AzTehsil.com


Xəbərlər / Şagird
04 sentyabr 2020
1 464


“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub



“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub

 

"Mədəniyyət” telekanalında və "Təhsil TV”nin "Facebook” səhifəsində yayımlanan "Dərs vaxtı” proqramı sentyabrın 4-ü üçün nəzərdə tutulan cədvələ uyğun yayımlanıb.

Təhsil Nazirliyindən   bildirilib ki, proqramda V sinilər üzrə fiziki tərbiyə, Azərbaycan dili, riyaziyyat, IX siniflər üçün isə inteqrativ dərs, müəllimdən məktub və futzal məşğələsi üzrə dərslər təqdim olunub.

Nazirlik dərs cədvəlinə diqqət etməyi, dərsi "Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

Qeyd edək ki, "Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "YouTube” kanalı ilə yanaşı, "Facebook” səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda "Təhsil” televiziyasının "Facebook” səhifəsindən izləmək imkanı əldə edə bilərlər.



Загрузка...