AzTehsil.com


Xəbərlər / Müəllim
24 iyun 2021
1 306


BŞTİ müdiri işə qəbul imtahanının gedişini izləyib



BŞTİ müdiri işə qəbul imtahanının gedişini izləyib

 

İyunun 24-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə müsabiqə çərçivəsində imtahan mərkəzinə mediatur təşkil edilib.

Mediaturda BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin struktur bölmə rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.

İmtahanların gedişi prosesi ilə tanış olan BŞTİ-nin müdiri Mehriban Vəliyeva KİV nümayəndələri ilə görüşüb. İdarə müdiri imtahanlara hazırlıq işinin təşkili, namizədlər üçün yaradılan şərait və şəffaflığın təmin edilməsi istiqamətində atılan addımlar barədə geniş məlumat verib. M.Vəliyeva təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üzrə işə qəbul olmaq istəyən 1 146 namizədin http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçdiyini bildirib. İdarə müdiri qeydiyyatdan keçmiş şəxslərin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra 779 namizədin müsabiqənin test imtahanı mərhələsinə buraxıldığını nəzərə çatdırıb.

Media təmsilçiləri imtahanın gedişini yaxından izləyib, bu proseslə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, iyunun 24-də ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib. Test imtahanında 563 nəfər iştirak etmək hüququ qazanıb.

Müsabiqəyə qatılan şəxslər 40 sualdan ibarət test tapşırığını 60 dəqiqə ərzində cavablandırıblar.

İyunun 25-də keçiriləcək uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul imtahanında isə 216 nəfərin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, I mərhələnin (elektron ərizələrdə qeyd edilmiş məlumatlar əsasında müraciət etmiş şəxsin müvafiq vəzifə üzrə müsabiqədə iştirak üçün uyğunluğunun yoxlanılması) yekunu, eyni zamanda müsabiqənin keçirilmə yeri və vaxtı barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib.

Müsabiqə ilə bağlı hər hansı sual yaranarsa, namizədlər (012) 599-12-22 (daxili 60-22; 60-24; 60-28) nömrəli telefonlar vasitəsilə əlaqə saxlaya bilərlər.



Загрузка...
Həmçinin oxuyun:
Direktor müavinlərinin seçim imtahanı başladı

Direktor müavinlərinin seçim imtahanı başladı

Bu vəzifələri tutmaq istəyənləri, DİQQƏT! - FOTOLAR

Bu vəzifələri tutmaq istəyənləri, DİQQƏT! - FOTOLAR

Direktor müavini olmaq üçün işə qəbul imtahanları başa çatdı

Direktor müavini olmaq üçün işə qəbul imtahanları başa çatdı

İşə qəbul üzrə müsabiqəsinin test imtahanının vaxtı bəlli olub

İşə qəbul üzrə müsabiqəsinin test imtahanının vaxtı bəlli olub

Direktor müavinləri vəzifələrinə müsabiqənin imtahan mərhələsinin vaxtı açıqlanıb

Direktor müavinləri vəzifələrinə müsabiqənin imtahan mərhələsinin vaxtı açıqlanıb

Direktor müavini, psixoloq və kitabxanaçı olmaq istəyənlərin imtahan nəticələri AÇIQLANDI

Direktor müavini, psixoloq və kitabxanaçı olmaq istəyənlərin imtahan nəticələri AÇIQLANDI

Təhsil İdarəsi işçi axtarır

Təhsil İdarəsi işçi axtarır

Məktəblərdə işə qəbul müsabiqəsinə start verilir

Məktəblərdə işə qəbul müsabiqəsinə start verilir

Bakıda direktor müavini olmaq istəyənlər üçün vakansiya mərhələsi başladı

Bakıda direktor müavini olmaq istəyənlər üçün vakansiya mərhələsi başladı

Direktor müavinlərinin işə qəbulu ilə bağlı qiymətləndirmə çərçivəsi müəyyən olunub

Direktor müavinlərinin işə qəbulu ilə bağlı qiymətləndirmə çərçivəsi müəyyən olunub

Bakı məktəblərinə işə qəbul imtahanı başlayır

Bakı məktəblərinə işə qəbul imtahanı başlayır

Məktəblərdəki vakant vəzifələrə işçi qəbulu elan olunub

Məktəblərdəki vakant vəzifələrə işçi qəbulu elan olunub

Məktəblərdə bu vəzifələrə müsabiqənin müsahibə mərhələsi keçirilir

Məktəblərdə bu vəzifələrə müsabiqənin müsahibə mərhələsi keçirilir

Bakı məktəblərində direktor müavini işləmək istəyənlərin - NƏZƏRİNƏ

Bakı məktəblərində direktor müavini işləmək istəyənlərin - NƏZƏRİNƏ

Bakı məktəblərində direktor müavini olmaq üçün müsahibə mərhələsi başa çatıb

Bakı məktəblərində direktor müavini olmaq üçün müsahibə mərhələsi başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu məktəblərə işçi axtarır

Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu məktəblərə işçi axtarır

“Yay məktəbi” ilə bağlı mediatur təşkil olunub

“Yay məktəbi” ilə bağlı mediatur təşkil olunub

Bakı məktəblərində işə qəbul imtahanlarının vaxtı açıqlanıb

Bakı məktəblərində işə qəbul imtahanlarının vaxtı açıqlanıb

Bakıda orta məktəblərdə direktor müavini olmaq istəyənlər üçün - Yeni xəbər

Bakıda orta məktəblərdə direktor müavini olmaq istəyənlər üçün - Yeni xəbər

Məktəblərdə vakansiya seçimi bu gün başa çatır

Məktəblərdə vakansiya seçimi bu gün başa çatır

Bakı məktəblərində direktor müavini vəzifələri üzrə müsahibə keçirilir

Bakı məktəblərində direktor müavini vəzifələri üzrə müsahibə keçirilir

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

90 nəfər məktəblərdə bu vəzifələrə işə qəbul olub

90 nəfər məktəblərdə bu vəzifələrə işə qəbul olub

Direktor vəzifəsinə 3270 namizəd test imtahanı mərhələsində iştirak hüququ qazanıb

Direktor vəzifəsinə 3270 namizəd test imtahanı mərhələsində iştirak hüququ qazanıb