdin intiharından danışdı - "SONUNCU DƏFƏ..."

Məktəb direktoru şagirdin intiharından danışdı - "SONUNCU DƏFƏ..."

Elina Hacıyevanın işi üzrə məhkəmə yeni qərar verib

Elina Hacıyevanın işi üzrə məhkəmə yeni qərar verib

Elinanın intiharı ilə bağlı məktəb direktoru ifadə verir

Elinanın intiharı ilə bağlı məktəb direktoru ifadə verir

Apelyasiya şikayəti verildi

Apelyasiya şikayəti verildi

Məhkəmə tələbə qızı özünü öldürmə həddinə çatdırmaqda təqsirləndirilən şəxsə bəraət verib

Məhkəmə tələbə qızı özünü öldürmə həddinə çatdırmaqda təqsirləndirilən şəxsə bəraət verib

Elinanın intiharı ilə bağlı məktəb direktoru ifadə verir

Elinanın intiharı ilə bağlı məktəb direktoru ifadə verir

Nərmin Quliyevanın cinayət işinin istintaqı yekunlaşdı - RƏSMİ

Nərmin Quliyevanın cinayət işinin istintaqı yekunlaşdı - RƏSMİ

Samuxda tələbə qız intihar edib

Samuxda tələbə qız intihar edib

11-ci sinifdə oxuyan qız özünü güllələdi - Azərbaycanda

11-ci sinifdə oxuyan qız özünü güllələdi - Azərbaycanda

Azərbaycanda tələbə qız özünü dənizə ataraq intihar edib

Azərbaycanda tələbə qız özünü dənizə ataraq intihar edib

Məktəbli qızın qətlində təqsirləndirilən şəxsin məhkəməsinin vaxtı məlum olub

Məktəbli qızın qətlində təqsirləndirilən şəxsin məhkəməsinin vaxtı məlum olub

İntihar edən məktəbli qızların valideynləri: “Şəkil üçün ora çıxıblar” – VİDEO

İntihar edən məktəbli qızların valideynləri: “Şəkil üçün ora çıxıblar” – VİDEO

Ağdamda 11-ci sinif şagirdi intihar edib - “Mənsur dərsdən evə gəlib…”

Ağdamda 11-ci sinif şagirdi intihar edib - “Mənsur dərsdən evə gəlib…”

Ağdaşda 7-ci sinif şagirdinin intiharında "Mavi Balina" izi

Ağdaşda 7-ci sinif şagirdinin intiharında "Mavi Balina" izi

Məktəbli qızın intihar cəhdi ilə bağlı - Rəsmi açıqlama

Məktəbli qızın intihar cəhdi ilə bağlı - Rəsmi açıqlama

Molla yanına gedən şagirdin DƏHŞƏTLİ SONU: “Peyğəmbərimin yanına gedirəm"

Molla yanına gedən şagirdin DƏHŞƏTLİ SONU: “Peyğəmbərimin yanına gedirəm"

Baş Prokurorluğ Bakıda müəllimin intiharı ilə bağlı məlumat yayıb

Baş Prokurorluğ Bakıda müəllimin intiharı ilə bağlı məlumat yayıb