Təhsil naziri imtahan sessiyasının təşkili ilə bağlı əmr imzalayıb
Təhsil naziri Emin Əmrullayev ali və orta ixtisas təhsili müəssisələrində 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili ilə bağlı əmr imzalayıb.
Bu barədə nazirlikdən məlumat verilib.
Əmrə əsasən, sözügedən təhsil müəssisələrində cari tədris ilinin payız semestrinin imtahan sessiyası 3 yanvar 2022-ci il tarixindən əyani formada təşkil ediləcək.
İmtahanların keçirilməsi zamanı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə riayət edilməlidir. Həmçinin, Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na əməl edilməlidir.
Əmrdə qeyd edilib ki, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasını mövcud normativ sənədlər əsasında təşkil etməli, təhsil müəssisələrində imtahan qərargahı yaratmalı və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etməlidirlər. Əmrə əsasən, imtahanlarla bağlı nazirliyin “Qaynar xətt” xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə müntəzəm məlumat veriləcək.
Təhsil naziri payız semestrinin imtahan sessiyasının təşkili barədə əmr imzalayıb
Təhsil nazirindən imtahanlarla bağlı mühüm ƏMR
Baş nazirdən əyani tədrislə bağlı QƏRAR
Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi
Ceyhun Bayramov rektorlara tapşırıq verdi
Azərbaycanda təhsillə bağlı qərar verildi - RƏSMİ
Ceyhun Bayramovdan ƏMR
ADU-da imtahanlar başladı
Hansı tələbələr dövlət imtahanından azad olunacaq? - AÇIQLAMA
1 fevraldan bu sahələrin fəaliyyətinə icazə veriləcək – AÇIQLAMA
Azərbaycanda distant təhsilin müddəti uzadıldı - QƏRAR
ADPU-də 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir
ADPU-da payız semestrinin imtahan sessiyası başa çatdı
Təhsil naziri imtahanlarla bağlı əmr verdi
Təhsil naziri imtahanlarla bağlı əmr verdi
Nazirlik: "İmtahanlarda nöqsanlara yol vermiş şəxslər barədə tədbirlər görüləcək"
Təhsil Nazirliyi payız tətili ilə bağlı məsələyə aydınlıq gətirib
Təhsil Nazirliyi: İmtahan sessiyaları ilə bağlı aparılan monitorinqlərin nəticələri təhlil ediləcək
Nazirdən tələbələrin semestr imtahanları ilə bağlı QƏRAR
Sabah ibtidai siniflərin payız tətili başlayır
Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb
Bufetlərlə bağlı qərar verildi: Yeməkdən əvvəl və sonra...
Kolleclərdə tədris kredit sistemi təşkil olunacaq
Təhsil naziri əvəzi əmr imzaladı - Universitetlərdə vəzifə tutmaq qaydası...