AzTehsil.com


Xəbərlər
06 mart 2022
1 365


Azərbaycanın ali məktəblərinin təhsil verdiyi məzunlar hələ də xarici ölkələrdə diplomlarının tanınması və işə düzəlməkdə çətinlik çəkirlər.




Təhsil səviyyəsi aşağıdırsa, əcnəbilər niyə təhsil üçün Azərbaycanı seçməlidir?

6 mart, 2022 [11:42]

Təhsil səviyyəsi aşağıdırsa, əcnəbilər niyə təhsil üçün Azərbaycanı seçməlidir?

2021-2022-ci tədris ili üzrə ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 101 ölkədən 7400-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan tələbə təhsil alır. Təhsil Nazirliyinin məlumatına görə, əcnəbi tələbələr Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Suriya, Hindistan, Pakistan, Çin və digər ölkələri təmsil edir. Çox zaman xaricdə təhsil almağı seçənlər Azərbaycanda təhsil səviyyəsinin aşağı olduğunu qeyd edirlər. Azərbaycanda təhsil səviyyəsi aşağıdırsa, o zaman əcnəbilər niyə təhsil üçün Azərbaycanı seçməlidir?


Təhsil eksperti Nadir İsrafilov  bildirib ki, mövcud reallıqlar ölkə başçısının 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda kifayət qədər öz əksini tapıb. Bu mühim sənəddəki təhlillər göstərir ki, təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur, dövlət təhsil müəssisələri maliyyə müstəqilliyinə malik deyil. Bununla yanaşı, təhsil müəssisələrinin rəhbərliyi tədrisin nəticələrinə görə ciddi məsuliyyət daşımır və s. Bütün bunlar nəzərə alınaraq, təhsil sisteminin institusional əsaslarınnın, infrastrukturunun inkişaf etdirilməsi, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulmasının zəruriliyi önə çəkilib.



O ki, qaldı əcnəbi tələbələrin təhsil almaq üçün Azərbaycanı seçmələrinə, ekspert bildirib ki, bu hər şeydən əvvəl təhsilin keyfiyyəti ilə deyil, daha çox Boloniya bəyannaməsinə üzv dövlətlərin hamısı üçün tətbiqi zəruri olan prinsiplərin həyata keçirilməsi ilə əlaqədardır. Yəni, ikipilləli ali təhsilə keçid, kredit sisteminin tətbiqi, təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi, tələbə və müəllim mobilliyinin genişləndirilməsi, diploma əlavələrin Avropa ölkələrinin ali təhsil haqqında müvafiq sənədlərinə uyğunlaşdırılması, məzunların işlə təminatına nail olunması və s.


Ekspert vurğulayıb ki, bu illər ərzində təhsil sahəsində beynəlxalq əməkdaşlıq, ölkələrarası müqavilələrə uyğun olaraq təhsillə bağlı birgə tədbirlərin həyata keçirilməsi, təhsil sahəsində beynəlxalq proqram və layihələrin reallaşdırılması prosesində beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulub. Təhsil müəssisələri arasında birbaşa əlaqələr, şagird, tələbə mübadiləsi, staj keçmə, müxtəlif təhsil mübadilə proqramlarını həyata keçirən təşkilat və digər donor qurumların təqaüdləri hesabına xaricdə təhsil imkanı yaradılıb. Dövlət xətti ilə ikitərəfli razılaşmalar əsasında Azərbaycan vətəndaşları üçün ayrılan təqaüdlər hesabına həyata keçirilən xaricdə təhsil məsələləri də diqqət mərkəzində olub.


“Bunlardan biri və ən mühimi Azərbaycanın ali məktəblərinin təhsil verdiyi məzunlar hələ də xarici ölkələrdə diplomlarının tanınması və işə düzəlməkdə çətinlik çəkirlər. Belə bir vəziyyəti xaricdə ali təhsil alanların Azərbaycanda işə düzəlməsi imkanlarına da şamil etmək olar. Hansısa ölkə ilkin bazaya - attestata önəm verir, digər ölkə dil bilgiləri ilə yanaşı, ixtisas biliklərinin də yoxlanılması üçün əlavə imtahan keçirir, başqa bir ölkə isə diplom alınan universitetin nüfuzuna, beynəlxalq reytinqinə önəm verir. Elə ölkələr də var ki, çıxış yolunu fərdi şəkildə müqavilə bağlamaqda görür. Bu məsələdə ixtisaslara, onlara olan tələbata da diqqət yetirilir” - deyə ekspert əlavə edib.


N.İsrafilov qeyd edib ki, ötən illər ərzində Azərbaycan ali təhsil müəssisələri ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq haqında bir sıra sazişlər və memorandumlar imzalanıb. Bunun sayəsində deyək ki, 2016-cı ildə Azərbaycanda 76 ölkədən 4971 əcnəbi tələbə təhsil alırdsa, 2017 ildə bu rəqəm ötən tədris ilinə nisbətən 14,4 faiz artıq olub. Həmin ilin hesabatına əsasən ali təhsil müəssisələrinin beynəlxalq proqramlarda iştirakı və beynəlxalq əlaqələri daha da genişlənib. Avropa İttifaqının "Ali təhsil sahəsində potensialın gücləndirilməsi” komponenti üzrə ölkəmizin universitetləri tərəfindən 30-dan artıq layihə təqdim edilib. Yəni, ildən-ilə bir çox çox universitetlərimiz xarici tərəfdaşları ilə ikitərəfli müqavilələr əsasında qarşılıqlı əməkdaşlığı və əlaqələri gücləndirir. Nəticədə 2021-2022-ci tədris ili üzrə ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan əcnəbi və vətəndaşlığı olmayan tələbələrin və ölkələrin sayı nəzərə çarpacaq dərəcədə artıb. Həmin müsbət dinamikanı xaricdə təhsil alan azərbaycanlı tələbələrin statistikasına da şamil etmək olar.


Tələbə Mübadilə Proqramları istər bakalavr, istərsə də magistr təhsili alan tələbələrin mütləq dəyərləndirməli olduğu imkanlardan biridir. Ümumilikdə, fərqli ölkələr üzrə hazırlanan bu təhsil proqramları tələbələrə həm fərqli mədəniyyətlərlə tanış olmaq, həm müxtəlif ölkələrin tədris prosesində iştirak etmək, həm də şəxsi keyfiyyətləri və dünyagörüşünü inkişaf etdirmək imkanları verir:


“Hesab edirəm ki, ölkə başçısının 2018-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” Boloniya prosesindən irəli gələn dəyişikliklərin təcrübədə reallaşdırılmasına, bütövlükdə ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, insan kapitalının inkişaf etdirilməsi, strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından da faydalı olacaq”.




Загрузка...
Həmçinin oxuyun:
Əcnəbi tələbələr oxumaq üçün daha çox Azərbaycanın hansı ali məktəblərini seçir?

Əcnəbi tələbələr oxumaq üçün daha çox Azərbaycanın hansı ali məktəblərini seçir?

Qonşu ölkələrdə ali məktəbə attestatla qəbul olunmuş... -Təhsil Nazirliyi

Qonşu ölkələrdə ali məktəbə attestatla qəbul olunmuş... -Təhsil Nazirliyi

Azərbaycanın kolleclərində 36 əcnəbi təhsil alır

Azərbaycanın kolleclərində 36 əcnəbi təhsil alır

Ölkəmizdə fəlsəfə doktoru proqramı üzrə 65 əcnəbi təhsil alır

Ölkəmizdə fəlsəfə doktoru proqramı üzrə 65 əcnəbi təhsil alır

Keçən il məktəbi bitirən məzunlardan neçəsinin attestat aldığı AÇIQLANDI

Keçən il məktəbi bitirən məzunlardan neçəsinin attestat aldığı AÇIQLANDI

Nadir İsrafilov - Bu vədlər bəzən öz təsdiqini tapsa da, bəzi hallarda alınan diplom Azərbaycanda tanınmır.

Nadir İsrafilov - Bu vədlər bəzən öz təsdiqini tapsa da, bəzi hallarda alınan diplom Azərbaycanda tanınmır.

Ölkəmizdə fəlsəfə doktoru proqramı üzrə ötən il 97 əcnəbi vətəndaş təhsil alıb

Ölkəmizdə fəlsəfə doktoru proqramı üzrə ötən il 97 əcnəbi vətəndaş təhsil alıb

Baş nazirdən xaricdə təhsillə bağlı QƏRAR

Baş nazirdən xaricdə təhsillə bağlı QƏRAR

Gürcüstanın ali məktəblərində 2 mindən çox Azərbaycan vətəndaşı təhsil alır

Gürcüstanın ali məktəblərində 2 mindən çox Azərbaycan vətəndaşı təhsil alır

Bakı məktəblərində təhsil alan əfqanıstanlı, iraqlı, pakistanlı, iranlı şagirdlər...

Bakı məktəblərində təhsil alan əfqanıstanlı, iraqlı, pakistanlı, iranlı şagirdlər...

Əcnəbilər dövlət peşə təhsili müəssisələrində yalnız ödənişli əsaslarla təhsil ala bilərlər

Əcnəbilər dövlət peşə təhsili müəssisələrində yalnız ödənişli əsaslarla təhsil ala bilərlər

Gürcüstanda ali məktəblərdə oxuyan Azərbaycan vətəndaşlarının sayı AÇIQLANDI

Gürcüstanda ali məktəblərdə oxuyan Azərbaycan vətəndaşlarının sayı AÇIQLANDI

Vasif Talıbov təhsil problemlərindən danışdı- Əcnəbi tələbələrin cəlbi üçün...

Vasif Talıbov təhsil problemlərindən danışdı- Əcnəbi tələbələrin cəlbi üçün...

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı ARTIB -AÇIQLAMA

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı ARTIB -AÇIQLAMA

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı

Gürcüstanda 2650 Azərbaycan vətəndaşı ali təhsil alır

Gürcüstanda 2650 Azərbaycan vətəndaşı ali təhsil alır

Təhsil almaq üçün xaricə üz tutanlar - sonrasını da düşünün!

Təhsil almaq üçün xaricə üz tutanlar - sonrasını da düşünün!

Əcnəbi tələbələrə pulsuz “ADAU məhsulları”

Əcnəbi tələbələrə pulsuz “ADAU məhsulları”

Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə bağlı AÇIQLAMA

Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə bağlı AÇIQLAMA

Türkiyədə təhsil alan əcnəbi tələbələrin çoxu azərbaycanlıdır - SİYAHI

Türkiyədə təhsil alan əcnəbi tələbələrin çoxu azərbaycanlıdır - SİYAHI

UNEC-də əcnəbi tələbələrin qəbulu onlayn qaydada aparılır

UNEC-də əcnəbi tələbələrin qəbulu onlayn qaydada aparılır

Peşə məktəblərində təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq icazəsi verilir

Peşə məktəblərində təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq icazəsi verilir

Elmar Qasımov xaricdə təhsillərini davam etdirəcək məzunlarla görüşüb

Elmar Qasımov xaricdə təhsillərini davam etdirəcək məzunlarla görüşüb

Azərbaycanda ali təhsilin bakalavriat səviyyəsi üzrə 3 yeni ixtisas yaradılıb

Azərbaycanda ali təhsilin bakalavriat səviyyəsi üzrə 3 yeni ixtisas yaradılıb