AzTehsil.com


Xəbərlər
24 dekabr 2021
1 068


20 minədək vətəndaşımızın bu ödənişlərdən istifadə edəcəyi gözlənilir.




Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsiningücləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.


Fərmana əsasən, Birinci Qarabağ Savaşında əlillik dərəcəsi alan vətəndaşlarımıza birdəfəlik ödəmə həyata keçiriləcək. 

Sənədlə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq bəzi məsələlərə qısa aydınlıq gətiririk.

Kimlər bu ödənişdən istifadə edə biləcəklər?

Birdəfəlik ödəniş 1997-ci il avqustun 2-dək olan xidmət dövründə əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə veriləcək.


Birdəfəlik ödənişlərin məbləği nə qədər olacaq?

I dərəcə əlilliyə görə – 8,8 min manat; II dərəcə əlilliyə görə – 6,6 min manat; III dərəcə əlilliyə görə – 4,4 min manat manat məbləğlərdə birdəfəlik ödəmə veriləcək.


Birinci Qarabağ Müharibəsinin Qazisi dünyasını dəyişibsə onun ailəsi həmin ödənişi ala bilərmi?

Ödəniş Qazilərimizin vərəsələrinə də ödəniləcək. Əgər Qazimiz dünyasını dəyişibsə o zaman vərəsəsi müraciət edib birdəfəlik ödənişi ala bilər.


Ödənişi almaq üçün hansı dövlət qurumuna müraciət etmək lazımdır?

Ödənişlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsul olacaq. 


Ödəniş neçə nəfəri əhatə edəcək?

20 minədək vətəndaşımızın bu ödənişlərdən istifadə edəcəyi gözlənilir.


Nə qədər vəsait ayrılacaq?

Dövlət büdcəsindən bu məqsəd ilə 50 milyon manat ayrılacaq


Ödənişlərin verilməsinə nə zamandan başlanılacaq?

Ödənişlər gələn ildən həyata keçiriləcək.


Qarabağ Qazilərindən kimlər bu ödənişə müraciət edə bilməzlər?

Artıq sığorta ödənişi almış və barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçulara və daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə bu fərman şamil edilmir.

Bütövlükdə, fərman Qarabağ Qazilərimizin sosial təminatının daha da gücləndirilməsi istiqamətində yeni addım kimi dəyərləndirilir.

Vüqar Bayramov




Загрузка...
Həmçinin oxuyun:
Bu aydan müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına sosial müavinət veriləcək

Bu aydan müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına sosial müavinət veriləcək

Hansı hallarda tələbələr təhsil haqqından azad olunur? - QANUN

Hansı hallarda tələbələr təhsil haqqından azad olunur? - QANUN

Kimlər təhsil haqqı ödəməkdən azaddırlar -Siyahı

Kimlər təhsil haqqı ödəməkdən azaddırlar -Siyahı

Buraxılış imtahanları keçirilən ərazilərdə polis və Daxili Qoşunların hərbi qulluqçuları xidmət aparır

Buraxılış imtahanları keçirilən ərazilərdə polis və Daxili Qoşunların hərbi qulluqçuları xidmət aparır

Tələbə adını qazanmış şəhid ailəsi üzvlərinə və qazilərə pul mükafatı verildi - FOTO

Tələbə adını qazanmış şəhid ailəsi üzvlərinə və qazilərə pul mükafatı verildi - FOTO

Baş çavuş Tural Bayramlı

Baş çavuş Tural Bayramlı

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul balları artırıldı

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul balları artırıldı

Təqaüdlərin artımı bu şəxslərə şamil olunacaq - Nazirlik

Təqaüdlərin artımı bu şəxslərə şamil olunacaq - Nazirlik

Vətən Müharibəsində şəhid olan tibb işçilərinin sayı AÇIQLANDI

Vətən Müharibəsində şəhid olan tibb işçilərinin sayı AÇIQLANDI

Azərbaycanda “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi - FƏRMAN

Azərbaycanda “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi - FƏRMAN

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir

Tələbə qəbulu qaydaları dəyişdi – RƏSMİ

Tələbə qəbulu qaydaları dəyişdi – RƏSMİ

Tələbələr hansı hallarda ali məktəbdən xaric ediləcək? - Yeni qanun layihəsi

Tələbələr hansı hallarda ali məktəbdən xaric ediləcək? - Yeni qanun layihəsi

DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir

DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir

Nostrifikasiya İdarəsi ləğv edildi , Tİİ və Pİ birləşdirildi

Nostrifikasiya İdarəsi ləğv edildi , Tİİ və Pİ birləşdirildi

Türkiyədə xüsusi təyinatlı kurs keçmiş Şəhidlik zirvəsinə ucalan Məhəmməd

Türkiyədə xüsusi təyinatlı kurs keçmiş Şəhidlik zirvəsinə ucalan Məhəmməd

Prezidentdən hərbi qulluqçuların “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi barədə SƏRƏNCAM

Prezidentdən hərbi qulluqçuların “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi barədə SƏRƏNCAM

Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Bu şəxslər attestasiyadan azaddırlar

Bu şəxslər attestasiyadan azaddırlar

Bu şəxslər təhsil haqqından azad edilir - SİYAHI

Bu şəxslər təhsil haqqından azad edilir - SİYAHI

Tətilin uzadılması bu qurumlara aid edilmir – Siyahı

Tətilin uzadılması bu qurumlara aid edilmir – Siyahı

Daxili İşlər Nazirliyi müəllimləri işə götürəcək -ELAN

Daxili İşlər Nazirliyi müəllimləri işə götürəcək -ELAN

Hazırlıq kurslarına qəbul abutiriyentləri hərbi xidmətdən azad edəcək?..

Hazırlıq kurslarına qəbul abutiriyentləri hərbi xidmətdən azad edəcək?..

Nazir hərbi məktəbin açılışına qatıldı

Nazir hərbi məktəbin açılışına qatıldı