AzTehsil.com

Xəbərlər / Saglam həyat
10 dekabr 2021
1 023

Yeni il bayramında yoluxma sayı arta bilər - Pulmonoloq

Azərbaycanda koronavirus pandemiyası iki ilə yaxındır ki, davam edir. Hazırda ölkəmizdə gündəlik yoluxma sayı stabildir. Qarşıdan Yeni il bayramı gəlir. Bayram vaxtı insanlar daha çox bir yerə yığışırlar. Belə olduqda yoluxma sayında artım ola bilər.

Bununla bağlı Trend-ə açıqlama verən həkim-pulmonoloq Əsəd Beydullayev bildirib ki,Yeni il bayramı ilə əlaqədar yoluxma sayı daha da arta bilər.

Onun sözlərinə görə, yeni il ərəfəsində xaricə getmək pandemiya ilə bağlı müəyyən çətinliklər var: "Bu səbəbdən də vətəndaşlarımızın çoxu Yeni il bayramını ölkəmizdə keçirəcək. Vətəndaşlarımız bayram vaxtı əsasən qonaq getməyi, şəhərin mərkəzində yığışmağı, restoranlara getməyi xoşlayırlar. Yeni il tədbirlərinin çoxunun bağlı məkanlarda keçiriləcəyini nəzərə alsaq koronavirusa yoluxmanın artması qaçılmaz olacaq. Bayram günündən sonra 10 gün müddətində koronavirusa yoluxma arta bilər. Koronavirusa yoluxmaq istəmirsinizsə mümkün qədər gigyenik qaydalara əməl etməyi və masqa taxmağı unutmayın," - Ə. Beydullayev bildirib.

Qeyd edək ki, dünənə olan məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 315 yeni yoluxma faktı qeydə alınıb,1 850 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 601 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 571 088 nəfər müalicə olunaraq sağalıb, 8 038 nəfər vəfat edib, aktiv xəstə sayı 21 902 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 799, ötən müddət ərzində isə ümumilikdə 5 644 853 test aparılıb.

Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda koronavirusa yoluxma günbəgün artır: Həkimdən HƏYƏCAN TƏBİLİ

Həkim: “Koronavirusa yoluxma 500-ü ötsə, karantin sərtləşə bilər”

Azərbaycanda koronavirusa yoluxma sayı 3000-i keçdi

XƏBƏRDARLIQ: Qarşıdakı aylarda pandemiya daha da arta bilər

Koronavirusa yoluxma azalır - ÜST-dən ŞAD XƏBƏR

Azərbaycanda koronavirusa yoluxma sayı iki mini keçdi – FOTO

Azərbaycanda koronavirusa yoluxma ilə bağlı HƏYƏCAN TƏBİLİ

Azərbaycanda koronavirusa yoluxma kəskin azaldı

Azərbaycanda koronavirusa yoluxma sayı 822-yə çatdı - 33 nəfərin vəziyyəti ağırdır

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı

ÜST nümayəndəsi: Qarşıdakı 3 ay çox kritikdir

Nazir tədrisin gec başlamasının səbəbini AÇIQLADI

Koronavirusa 219 yeni yoluxma faktı qeydə alınıb 4 nəfər vəfat edib

Azərbaycanda karantin yenə sərtləşirilə bilər? - TƏBİB-dən açıqlama

Koronavirusa yoluxma nə üçün kişilər arasında daha ağır keçir – professor şərh edir

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı (RƏSMİ)

Azərbaycanda koronavirusa yoluxma yenə artıb

Mehriban Vəliyeva: “Məktəblərdə koronavirusa yoluxma çoxala bilər” – VİDEO

Koronavirusa 154 yeni yoluxma faktı qeydə alınıb

Yoluxma və ölüm halları sürətlə artacaq - Azərbaycanı gözləyən təhlükə

Hazırkı vəziyyətdə karantin tətbiq edilməməlidir - Vasif İsmayıl - VİDEO

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin azaldı, sağalma sayı artdı

Həkimdən xəbərdarlıq: “Yoluxma sayı iki həftə sonra zirvədə olacaq” – VİDEO

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb