Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün vakansiya seçimi yekunlaşır
Avqustun 26-da 2021-2022-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün vakansiya seçimi yekunlaşır.
Namizədlər bu gün saat 10:59-dək şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.
Vakansiya seçimi zamanı namizədlərə 4 vakant yer seçmək hüququ verilir.
Müddətli müqavilə ilə vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.
Qeyd edək ki, yeni yaranan, əvvəlki turlarda tutulmayan vakant yerlər növbəti turlarda da vakansiyaya çıxarılacaq. Həmçinin tədris ili ərzində yaranan vakant yerlərə əlavə yerləşdirmə həyata keçiriləcək. Namizədlərə vakansiya seçimi zamanı bu məqamı nəzərə almaq tövsiyə olunur.
Müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.
Müddətli müqavilə ilə vakant yerlərə işə qəbul edilmiş şəxslər üçün tədris ili ərzində daimiləşmə müsabiqəsinin həyata keçirilməsi nəzərdə tutulub.
Müddətli müqavilə ilə işləmək üçün vakansiya seçimi davam edir
Müddətli müqavilə ilə işə qəbul üçün vakansiya seçiminə başlanılır
Bu gün müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün vakansiya seçiminə başlanılır
Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ: Vakansiya seçiminə başlanılır
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə start verilir
Biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə vakansiya seçimi sabah yekunlaşır
Bu müəllimlər ancaq müqavilə ilə işləyəcəklər
Müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu
Müddətli müqavilə üzrə müəllimlərin işə qəbulunun II turu
Müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu başlanılır
Müddətli müqavilə ilə işləmək istəyən müəllimlərin nəzərinə
Müəllimlərin müddətli müqavilə ilə işə qəbulu sabah başa çatacaq
İş gözləyən müəllimlərə müjdə
Müddətli müqavilə üzrə müəllimlərin işə qəbulunun III turu
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu elektron qaydada aparılacaq
Müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsi başlayır
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə start verilir
Müəllimlərin işə qəbulunun müsahibə mərhələsində dəyşikliklər
Bu gün MİQ üzrə vakansiya seçimi başa çatır
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi başlayır
Müddətli müqavilə ilə müəllimlərin işə qəbuluna start verildi
Əlavə yerləşdirmədə iştirak etmək istəyənlərin nəzərinə
"Sentyabrın 15-dək bir necə dəfə bu cür mərkəzləşdirilmiş qaydada yerləşdirmə aparılacaq”
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin vakansiya seçiminin nəticələri açıqlanıb