Xəbərlər
06 may 2020

Azərbaycan və Türkiyə universitetləri arasında "Virtual Hackathon - 2020" müsabiqəsinin qalibləri

Azərbaycan və Türkiyə universitetləri arasında "Virtual Hackathon - 2020" müsabiqəsinin qalibləri

 

Koronavirus pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün Azərbaycan və Türkiyə universitetləri arasında keçirilən "Virtual Hackathon - 2020" müsabiqəsi başa çatıb.

AzTU-dan bildirilib ki, "Biz birlikdə güclüyük" adlı müsabiqə Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin OSTİM Texniki Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfdaşlığı ilə keçirilib.

Komandalar 48 saat ərzində  Slak və ZOOM proqramlarından istifadə etməklə bir araya gələrək, müzakirələr aparıb və mentorların dəstəyindən faydalanıblar. Müsabiqədə əsasən səhiyyə, təhsil, əyləncə və sosial mövzu sahəsində olan ideyalar təqdim olunub.

Komandaların təqdimatları bitdikdən sonra qaliblər "Virtual Hackathon-2020” müsabiqəsinin facebook səhifəsində canlı yayımda elan olunub.

Müsabiqənin nəticələrinə əsasən, birinci yerə OSTİM Texniki Universitetinin komandasının hazırladığı  "CoroWarner” proqramı layiq görülüb. "CoroWarner”  pandemiya zamanı insanların və təşkilatların bir-birinə kömək etməsi üçün məlumatlandırıcı funksiya daşıyacaq.

İkinci yerə AzTU komandasının hazırladığı "Kondor" dronu layiq görülüb. "Kondor” infeksiyanın yayıldığı dövrdə əhalinin temperaturunun alternetiv enerji ilə işləyən cihazlar vasitəsilə ölçülməsi, tibbi ləvazimatların təhlükəsiz çatdırılması, ərazilərin və kənd təsərrüfatı sahələrinin dərmanlanması üçün nəzərdə tutulub.

Üçüncü yerə Azərbaycan-Fransız Universitetinin hazırladığı (UFAZ) "Acedmy Azərbaycan” və Lənkəran Dövlət Universitetinin  ideyası olan "Relive” platformaları layiq görülüb.

Müsabiqədə Mingəçevir Dövlət Universitetinin (MDU) "Danışan ixtisas” portalı fərlənən layihə olaraq dördüncü yerə layiq görülüb. "Danışan ixtisas”portalında tələbələr ixtisas fənlərini oxumaqla yanaşı, bədii qiraətlə də məşğul ola biləcək. Portal elektron kitabxana funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, ilk 3 yeri tutmuş komandaya "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən 3 aylıq İnkubasiya xidməti veriləcək. "CoroWarner” və "Kondor” layihəsinin prototipi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə hazırlanacaq. Qalib komandanın hər birinə müxtəlif hədiyyələr təqdim olunacaq.





Загрузка...
loading...

Həmçinin oxuyun:
Şagird və müəllimlərin internetə əlçatanlığını təmin etmək məqsədi ilə müraciət ünvanlanıb – Cəsarət Valehov

Şagird və müəllimlərin internetə əlçatanlığını təmin etmək məqsədi ilə müraciət ünvanlanıb – Cəsarət Valehov

AzTU və OSTİM Texniki Universiteti arasında texniki təhsilin inkişafına dair müzakirələr

AzTU və OSTİM Texniki Universiteti arasında texniki təhsilin inkişafına dair müzakirələr

Azərbaycan Texniki Universiteti Erasmus+KA2 layihəsinin icrasına başlayıb

Azərbaycan Texniki Universiteti Erasmus+KA2 layihəsinin icrasına başlayıb

Müsabiqənin qalibləri açıqlandı – İlk yer 5 min dollar…

Müsabiqənin qalibləri açıqlandı – İlk yer 5 min dollar…

Bakı Ali Neft Məktəbinin tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub

Bakı Ali Neft Məktəbinin tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub

BDU-nun gənc tədqiqatçıları Üçüncü Respublika İnnovasiya Müsabiqəsinin qalibi olublar

BDU-nun gənc tədqiqatçıları Üçüncü Respublika İnnovasiya Müsabiqəsinin qalibi olublar

UNEC tələbələrindən Prezidentin çağırışına dəstək: “Biz birlikdə güclüyük!”

UNEC tələbələrindən Prezidentin çağırışına dəstək: “Biz birlikdə güclüyük!”

BMU-nun tələbəsi esse yazı müsabiqəsinin qalibləri sırasında

BMU-nun tələbəsi esse yazı müsabiqəsinin qalibləri sırasında

Bakı Ali Neft Məktəbinin tələbəsi esse yazı müsabiqəsinin qalibi olub

Bakı Ali Neft Məktəbinin tələbəsi esse yazı müsabiqəsinin qalibi olub

"Sabahın alimləri” IX Respublika Müsabiqəsinin bağlanış mərasimi

Azərbaycan Texniki Universitetinin nümayəndə heyəti Türkiyədə

Azərbaycan Texniki Universitetinin nümayəndə heyəti Türkiyədə

Sambo üzrə açıq birincilik başa çatıb

Sambo üzrə açıq birincilik başa çatıb

BDU -nun 100 illik yubileyi münasibətilə keçirilmiş müsabiqənin qalibləri

BDU -nun 100 illik yubileyi münasibətilə keçirilmiş müsabiqənin qalibləri

Azərbaycan Təhsil Şəbəkəsinin təhsil sahəsində əhəmiyyəti müzakirə olunub

Azərbaycan Təhsil Şəbəkəsinin təhsil sahəsində əhəmiyyəti müzakirə olunub

Beynəlxalq yarışa və ümumrespublika birinciliyinə yekun vurulub

Beynəlxalq yarışa və ümumrespublika birinciliyinə yekun vurulub

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

SABAH məzunu Gənclər üçün Prezident Mükafatina layiq görülüb

SABAH məzunu Gənclər üçün Prezident Mükafatina layiq görülüb

“Elektron hökumət” portalında daha 3 yeni xidmət

“Elektron hökumət” portalında daha 3 yeni xidmət

İntellektual yarışda tələbələrdən ibarət 17 komanda mübarizə aparıb

İntellektual yarışda tələbələrdən ibarət 17 komanda mübarizə aparıb

AzTU-da tələbələrə müasir peşələr haqda çarxlar göstərilib

AzTU-da tələbələrə müasir peşələr haqda çarxlar göstərilib

"Magistr-2017" müsabiqəsinin qalibləri mükafatlandırılıb

Tələbələr arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib (FOTO)

Tələbələr arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib (FOTO)

Ağstafa məktəbliləri karate idman növü üzrə yarışlarda II yerə  layiq görülüb

Ağstafa məktəbliləri karate idman növü üzrə yarışlarda II yerə  layiq görülüb

BDU rektoru beynəlxalq mükafata layiq görülüb

BDU rektoru beynəlxalq mükafata layiq görülüb