Xəbərlər / Video
24 iyul 2020
1 712


13 yaşlı məktəbli qızla evlənən imam həbsxanaya göndərildi – VİDEO

 

13 yaşlı məktəbli ilə evlənən Rəsul Salehov dörd il müddətinə həbs cəzasına məhkum edilib.

"Biznes Online”xəbər verir ki, bu barədə uşağın və anasının vəkili Ruslan Nağıyev məlumat yayıb.

Qeyd edək ki, hadisə Tatarıstanda yaşanıb.

Məlumata görə, 28 yaşlı Salehov məktəbli ilə evlənmək istədiyini deyəndə onun valideynlərinə 16 yaşı tamam olana qədər qıza toxunmayacağı vədini verib.

Kənd sakinlərinin sözlərinə görə, onların bu dini nikahdan xəbəri olmayıb. Lakin qız öz rəfiqələrinə intim məsələlər barədə danışıb, onlar öz növbəsində valideynləri ilə yeni öyrəndikləri məlumatları bölüşüblər. Şoka düşən valideynlər dərhal bu barədə hüquq-mühafizə orqanlarına xəbər veriblər.
 
Məqalə Göndər








Загрузка...