AzTehsil.com


Xəbərlər
16 aprel 2020
1 321


Çikaqo Universitetinin azərbaycanlı doktorantı xərçəngə qarşı yeni dərman hazırlayıb



 

 

Çikaqo Universitetinin (University of Chicago) alimləri xərçəngə qarşı yeni immunopreparat hazırlayıblar. 

İmmunoterapiya bədənin ağ qan hüceyrələrini, əsasən də T limfositlərini, xərçəngə qarşı aktivləşdirən innovativ müalicə növüdür. İnterlikin-12 (IL-12) T limfositlərinin böyümə və differensiyasına səbəb olan zülaldır və xərçənglə mübarizədə böyük potensiyala malikdir. Lakin, bu zülalın bir sıra yan təsirləri mövcud olduğundan insanlarda tədbiqi mümkünsüz idi. Alimlər, IL-12 zülalını genetik yolla dəyişdirib, onu sağlam orqanlara deyil, məhz xərçəng hüceyrələrinə yönəltməyə nail olublar.

Bu texnologiya IL-12 zülalının effektivliyini qat-qat artırıb, yan təsirlərini tamamilə aradan qaldırıb.Bu tədqiqat, biomühəndislik və biotexnologiya sahəsində ən prestijli jurnallardan biri olan, Nature Biomedical Engineering jurnalında çap olunub.

Qeyd etmək lazımdır ki, öncəki tədqiqatlarda bu immunopreparat, toksikliyinə görə, birbaşa şiş nahiyyəsinə yeridilib. Bu isə, xərçəng xəstələri üçün bir sıra fəsadlara gətirib çıxarıb. Yeni tədqiqatda, IL-12 molekulu qan dövrani sisteminə (venadaxili) yeridilib xərçəng hüceyrələrinə yüksək effektivliklə təsir göstərir və, həmçinin, IL-12 immunopreparatının toksikliyini dəfələrlə azaldır. Alimlər qeyd olunan molekulu bir il ərzində müxtəlif xərçəng növləri (dəri, süd vəzi, ağ ciyər) daşıyan siçanlarda yoxlayıblar və müalicəni alan sıçanların böyük hissəsi xəstəlikdən tamamilə sağalıb. Digər tərəfdən, xərçəngə qarşı ənənəvi mübarizə yollarından olan kimyəvi və şüa terapiyaları, eyni xərçəng növlərini daşıyan sıçanlarda heç bir təsir göstərməmişdir. Bu, tədqiqatçıların hazırladığı immunopreparatın standart müalicələrdən üstün olduğunu göstərir. Elmi qrupun üzvləri yaxın zamanda IL-12 preparatını insanlarda yoxlanılması barədə öz planlarını açıqlayıblar.

Qeyd edək ki, elmi təcrübələri yerinə yetirən və məqalənin birinci müəllifi, həmyerlimiz Aslan Mansurovdur. Aslan Mansurov hal-hazırda Çikaqo Universitetinin molekulyar mühəndislik fakültəsinin doktorant tələbəsidir. Aslanın elmi qrupunun rəhbəri Jeffrey Hubbell (link), bioloji materiyallar və biomühəndislik sahəsi üzrə dünyanın ən aparıcı ekspertlərindən biridir. Jeffrey Hubbell ABŞ-ın Milli Tibb Akademiyasının (National Academy of Medicine) və Milli Mühəndislik Akademiyasının (National Academy of Engineering) seçilmiş üzvüdur.

Aslan Mansurov 2013-cü ildə "Qafqaz” Gimnaziyasını qızıl medalla bitirib. 2017-ci ildə ABŞ-ın Minnesota Universitetinin (University of Minnesota) kimya mühəndisliyi dərəcəsini fərqlənmə ilə bitirib və hal-hazırda Çikaqo Universitetinin Pritzker Molekulyar Mühəndislik İnstitutunda (Pritzker School of Molecular Engineering) doktorantdır.  apa.az 




Загрузка...
Həmçinin oxuyun:
Çox pendir yemək xərçəngə səbəb olur - DİQQƏT

Çox pendir yemək xərçəngə səbəb olur - DİQQƏT

Xərçəngin 12 növünü məhv edir... - DONDURULMUŞ LİMONUN İNANILMAZ TƏSİRİ

Xərçəngin 12 növünü məhv edir... - DONDURULMUŞ LİMONUN İNANILMAZ TƏSİRİ

Xərçəng hüceyrələrini məhv edən qida

Xərçəng hüceyrələrini məhv edən qida

Xərçəngin geniş yayılmasının SƏBƏBİ TAPILDI

Xərçəngin geniş yayılmasının SƏBƏBİ TAPILDI

Xərçəng hüceyrələrini məhv edən MÖCÜZƏVİ QİDA

Xərçəng hüceyrələrini məhv edən MÖCÜZƏVİ QİDA

Tibb dünyasında YENİLİK - Bu xəstəliklə bağlı...

Tibb dünyasında YENİLİK - Bu xəstəliklə bağlı...

Xərçəng hüceyrələrini məhv edən möcüzəvi bitki: Qəbul etdiyiniz andan etibarən… – FOTO

Xərçəng hüceyrələrini məhv edən möcüzəvi bitki: Qəbul etdiyiniz andan etibarən… – FOTO

Mobil telefonlar xərçəng yaradır?- XƏBƏRDARLIQ

Mobil telefonlar xərçəng yaradır?- XƏBƏRDARLIQ

Bu maddə xərçəng şişlərini 100 dəfə artırır -ARAŞDIRMA

Bu maddə xərçəng şişlərini 100 dəfə artırır -ARAŞDIRMA

Həftədə 3 dəfə içsəniz, xərçəngə tutulmazsınız – ŞƏFAVERİCİ BİTKİ

Həftədə 3 dəfə içsəniz, xərçəngə tutulmazsınız – ŞƏFAVERİCİ BİTKİ

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? -DOSYE

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? -DOSYE

Xərçəng və diabet xəstəliyinin çarəsi -MÖCÜZƏVİ FAYDA

Xərçəng və diabet xəstəliyinin çarəsi -MÖCÜZƏVİ FAYDA

Bu meyvə xərçəngdən qoruyur -DİQQƏT!

Bu meyvə xərçəngdən qoruyur -DİQQƏT!

Fənər funksiyasını yerinə yetirən güllər icad ediblər

Fənər funksiyasını yerinə yetirən güllər icad ediblər

Yarım litr suya bir ovuc nar qabığı töküb qaynatsanız... – ŞƏFAVERİCİ TƏSİRLƏRİ

Yarım litr suya bir ovuc nar qabığı töküb qaynatsanız... – ŞƏFAVERİCİ TƏSİRLƏRİ

Azərbaycanlı müəllim xərçəngə tutuldu -Hamını kövrəldən əhvalat

Azərbaycanlı müəllim xərçəngə tutuldu -Hamını kövrəldən əhvalat

Xərçəng olmamaq üçün hər gün bir stəkan için - ARAŞDIRMA

Xərçəng olmamaq üçün hər gün bir stəkan için - ARAŞDIRMA

Gündə üç-dörd fincan qəhvə içməyin faydaları

Gündə üç-dörd fincan qəhvə içməyin faydaları

Dünyanın müxtəlif nüfuzlu universitetlərində, tədqiqat mərkəzlərində  çalışan azərbaycanlı alimlərin  uğurları hər birimiz üçün iftixar  mənbəyidir.

Dünyanın müxtəlif nüfuzlu universitetlərində, tədqiqat mərkəzlərində çalışan azərbaycanlı alimlərin uğurları hər birimiz üçün iftixar mənbəyidir.

Azərbaycanlı alim ilk dəfə Beynəlxalq müsabiqənin münsiflər heyətində

Azərbaycanlı alim ilk dəfə Beynəlxalq müsabiqənin münsiflər heyətində

Ölümcül xəstəliyin çarəsi — Fındığın bilmədiyimiz 10 FAYDASI

Ölümcül xəstəliyin çarəsi — Fındığın bilmədiyimiz 10 FAYDASI

Azərbaycanlı doktorant ABŞ Milli Elm Fondunun mükafatına layiq görülüb

Azərbaycanlı doktorant ABŞ Milli Elm Fondunun mükafatına layiq görülüb

Ölümdən başqa hər dərdə çarə- Qara zirə

Ölümdən başqa hər dərdə çarə- Qara zirə

Mobil telefonlar bu xəstəlikləri yaradır -ARAŞDIRMA

Mobil telefonlar bu xəstəlikləri yaradır -ARAŞDIRMA