AzTehsil.com


Xəbərlər / Direktor
09 fevral 2021
1 797


Ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə 600-dən çox vakant yer çıxarılıb



Ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə 600-dən çox vakant yer çıxarılıb

 

Fevralın 9-da Təhsil Nazirliyində ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulunun başlaması ilə əlaqədar mətbuat konfransı keçirilib.

Tədbirdə nazirliyin İnsan resursları şöbəsinin əməkdaşı Tükəzban Quliyeva müsabiqəyə 600-dən çox vakant direktor vəzifəsinin çıxarıldığını qeyd edib. O bildirib ki, müsabiqə dörd mərhələdən ibarətdir: elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə.

Fevralın 10-13-də dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi həyata keçiriləcək. Direktorların işə qəbulu üzrə müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Tükəzban Quliyeva diqqətə çatdırıb ki, ötən dövr ərzində ümumi təhsil müəssisələrində direktor vəzifəsi üzrə yeni vakant yerlər yarandığından həmin vakansiyaların bu il keçirilən müsabiqə üçün elan edilməsi nəzərdə tutulur. 2020-ci ilin 28 sentyabr – 5 oktyabr tarixlərində elektron qeydiyyatdan keçməyən, ərizəsini təsdiq etməyən namizədlərə elektron qeydiyyatı tamamlamaq, elektron ərizəsi qəbul edilmiş namizədlərə isə yenidən vakansiya seçimi etmək imkanı veriləcək. Həmin şəxslər vakansiya seçimi edərək fevralın 13-dək elektron ərizələrini təsdiq etməlidirlər.

Təhsil Nazirliyinin rəsmisi vurğulayıb ki, bu il ilk dəfə olaraq fevralın 19-da direktorların işə qəbulu üzrə onlayn sınaq imtahanının keçirilməsi də nəzərdə tutulur. Sınaq imtahanında direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə elektron qeydiyyatdan keçən şəxslər iştirak edə bilərlər.

O bildirib ki, direktorların işə qəbulu imtahanları ənənəvi olaraq, Bakı şəhərində deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılmış 24 imtahan mərkəzində karantin rejiminin müvafiq tələbləri çərçivəsində təşkil ediləcək. İmtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID-19 testindən keçiriləcək. İmtahan mərkəzləri mövcud sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya ediləcək.



Загрузка...
Həmçinin oxuyun:
Direktor olmaq istəyənlərin nəzərinə!

Direktor olmaq istəyənlərin nəzərinə!

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir

Fevralın 19-da direktorların işə qəbulu üzrə onlayn sınaq imtahanı keçiriləcək

Fevralın 19-da direktorların işə qəbulu üzrə onlayn sınaq imtahanı keçiriləcək

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir

Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ

Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ

Direktor vəzifəsinə işə qəbulu üzrə müsabiqəyə start verilir.500-ə yaxın vakant yer.

Direktor vəzifəsinə işə qəbulu üzrə müsabiqəyə start verilir.500-ə yaxın vakant yer.

3000-ə yaxın namizəd direktorluq üçün qeydiyyatdan keçib

3000-ə yaxın namizəd direktorluq üçün qeydiyyatdan keçib

Direktorların işə qəbulu müsabiqəsində veriləcək sualların say və bölgüsü - Vacib bilgilər

Direktorların işə qəbulu müsabiqəsində veriləcək sualların say və bölgüsü - Vacib bilgilər

Direktorların işə qəbul müsabiqəsində iştirak üçün yaş məhdudiyyəti var? - Cavab

Direktorların işə qəbul müsabiqəsində iştirak üçün yaş məhdudiyyəti var? - Cavab

Direktor vəzifəsinə işə qəbul üzrə qeydiyyat artıq başa çatıb

Direktor vəzifəsinə işə qəbul üzrə qeydiyyat artıq başa çatıb

Direktorluğa namizədlik üçün 2 min insan sənəd təqdim edib

Direktorluğa namizədlik üçün 2 min insan sənəd təqdim edib

Direktorların işə qəbulu müsabiqəsinin test imtahan mərhələsi nə zaman keçiriləcək?

Direktorların işə qəbulu müsabiqəsinin test imtahan mərhələsi nə zaman keçiriləcək?

Məktəb direktorlarının işə qəbulu üzrə vakant yerlər çox olan rayonlar açıqlanıb

Məktəb direktorlarının işə qəbulu üzrə vakant yerlər çox olan rayonlar açıqlanıb

Bu gün direktorların işə qəbulu üzrə müsabiqənin imtahan mərhələsi keçiriləcək

Bu gün direktorların işə qəbulu üzrə müsabiqənin imtahan mərhələsi keçiriləcək

Nazirlik 472 məktəbə direktor axtarır - SİYAHI

Nazirlik 472 məktəbə direktor axtarır - SİYAHI

Direktor vəzifəsinə işə qəbul üzrə namizəd dörd vakant yer seçə bilər

Direktor vəzifəsinə işə qəbul üzrə namizəd dörd vakant yer seçə bilər

Direktorların işə qəbulu üzrə müsabiqənin imtahan mərhələsi keçiriləcək-Son bir neçə gün

Direktorların işə qəbulu üzrə müsabiqənin imtahan mərhələsi keçiriləcək-Son bir neçə gün

Müəllim olmaq istəyənlər üçün elektron sənəd qəbulu davam edir

Müəllim olmaq istəyənlər üçün elektron sənəd qəbulu davam edir

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi davam edir

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi davam edir

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi davam edir

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi davam edir

Direktorların işə qəbulu üzrə müsahibələr davam edir

Direktorların işə qəbulu üzrə müsahibələr davam edir

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayıb

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayıb

Vakant direktor vəzifəsini tutmuş namizədlə əmək müqaviləsi nə qədər müddətə bağlanılır?

Vakant direktor vəzifəsini tutmuş namizədlə əmək müqaviləsi nə qədər müddətə bağlanılır?

Məktəb direktorlarının adları açıqlandı – Siyahı

Məktəb direktorlarının adları açıqlandı – Siyahı