Xəbərlər / Müəllim
11 avqust 2020
1 946


Müəllimlər üçün kurikulum üzrə sınaq imtahanı keçiriləcək

Müəllimlər üçün kurikulum üzrə sınaq imtahanı keçiriləcək

 

Avqustun 12-də "Virtual məktəb”də müəllimlər üçün kurikulum üzrə növbəti sınaq imtahanına start veriləcək.

Təhsil Nazirliyindən  verilən məlumata görə, sınaq imtahanlarının keçid linkləri qeyd olunan tarixdən etibarən 10 gün müddətində "Virtual məktəb”in müəllim region qruplarında aktiv olacaq.

20 sualdan ibarət olacaq sınaq imtahanında hər sualın düzgün cavabı bir balla qiymətləndiriləcək, səhv cavablar isə ümumi nəticəyə təsir göstərməyəcək. Sınaq imtahanının sonunda müəllimlər öz nəticələri ilə tanış ola biləcəklər.

Hər müəllim üçün sınaq imtahanında bir dəfə iştirak etmək hüququ verilir. "Kurikulumun tədrisi üzrə vebinarlar”ın sonuncu buraxılışında sualların düzgün cavabları təqdim olunacaq və bununla da artıq 3 aydır ki davam edən "Kurikulumun tədrisi üzrə vebinarlar” başa çatacaq.

Qeyd edək ki, sınaq imtahanı "Virtual məktəb”də Azərbaycan və rus bölmələri üzrə müəllimlər üçün keçirilən "Kurikulumun tədrisi üzrə vebinarlar”dakı mövzuları əhatə edir. Vebinarların keçirilməsində məqsəd müəllimlərə işə qəbul, sertifikasiya və diaqnostik qiymətləndirmə üzrə aparılacaq imtahanlara hazırlığa dəstək göstərməkdir.
İlk dəfə 14-24 iyul tarixlərində təşkil olunan sınaq imtahanlarında 5926 nəfər Azərbaycan bölməsi, 1583 nəfər rus bölməsi olmaqla ümumilikdə 7509 müəllim iştirak edib. Nəticələrə əsasən, iştirakçıların 87 faizi 15-dən çox suala düzgün cavab verərək sınaq imtahanından uğurla keçiblər. 68 nəfər isə təqdim olunan bütün sualları düzgün cavablandırıb.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Müəllimlər üçün imtahan keçiriləcək

Müəllimlər üçün imtahan keçiriləcək

“Virtual məktəb”də kurikulumun tədrisi üzrə ödənişsiz vebinarlar davam edir

“Virtual məktəb”də kurikulumun tədrisi üzrə ödənişsiz vebinarlar davam edir

Müəllim olmaq istəyənlər üçün yeni suallardan ibarət sınaq imtahanı keçiriləcək

Müəllim olmaq istəyənlər üçün yeni suallardan ibarət sınaq imtahanı keçiriləcək

“Virtual məktəb”də müəllimlər üçün fənlər üzrə ixtisas hazırlığı

“Virtual məktəb”də müəllimlər üçün fənlər üzrə ixtisas hazırlığı

İşə qəbul üzrə elektron sınaq imtahanları keçiriləcək - Ayda iki dəfə

İşə qəbul üzrə elektron sınaq imtahanları keçiriləcək - Ayda iki dəfə

Müəllimlərin işə qəbulu üzrə elektron sınaq imtahanı keçirilib

Müəllimlərin işə qəbulu üzrə elektron sınaq imtahanı keçirilib

Direktor və müəllimlər üçün sınaq imtahanları regionlarda da təşkil olunacaq

Direktor və müəllimlər üçün sınaq imtahanları regionlarda da təşkil olunacaq

Müəllim olmaq istəyənlər üçün sınaq imtahanı keçirilir

Müəllim olmaq istəyənlər üçün sınaq imtahanı keçirilir

Sonuncu sınaq imtahanına qeydiyyat başlayıb

Sonuncu sınaq imtahanına qeydiyyat başlayıb

Sınaq imtahanlarının doğru cavabları açıqlandı

Sınaq imtahanlarının doğru cavabları açıqlandı

Abituriyentlərə xoş xəbər - Pulsuz elektron sınaq imtahanı

Abituriyentlərə xoş xəbər - Pulsuz elektron sınaq imtahanı

Müəllim olmaq istəyənlər üçün elektron sınaq imtahanları davam edir

Müəllim olmaq istəyənlər üçün elektron sınaq imtahanları davam edir

Aprelin 1-də keçirilən sınaq imtahanının nəticələri açıqlandı

Aprelin 1-də keçirilən sınaq imtahanının nəticələri açıqlandı

Sınaq imtahanlarının cavabları 3 günə AÇIQLANACAQ

Sınaq imtahanlarının cavabları 3 günə AÇIQLANACAQ

İkinci sınaq imtahanına yazılış başlayıb

İkinci sınaq imtahanına yazılış başlayıb

Sınaq imtahanının nəticələri açıqlanıb

Sınaq imtahanının nəticələri açıqlanıb

Sınaq imtahanına qeydiyyat başlayır

Sınaq imtahanına qeydiyyat başlayır

Rezidenturaya sınaq imtahanı ödənişsiz oldu

Rezidenturaya sınaq imtahanı ödənişsiz oldu

İyunun 11-i verilən I və IV qrupların sınaq imtahanlarının cavabları açıqlanıb

İyunun 11-i verilən I və IV qrupların sınaq imtahanlarının cavabları açıqlanıb

Dövlət qulluğunda işləmək istəyənlər - Sınaq imtahanı keçiriləcək

Dövlət qulluğunda işləmək istəyənlər - Sınaq imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri ELAN EDİLDİ

Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri ELAN EDİLDİ

Sınaq imtahanlarına qeydiyyat başladı

Sınaq imtahanlarına qeydiyyat başladı

Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği - AÇIQLANDI

Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği - AÇIQLANDI

Təhsil Texnologiyaları Mərkəzində elekton sınaq imtahanları keçiriləcək

Təhsil Texnologiyaları Mərkəzində elekton sınaq imtahanları keçiriləcək