AzTehsil.com


Xəbərlər / Saglam həyat
02 aprel 2022
991


Vaksin pandemiyadan sonra da bizimlə olacaq? - AÇIQLAMA




“Türkiyənin koronavirusa qarşı yerli vaksini olan “TURKOVAC”ın 3-cü faza sınaqlarının Azərbaycanda aparılması davam edir.


Proses hazırda sənədləşmə mərhələsindədir. Sınaqların 15 ay davam edəcəyi bildirilib”.


Bu barədə Modern.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, bu, vaksinin uzunmüddətli dövrü əhatə edəcəyi anlamına gəlmir:


“TURKOVAC” bizim qardaş ölkənin brendi olan koronavirus əleyhinə vaksindir. Vaksinin Azərbaycanda sınaqdan keçirilməsi o demək deyil ki, mütləq istifadə olunacaq. Həmin vaksin bir neçə ölkədə sınaqdan keçdikdən sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən beynəlxalq sertifikat alacaq. Ondan sonra vaksin dünyanın hər yerində istifadə edilmək hüququ qazanacaq. Bu o demək deyil ki, 15 ay sonra bizdə koronavirus olacaq, vaksinasiya davam etdiriləcək.


Vaksin hazırlanır və qeydiyyatdan keçiriləcək. Nə vaxtsa ehtiyac yaranarsa, istifadə olunacaq. Allah elə etsin ki, heç bir vaksinə ehtiyac olmasın. Ancaq heç kim deyə bilməz ki, bir ildən, üç ildən sonra virusun başqa mutasiyası çıxmayacaq. Yaxud Afrikada, Avstraliyada yayılmayacaq. Bunlar olsa, “TURKOVAC”dan istifadə olunacaq. Türkiyə qardaş ölkədir, buna görə də Azərbaycanda bu vaksinin sınaqdan keçirilməsi normaldır”.


Parlamentari vaksinasiyanın mövsümi xarakter daşıyıb-daşımayacağı barədə də fikirlərini bölüşüb:


“Mən hesab edirəm ki, pandemiya bitəndən sonra vaksinasiya könüllük əsasında təklif olunacaq. Qrip virusuna görə əhali mövsümi olaraq payız-qış aylarında vaksinasiyadan könüllü keçir. Koronavirus əleyhinə vaksin üçün də dövlət vəsaiti hesabına şərait yaradılacaq. Ancaq pandemiya yenidən kütləvi şəkildə yayılsa, vaksin məcburi də ola bilər. Təbii ki, bunu heç kim arzulamır”.


Qeyd edək ki, Azərbaycanda “TURKOVAC”ın 3-cü faza kliniki sınaqları ilə bağlı martın 9-da Türk Sağlamlıq İnstitutlarının prezidenti Erhan Akdoğanla (TÜSEB) Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov arasında protokol imzalanıb




Загрузка...
Həmçinin oxuyun:
Koronavirusa qarşı vaksinin Milli peyvənd təqviminə daxil olacağı istisna edilmir

Koronavirusa qarşı vaksinin Milli peyvənd təqviminə daxil olacağı istisna edilmir

Daha bir ölkədə beş yaşdan yuxarı uşaqlara koronavirus peyvəndi vurulacaq

Daha bir ölkədə beş yaşdan yuxarı uşaqlara koronavirus peyvəndi vurulacaq

“İnsanlar öz istəyi ilə dördüncü dozanı vurdura bilər” - MÜSAHİBƏ

“İnsanlar öz istəyi ilə dördüncü dozanı vurdura bilər” - MÜSAHİBƏ

Vaksinin üçüncü dozasını vurduranlar xəstəliyi 20 dəfəyə qədər yüngül keçirir - İnfeksionist

Vaksinin üçüncü dozasını vurduranlar xəstəliyi 20 dəfəyə qədər yüngül keçirir - İnfeksionist

Azərbaycanda uşaqlar arasında yoluxucu virus yayıldı - XƏBƏRDARLIQ

Azərbaycanda uşaqlar arasında yoluxucu virus yayıldı - XƏBƏRDARLIQ

Yayda vaksin vurdurmaq olar? - AÇIQLAMA

Yayda vaksin vurdurmaq olar? - AÇIQLAMA

İyunun 1-dən sonra yumşaldılmalar olacaq? - Rəsmi açıqlama

İyunun 1-dən sonra yumşaldılmalar olacaq? - Rəsmi açıqlama

Vaksin olunmayan müəllimlərin maaşları kəsiləcək? - AÇIQLAMA

Vaksin olunmayan müəllimlərin maaşları kəsiləcək? - AÇIQLAMA

Nə üçün 3-cü doza vaksin vacibdir? - ARAŞDIRMA

Nə üçün 3-cü doza vaksin vacibdir? - ARAŞDIRMA

Azərbaycanda vaksin olunan və olunmayan müəllimlərin sayı AÇIQLANDI

Azərbaycanda vaksin olunan və olunmayan müəllimlərin sayı AÇIQLANDI

Nə vaxtadək maska taxacağıq? - TƏBİB-dən AÇIQLAMA

Nə vaxtadək maska taxacağıq? - TƏBİB-dən AÇIQLAMA

"Kovid peyvəndi olunan uşaqlarda fəsadlar yaranacaq" - Həkimdən İDDİA

"Kovid peyvəndi olunan uşaqlarda fəsadlar yaranacaq" - Həkimdən İDDİA

Azərbaycan 3-cü dalğadan kənar qala bilər - Tanınmış alim

Azərbaycan 3-cü dalğadan kənar qala bilər - Tanınmış alim

Maskadan istifadə məcburiyyəti aradan qaldırılır? - Bu tarixdən etibarən ...

Maskadan istifadə məcburiyyəti aradan qaldırılır? - Bu tarixdən etibarən ...

Cəsarət Valehov: Valideynlərinin vaksin olunması ilə bağlı...

Cəsarət Valehov: Valideynlərinin vaksin olunması ilə bağlı...

Rəşid Mahmudov: Ölkədə ayrı virus yayılıb, bu, koronavirus deyil

Rəşid Mahmudov: Ölkədə ayrı virus yayılıb, bu, koronavirus deyil

Səhiyyə nazirinin müavinindən əhaliyə MÜRACİƏT

Səhiyyə nazirinin müavinindən əhaliyə MÜRACİƏT

Vaksindən sonra baş, əzələ ağrıları, qızdırma ... - Ramin Bayramlıdan AÇIQLAMA

Vaksindən sonra baş, əzələ ağrıları, qızdırma ... - Ramin Bayramlıdan AÇIQLAMA

40 yaşdan yuxarı şəxslərin nəzərinə

40 yaşdan yuxarı şəxslərin nəzərinə

Vaksin nə qədər effektlidirsə, yan təsirləri də bir o qədər çoxdur - İnfeksionist

Vaksin nə qədər effektlidirsə, yan təsirləri də bir o qədər çoxdur - İnfeksionist

"Sinovac" vurduranların NƏZƏRİNƏ - AÇIQLAMA

"Sinovac" vurduranların NƏZƏRİNƏ - AÇIQLAMA

Valideynlərdən vaksin sənədi tələb edilirmi?

Valideynlərdən vaksin sənədi tələb edilirmi?

Yaqut Qarayeva: Ehtiyac yaranarsa, azyaşlı uşaqların COVID-19 əleyhinə peyvəndlənməsinə başlanıla bilər

Yaqut Qarayeva: Ehtiyac yaranarsa, azyaşlı uşaqların COVID-19 əleyhinə peyvəndlənməsinə başlanıla bilər

Vaksinin hər iki dozasını qəbul etdikdən sonra yoluxmaqdan qorxmayın — TƏBİB RƏSMİSİ

Vaksinin hər iki dozasını qəbul etdikdən sonra yoluxmaqdan qorxmayın — TƏBİB RƏSMİSİ