Xəbərlər
02 iyul 2020
1 381


Azərbaycanda tələbələrin köçürülməsi nə vaxt həyata keçiriləcək? - RƏSMİ

 

Azərbaycanda tələbələrin bir ali məktəbdən digərinə və ya bir ixtisasdan digərinə köçürülməsi prosesi onlayn həyata keçiriləcək.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, köçürülmə prosesi onlayn olduğu üçün onun təxirə salınması nəzərdə tutulmayıb:

"Bu proses iyul-avqust aylarında baş tutacaq. Köçürülmənin başlanılma müddəti ilə bağlı yaxın vaxtlarda məlumat veriləcək”.

Qeyd edək ki, tələbələrin köçürülməsi ildə iki dəfə - fevral və iyul aylarında həyata keçirilir.
Məqalə Göndər








Загрузка...