AzTehsil.com


Xəbərlər / Səhiyyə
19 dekabr 2020
1 120


TƏBİB ARB kanalının aparıcılarının səsləndirdiyi ittihamları cavablandırıb



 

 Tibbi Ərazi Bölmələrinin İdarətemə Birliyi (TƏBİB) koronavirusla mübarizə çərçivəsində müayinə və müalicə ilə yanaşı, daim vətəndaşların maarifləndirilməsi üçün tədbirlər həyata keçirir.
 
Əməkdaşlarımız, koronavirusun müalicəsində təcrübəyə malik peşəkar həkimlərimiz mütəmadi olaraq həm yazılı, həm elektron mətbuatda, eləcə də radio və televiziyalarda çıxışlar edir, koronavirusun profilaktikası istiqamətində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilən qaydalar, tətbiq edilən metodiki göstərişlərin tələblərini izah edirlər, gün ərzində yüzlərlə sorğu qəbul edir və bütün sualları növbəli şəkildə cavablandırmağa çalışırlar. Yeri gəlmişkən, bu işdə medianın bizə verdiyi dəstəyə görə onlara minnətdarlıq etməyi özümüzə borc bilirik.

Lakin bəzi hallarda media nümayəndələrinin qərəzli mövqeyi ilə də üzləşirik. Biz onların gərgin əməyinə dəyər verdiyimiz halda, onlar gecə-gündüz yorulmaq bilmədən fədakarlıq nümayiş etdirən həkimlərimizin işini kölgə altına salmağa cəhd göstərirlər.

TƏBİB-dən verilən məlumata görə, bu gün ARB telekanalında yayımlanan "Günə Doğru” proqramında TƏBİB barəsində səslənən fikirlər isə tamamilə qərəzdən ibarətdir. TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşlarının telefonları daim açıqdır, hətta gecə saatlarında belə gələn zənglərə cavab verirlər. Efirdə adını səsləndirdiyiniz əməkdaş isə 4 aydan artıqdır mətbuatla işləmir. Verilişlərə dəvət sorğularını yazılı cavablandırdığımız üçün sorğunun olmadığını da faktlarla sübut edə bilərik.

Verlişdə iddia olunur ki, ölkədə test problemi var, insanlar test oluna bilmir və özəl klinikalarda qiymətlər bahadır. Bir daha qeyd edirik ki, Azərbaycanda koronavirusu müəyyənləşdirən kifayət qədər test ehtiyatı var və hər gün dövlət hesabına ödənişsiz 20 minə yaxın test olunur.( Sahə üzrə poliklinikalarda və təcili tibbi yardım vasitəsilə testlərin götürülməsi müvafiq olaraq Səhiyyə Nazirliyinin səlahiyyətindədir. ) Özəl xəstəxanalarda test götürülməsi təcrübəsi isə dünyada da mövcuddur və istənilən şəxs profilaktik olaraq test vermək üçün müraciət edə bilər. Özəl klinikalar və laboratoriyalara nəzarət və qiymət tənzimlənməsi isə ümumiyyətlə TƏBİB-in səlahiyyətində deyil.

Bəs TƏBİB-in işi nədir? Bu barədə bütün KİV-lərdə artıq məlumatlar yer alıb. Həmin aparıcılar mətbuatda gedən məlumatlarla tanış olsaydılar və verilən qərarları izləsəydilər bilərdilər ki, TƏBİB Respublikadakı pandemiya xəstəxanalarında stasionar (yalnız xəstəxanalarda ) müalicə işinə cavabdehdir.

2020-ci ilin iyun ayının sonundan etibarən, Bakı şəhəri üzrə 103 - təcili tibbi yardım xidməti və ambulator yardım xidməti müvvəqəti olaraq pandemiya dövründə iş bölgüsü əsasında Səhiyyə Nazirliyinin nəzarətindədir. Beləliklə, 103 xidməti və evdə müalicə ilə bağlı bütün suallarınızı aidiyyəti quruma ünvanlaya bilərsiniz.(Mənbə : Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyul 2020-ci il 377s nömrəli Sərəncamına əlavə edilmiş Tədbirlər Planı)

Aparıcıların və bu barədə məlumatı olmayan digər dəyərli jurnalistlərimizin nəzərinizə çatdırırıq ki, brifinqləri TƏBİB yox, Nazirlər Kabineti yanında Operativ Qərargah təşkil edir. TƏBİB əməkdaşları həmin brifinqlərə dəvət olunur və müəyyən olunmuş mövzu ətrafında fikirlərini bölüşür, sualları cavablandırırlar. Sonuncu dəfə keçirilmiş və vaksinlərə həsr olunmuş brifinqdə terminlərdən istifadəyə gəlincə, qeyd edək ki, tibb elmi spesifik sahədir və burada terminlərdən istifadə etməmək mümkünsüzdür.Həmin brifinqdə hazırlanmış xüsusi slayd əsasında insanlara vaksinlərlə bağlı ümumi məlumat verilmişdir. Və qeyd olunmuşdur ki, bu barədə növbəti brifinqlərdə daha ətraflı məlumat çatdırılacaq.

Xahiş edirik ki, bütün dünyanın üzləşdiyi bu çətin dövrdə "Biz Birlikdə Güclüyük” devizinə sadiq qalaraq həmrəy olmağı bacaraq. Qısa müddətə populyar olmaq üçün, dövlət maraqlarını şəxsi maraqlara qurban verməyək. Pandemiya yalnız səhiyyə qurumlarının məsələsi deyil, ümumilikdə dövlətin təhlükəsizliyinə qarşı ciddi təhdiddir. Əminik ki, ölkəmizin güclü iqtisadiyyatı və tibb işçilərinin peşəkarlığı sayəsində bu bəladan tezliklə xilas olacağıq! Bu mübarizədə bizimlə olan bütün qərəzsiz media nümayəndələrinə sonsuz təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk. oxu.az 



Загрузка...
Həmçinin oxuyun:
TƏBİB-dən abituriyentlərdən koronavirus testi istənilməsi məsələsi ilə bağlı AÇIQLAMA

TƏBİB-dən abituriyentlərdən koronavirus testi istənilməsi məsələsi ilə bağlı AÇIQLAMA

TƏBİB COVID-19 xəstələrindən pul istəyənlərlə bağlı vətəndaşlara müraciət etdi

TƏBİB COVID-19 xəstələrindən pul istəyənlərlə bağlı vətəndaşlara müraciət etdi

TƏBİB sədri indidən valideyinlərə çağırış etdi

TƏBİB sədri indidən valideyinlərə çağırış etdi

TƏBİB Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqladı

TƏBİB Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqladı

TƏBİB sədrindən sərt karantin rejiminin tətbiq olunacağı yerlərlə bağlı AÇIQLAMA

TƏBİB sədrindən sərt karantin rejiminin tətbiq olunacağı yerlərlə bağlı AÇIQLAMA

TƏBİB sədri Ramin Bayramlı: “Şagird və valideynləri məsuliyyətli olmağa çağırırıq”

TƏBİB sədri Ramin Bayramlı: “Şagird və valideynləri məsuliyyətli olmağa çağırırıq”

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanır - CANLI YAYIM

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanır - CANLI YAYIM

TƏBİB-də yeni şöbə yaradıldı

TƏBİB-də yeni şöbə yaradıldı

“Sərt karantin rejimi uzun müddət uzadıla bilməz” – TƏBİB sədri qarşıdakı təhlükələrdən DANIŞDI

“Sərt karantin rejimi uzun müddət uzadıla bilməz” – TƏBİB sədri qarşıdakı təhlükələrdən DANIŞDI

TƏBİB-dən evdə müalicə olunan koronavirus xəstələrinə XƏBƏRDARLIQ

TƏBİB-dən evdə müalicə olunan koronavirus xəstələrinə XƏBƏRDARLIQ

Operativ Qərargah: Bu gecədən etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq edilir

Operativ Qərargah: Bu gecədən etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq edilir

TƏBİB sədri: Həftəsonu qapanmalar daha uzun müddətli ola bilər

TƏBİB sədri: Həftəsonu qapanmalar daha uzun müddətli ola bilər

Azərbaycanda karantin yenə sərtləşirilə bilər? - TƏBİB-dən açıqlama

Azərbaycanda karantin yenə sərtləşirilə bilər? - TƏBİB-dən açıqlama

TƏBİB: Sağalan şəxslər yenidən virusa yoluxa bilər

TƏBİB: Sağalan şəxslər yenidən virusa yoluxa bilər

TƏBİB-dən məktəblərdə koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA

TƏBİB-dən məktəblərdə koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA

Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanır.

Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanır.

Bu həftənin 5-ci günü də sərt karantin rejimi ola bilər - TƏBİB-dən AÇIQLAMA

Bu həftənin 5-ci günü də sərt karantin rejimi ola bilər - TƏBİB-dən AÇIQLAMA

Nazirlər Kabinetindən infeksiyaya görə valideynlərə ÇAĞIRIŞ

Nazirlər Kabinetindən infeksiyaya görə valideynlərə ÇAĞIRIŞ

TƏBİB əhaliyə xəbərdarlıq etdi

TƏBİB əhaliyə xəbərdarlıq etdi

Təhsil komitəsinin sədri: TƏBİB Səhiyyə Nazirliyi ilə birlikdə qaydalar hazırlamalıdır

Təhsil komitəsinin sədri: TƏBİB Səhiyyə Nazirliyi ilə birlikdə qaydalar hazırlamalıdır

TƏBİB-dən açıqlama: Biz Azərbaycandakı indiki durumu epidemik prosesin sönməsi kimi qiymətləndiririk

TƏBİB-dən açıqlama: Biz Azərbaycandakı indiki durumu epidemik prosesin sönməsi kimi qiymətləndiririk

TƏBİB-dən məktəb və uşaq bağçalarının açılması ilə bağlı AÇIQLAMA

TƏBİB-dən məktəb və uşaq bağçalarının açılması ilə bağlı AÇIQLAMA

Azərbaycanda məktəblərdən xəstəxana kimi istifadə olunur? - RƏSMİ

Azərbaycanda məktəblərdən xəstəxana kimi istifadə olunur? - RƏSMİ

Azərbaycanda bu dövlət strukturları adi iş rejimində çalışacaq - SİYAHI

Azərbaycanda bu dövlət strukturları adi iş rejimində çalışacaq - SİYAHI