AzTehsil.com


Xəbərlər / Müəllim
12 iyun 2020
1 519


Müəllimlərin yerdəyişməsində 7000-dən çox vakansiya



Müəllimlərin yerdəyişməsində 7000-dən çox vakansiya

 

Uğur qazanan namizədlər işə qəbul müsabiqəsində iştirak edərək müddətli müqavilə əsasında ikinci iş yerini seçə biləcəklər

İyunun 5-də Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb. Müsabiqədə iştirak etmək üçün 10068 namizəd elektron qeydiyyatdan keçib, onlardan 6871 nəfəri elektron ərizəsini təsdiq edib. Hazırda elektron ərizələrin yoxlanılması prosesi həyata keçirilir. İyun ayı ərzində elektron yerləşdirmənin nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

7539 vakant yerə 6871 müəllim

2020-2021-ci tədris ili üçün müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə 7 539 vakant yer çıxarılıb. Vakant yerlərin 6680-i tədrisi Azərbaycan dilində aparılan bölmə üzrədir.

Azərbaycan bölməsi üzrə ən çox vakant yerlər musiqi, daha sonra təsviri incəsənət fənləri üzrədir. Azərbaycan bölməsində musiqi fənni üzrə 1421, təsviri incəsənət üzrə 788, rus dili üzrə 694, kimya üzrə 672, informatika üzrə 487, ingilis dili üzrə 453, texnologiya üzrə 318, riyaziyyat üzrə 309, biologiya üzrə 290, fiziki tərbiyə üzrə 287, fizika üzrə 275, Azərbaycan dili və ədəbiyyat üzrə 203, ibtidai sinif üzrə 167, coğrafiya üzrə 157, tarix üzrə 134, fransız dili üzrə 13, alman dili üzrə 12 vakant yer var.

Rus bölməsi üzrə ən çox vakant yerlər ibtidai sinif üzrədir. Belə ki, ibtidai sinif üzrə 135, informatika üzrə 83, fiziki tərbiyə üzrə 66, musiqi üzrə 63 vakant yer çıxarılıb. Rus bölməsində müəllimə tələbatın ən az duyulduğu fənlər fransız dili, alman dili və tarix üzrədir. Fransız dili üzrə 9, alman dili üzrə 26, tarix üzrə 27 vakant yer müsabiqəyə çıxarılıb.

Bakı məktəblərində rus bölməsi üzrə 299, Azərbaycan bölməsi üzrə 395 vakant yer müsabiqəyə təqdim edilib. Bakıda Azərbaycan bölməsi üzrə ən çox vakant yer rus dili (91 yer), fiziki tərbiyə (60 yer), informatika (43 yer) üzrədir.

Paytaxt məktəblərində rus bölməsi üzrə 30 fiziki tərbiyə, 29 informatika, 28 ibtidai sinif müəlliminə ehtiyac var.

Yerdəyişmə zamanı bunlar nəzərə alınır

Xatırladaq ki, Təhsil Nazirliyi müəllimlərin yerdəyişmə müsabiqəsi zamanı bir sıra sosial amilləri nəzərə alır. Məsələn, ər və ya arvadın hərbçi olması, şəhid ailəsinin üzvü olma, namizədin iş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirilir.  Bu sosial amillərin nəzərə alınması üçün namizədlər elektron qeydiyyat zamanı ərizələrinə tələb olunan bəzi sənədləri yükləyirlər. Əri və ya arvadı hərbçi olduqda namizəd nikah haqqında şəhadətnamənin surətini, ər və ya arvadın hərbçi olduğunu təsdiq edən sənədin (xidməti vəsiqə və ya arayış) surətini, şəhid ailəsinin üzvü olduqda şəhid ailəsinin üzvü olduğunu təsdiq edən sənəd və ya vəsiqənin surətini, şəhidlə yaxın qohumluğunu təsdiq edən sənədin surətini, iş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə həmin ərazidə yaşadığını və ya qeydiyyatda olduğunu təsdiq edən sənədin surətini, qeyd olunan bu şərtləri ödədikdə sosial amilləri təsdiq edən bütün sənədlərin surətini sistemə əlavə edirlər.

Müsabiqəyə üstünlük verdikləri balla qatılırlar
Qeyd edək ki, müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi bölmə və ixtisasa uyğun olaraq dəyişdirilir. Vakansiyalara yerləşdirilmə zamanı işə qəbul müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə toplanılan bal əsas götürülür. Namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, üstünlük verdikləri balla müsabiqəyə qatılırlar.

Bu il müsabiqə şərtlərində müəllimlərin xeyrinə dəyişiklik də edilib. Belə ki, ötən il yerdəyişmə müsabiqəsində iştirak edənlər ikinci iş yerini seçə bilmirdilər.  Bu il belə bir məhdudiyyət nəzərdə tutulmur. Yerdəyişmə müsabiqəsində uğur qazanan namizədlər işə qəbul müsabiqəsində iştirak edərək müddətli müqavilə əsasında ikinci iş yerini seçə biləcəklər.



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda ən çox bu fənlərin müəllimlərinə ehtiyac var - 7539 vakant yer müsabiqəyə çıxarılır

Azərbaycanda ən çox bu fənlərin müəllimlərinə ehtiyac var - 7539 vakant yer müsabiqəyə çıxarılır

İş yerini dəyişmək istəyən müəllimlərə hansı hallarda güzəşt olunur

İş yerini dəyişmək istəyən müəllimlərə hansı hallarda güzəşt olunur

Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır

Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır

İş yerini dəyişmək istəyən müəllimlərin qeydiyyatı davam edir - Son 2 gün

İş yerini dəyişmək istəyən müəllimlərin qeydiyyatı davam edir - Son 2 gün

Müəllimlərin yerdəyişməsinə elektron sənəd qəbulu bu gün başa çatır

Müəllimlərin yerdəyişməsinə elektron sənəd qəbulu bu gün başa çatır

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu  müsabiqəsi başa çatdı:

Müəllimlərin işə qəbulu müsabiqəsi başa çatdı:

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunda fənlər üzrə keçid balı açıqlanıb

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunda fənlər üzrə keçid balı açıqlanıb

Müəllimlərin işə qəbulunun test mərhələsinə start verilir-ELAN

Müəllimlərin işə qəbulunun test mərhələsinə start verilir-ELAN

İş gözləyən müəllimlərə müjdə

İş gözləyən müəllimlərə müjdə

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu elektron qaydada aparılacaq

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu elektron qaydada aparılacaq

Müəllimlərin işə qəbulu üzrə imtahanların tarixi

Müəllimlərin işə qəbulu üzrə imtahanların tarixi

Müəllimlərin yerdəyişməsinə başlanılır

Müəllimlərin yerdəyişməsinə başlanılır

İbtidai sinif müəllimlərinin imtahanında maksimum bal toplayan olmayıb

İbtidai sinif müəllimlərinin imtahanında maksimum bal toplayan olmayıb

Nazirlikdən müəllim işləmək istəyən namizədlər üçün keçid balı ilə bağlı AÇIQLAMA

Nazirlikdən müəllim işləmək istəyən namizədlər üçün keçid balı ilə bağlı AÇIQLAMA

Müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu

Müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu

Müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu başlanılır

Müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu başlanılır

Müddətli müqavilə ilə müəllimlərin işə qəbuluna start verildi

Müddətli müqavilə ilə müəllimlərin işə qəbuluna start verildi

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir

Müddətli müqavilə ilə işləmək istəyən müəllimlərin nəzərinə

Müddətli müqavilə ilə işləmək istəyən müəllimlərin nəzərinə

Müddətli müqavilə üzrə müəllimlərin işə qəbulunun II turu

Müddətli müqavilə üzrə müəllimlərin işə qəbulunun II turu

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib