Xəbərlər / Dünya
24 dekabr 2021
923


ABŞ-da 14 yaşlı məktəbli qız polisin açdığı atəş nəticəsində ölüb


ABŞ-ın Los-Anceles şəhərində izdihamlı mağazada bir kişinin qəribə davranışı və qadına hücum etməsindən sonra hadisə yerinə polis çağırılıb.


Hadisə zamanı polisin atdığı güllələrdən biri divarı deşərək soyunub-geyinmə otağında 14 yaşlı qıza tuş gələrək onun ölümünə səbəb olub.


Faktla bağlı araşdırma başlayıb.


Hücuma məruz qalan qadın xəstəxanaya aparılıb, vəziyyətinin orta olduğu bildirilir.


Mənbə: Anadolu agentliyi

Məqalə Göndər








Загрузка...