DİM: Buraxılış imtahanılarının nəticələrindən narazı qalan 5905 şagird qeydiyyatdan keçib
Dövlət İmtahan Mərkəzi (DİM) 5-6 mart tarixli buraxılış imtahanlarının nəticələrini açıqladıqdan sonra məlum oldu ki, xeyli abituriyent aldığı qiymətlərdən narazıdır.
Narazılıqlar əsasən yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesindəndir. Bir çox şagirdlər açıq sualların cavablarına verilən qiymətlərin obyektiv olmadığını, aşağı bal yazıldığını iddia ediblər.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10, riyaziyyat fənnindən 7, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq tipli sual təqdim olunub.
Nəticələrdən narazı olan şagirdlər 4-6 aprel tarixlərində apellyasiya şikayəti veriblər.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 11 aprel tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, 5-6 mart tarixlərində keçirlmiş buraxılış imtahanılarının nəticələrindən narazı qalan 5905 şagird qeydiyyatdan keçib.
Təhsil ekspertləri bunu rekord göstərici hesab edirlər. Bildirilir ki, son illər imtahların nəticələrindən hələ bu qədər narazılıq qeydə alınmamışdı.