"Virtual məktəb" lahiyəsi uğursuz layihədirmi ?
Pandemiya dövründə tətbiq olunan "Virtual məktəb" layihəsi sosial şəbəkədə ən çox müzakirə olunan mövzulardan biridir.Belə müzakirələrdən biri diqqətimizi cəlb etdiyinə görə həmin statusu diqqətinizə çatdırırıq.
Virtual Məktəbi" çökdürən Vüsal Xanlarov
Tarixə nəzərə alsaq ki,görərik ki,bahalı amma uğursuz olmuş layihələr çox az saydadır.
Bir haşiyəyə çıxım,ideyanı layihə formasına saldıqda müzakirələr aparılmalıdır.Ən axırda detallara qədər düşünülməldir.Ən xırda detal sizin bütün layihənizi alt-üst edə bilər və sırf bu səbəbdəndir ki, bütün elementlər incəliklərinə qədər araşdırılmalı, vaxtında və planlanmış büdcə ilə layihəni bitirmək üçün daim nəzarəti əldən verməmək lazımdır.
"Virtual Məktəb " layihəsi də tək karantin dövrünü deyil,ondan sonrakı zamanı da əhatə etmək istəyir.Ama hamı çox şey istəyir,hər istəyimiz olmur.Elə bu istək də olmayacaq. Yeyilən,silinən yoxsa ayrılan pullar?
Hər layihənin də bir büdçəsi olur ki,bu qədər pul ayrılır.Nə qədər araşdırma aparsaq da layihənin büdcəsi haqqında məlumata malik olmadıq.Görünür,xüsusi məqsədlə gizlin saxlanılır.Hər kəsə maraqlı olar ki,bu uğursuz layihə üçün nə qədər pul silindi.Üzürlü sayın,səhv yazdım,ayrıldı yazacaqdım.
Layihənin əsas uğursuzluğu nədən ibarətdir?
Nə qədər press lerizlə saytlara bu layihəni təriflətsələr də mümkün olmadı.Saytlar yazdıqca,təhsil işçiləri əksinə çıxdılar.İlk öncə qeydiyyat formasının hər kəsə uyğun olmaması problem oldu.Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsi İKT biliyiniz zəfi olması ucbatından layihə uğursuzluğa düçar oldu.Biyabırçılıq ondan ibarətdir ki,bu idarə həmin layihəni asanlaşdıra bilmədi.Yəni,əslində qeyri adi nəsə etmədilər.Hazır olanı köçürtdülər.
Köhnə "mədəd"dən yeni mədət ummayaq
"Mədəd” Təşkilatının Icraçı direktoru Vüsal Xanlarovu kimə görəsə Nazirliyin əsas funksiyalarından biri olan şöbəyə müdir təyin edirlər..İTE anlayışı zəif olan bir şəxs də bu işin öhdəsindən gələ bilmir.
Kimi aldadırıq?
Ən böyük problemimiz ondan ibarətdir ki,xəbəri oxuyub,təhlil etmirik.Tutaq ki,dedilər 300000 nəfər qeydiyyatdan keçib.Sual verirəm ki,neçə nəfər istifadə edə bilir?Təhsil şöbələrini məcbur ediblər ki,şagirdləri,müəllimləri qeydiyyatdan keçirin.Etdilər,ancaq yenə də formalnı qeydiyyat oldu.
Sual verirəm ki,bu layihəyə ayrılan pulun,uğursuzluğun bədəlini kim ödəyəcək?