Xəbərlər / Müəllim
01 dekabr 2021
1 430

Azərbaycan dili üzrə imtahan yeni modelə uyğun keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 2021-ci il dekabrın 26-da Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə yeni imtahan modelinə uyğun sınaq imtahanı keçiriləcək.

DİM-dən verilən məlumata görə, sınaq imtahanında iştirak etmək istəyənlər 16 dekabr saat 23:59-dək DİM-in internet saytında qeydiyyatdan keçə bilərlər.

Sınaq imtahanı Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz və Şəmkir şəhərlərində təşkil olunacaq.

İmtahanda iştirak etmək istəyənlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 15 (on beş) AZN-dir. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar (ətraflı məlumat epayment.dim.gov.az səhifəsində verilib).

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi yazılır və “Qeydə al” düyməsi basılır. Bundan sonra “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında” bəyannaməni çap etmək mümkün olur.

Sınaq imtahanı 2020-ci ildə tətbiq edilməsi nəzərdə tutulan və ictimaiyyətə elan edilən, lakin pandemiyaya görə həyata keçirilməsi təxirə salınan yeni imtahan modelinə uyğun keçiriləcək. Burada abituriyentlərin dinləyib-anlama qabiliyyətləri də yoxlanılacaq. Həmçinin yazılı şəkildə cavablandırılması tələb olunan 3 tapşırıqdan istifadə olunacaq.

Ümumilikdə imtahanında abituriyentlərə 30 tapşırıq: dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 (3 qapalı+1 yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli), oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 (7 qapalı+1 yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli) və dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq təqdim edilir.

Sınaq imtahanı bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanda iştirak edən abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatır.

İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanır. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış heç kim binaya buraxılmır. İmtahan iştirakçıları buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq binada olmalıdırlar.

İmtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli, “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında” bəyannamə əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.

İmtahan müddəti 1 saat 30 dəqiqədir.

Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

Rezidentura üçün sınaq imtahanlarına qeydiyyat başlandı

Rezidentura üçün sınaq imtahanlarına qeydiyyat başlandı

Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün yeni sınaq imtahanı keçiriləcək

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün yeni sınaq imtahanı keçiriləcək

Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı (təkrar) keçiriləcək

Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı (təkrar) keçiriləcək

Magistraturaya qəbul imtahanı üzrə elektron sınaq imtahanı keçiriləcək

Magistraturaya qəbul imtahanı üzrə elektron sınaq imtahanı keçiriləcək

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün təkrar sınaq imtahanı keçiriləcək

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün təkrar sınaq imtahanı keçiriləcək

Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği - AÇIQLANDI

Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği - AÇIQLANDI

Magistratura imtahanının I mərhələsinə hazırlaşan bakalavrların nəzərinə! -Sınaq imtahanı...

Magistratura imtahanının I mərhələsinə hazırlaşan bakalavrların nəzərinə! -Sınaq imtahanı...

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçiriləcək

Qəbul imtahanına hazırlaşanların  nəzərinə!

Qəbul imtahanına hazırlaşanların nəzərinə!

Dövlət qulluqçusu olmaq istəyənlər üçün sınaq imtahanları keçiriləcək

Dövlət qulluqçusu olmaq istəyənlər üçün sınaq imtahanları keçiriləcək

Dövlət qulluğu ilə bağlı növbəti sınaq imtahanı keçiriləcək

Dövlət qulluğu ilə bağlı növbəti sınaq imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün sınaq imtahanı

Dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün sınaq imtahanı

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanı keçirilib

Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanı keçirilib

Magistraturaya qəbul olmaq istəyənlərin - NƏZƏRİNƏ

Magistraturaya qəbul olmaq istəyənlərin - NƏZƏRİNƏ

Sınaq imtahanı keçiriləcək.

Sınaq imtahanı keçiriləcək.

Dövlət qulluqçusu olmaq istəyənlər sınağa çəkiləcək

Dövlət qulluqçusu olmaq istəyənlər sınağa çəkiləcək

DİM məmur olmaq istəyənlər üçün sınaq imtahanı keçirib

DİM məmur olmaq istəyənlər üçün sınaq imtahanı keçirib

Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul olmaq istəyən üçün sınaq imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul olmaq istəyən üçün sınaq imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün müsabiqənin test imtahanı mərhələsi keçiriləcək

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün müsabiqənin test imtahanı mərhələsi keçiriləcək