Xəbərlər / Valideyn / Müəllim / Məktəbə qədər və məktəbdən kənar
17 mart 2020
2 360


YENİLİK: Məktəbəhazırlıq qrupları və 1-ci siniflər üçün dərsliklər artıq bir tədris ili ərzində istifadə olunacaq

 

Dövlət ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qrupları və 1-ci sinifləri üçün istehsal olunan bütün kağız dərsliklər artıq 1 tədris ili ərzində istifadə olunacaq və hər il yeniləri ilə əvəzlənəcək.

Bunu Trend-ə Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin baş məsləhətçisi Vüsalə Əliyeva deyib.

Onun sözlərinə görə, hazırda bütün kağız dərsliklər bir qayda olaraq, 4 il ərzində istifadə olunur: "Bu zaman məktəb təhsilinə yenicə başlayan məktəbəhazırlıq qruplarında təhsilalanların və birincilərin dərslikləri elə ilk istifadə ilində zədələməsi halları baş verir. Belə olduğu təqdirdə digər tədris illərində həmin dərsliklərdən istifadə etməli olan şagirdlərə zədələnmiş dərsliklərin verilməsi ehtimalı yaranırdı. Bu isə məktəb həyatına yeni başlayan şagirdlərin öyrənmə motivasiyasının azalmasına, dərslikdəki materiallarla işləmə zamanı çətinliklərin yaranmasına və s. səbəb ola bilirdi”.

V.Əliyeva əlavə edib ki, ötən tədris illərinin statistikası da ən çox zədələnməyə məruz qalan və ya yararsız hala düşən dərsliklərin ilk onluğunda olan dərsliklərin hamısının məhz I siniflərə aid olduğunu göstərir.

Nazirlik rəsmisinin sözlərinə görə, ibtidai təhsil səviyyəsi üçün dərsliklərin istifadə müddətinin daha qısa müddətli və ya birdəfəlik təyin edilməsi beynəlxalq təcrübəyə də uyğundur: "Hətta Azərbaycanın öz təcrübəsinə də nəzər yetirsək, əvvəlki illərdə (sovet dövrü və müstəqillik illərinin əvvəllərində) 1-ci sinif dərsliklərinin (məsələn, Əlifba) şagirdlərə hədiyyə olaraq verildiyini görə bilərik”.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Dərsliklərin şagirdlərə paylanılması davam edir

Dərsliklərin şagirdlərə paylanılması davam edir

Dərsliklərin paylanılması başa çatıb

Dərsliklərin paylanılması başa çatıb

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Məktəbəhazırlıq qrupları üçün dərslik çap ediləcək?

Məktəbəhazırlıq qrupları üçün dərslik çap ediləcək?

Dərsliklərdən çətin mövzu və terminlərin çıxarılması yalnız o halda mümkün ola bilər

Dərsliklərdən çətin mövzu və terminlərin çıxarılması yalnız o halda mümkün ola bilər

Azərbaycanda dərsliklər pulla satılır?

Azərbaycanda dərsliklər pulla satılır?

Dərsliklərin paylanılmasına başlanılıb

Dərsliklərin paylanılmasına başlanılıb

YENİLİK! - Nazirlik valideynlərin istəyini nəzərə aldı

YENİLİK! - Nazirlik valideynlərin istəyini nəzərə aldı

Azərbaycanda ehtiyat dərsliklər 2 fənn üzrə hazırlanacaq

Azərbaycanda ehtiyat dərsliklər 2 fənn üzrə hazırlanacaq

Ehtiyat dərsliklər 6 min birinci sinif şagirdi ilə təkrar sınaqdan keçirilə bilər

Ehtiyat dərsliklər 6 min birinci sinif şagirdi ilə təkrar sınaqdan keçirilə bilər

Ən çox müzakirə olunan dərsliklər – Bütün fənlər üzrə 2018-ci ilin STATİSTİKASI

Ən çox müzakirə olunan dərsliklər – Bütün fənlər üzrə 2018-ci ilin STATİSTİKASI

Yüz məktəbə yeni sistem üzrə hazırlanan dərsliklər verilib

Yüz məktəbə yeni sistem üzrə hazırlanan dərsliklər verilib

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanır - RƏSMİ

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanır - RƏSMİ

DİQQƏT! Təhsil Nazirliyindən AÇIQLAMA: "Sentyabrın 8-nə qədər bütün məktəblərdə..."

DİQQƏT! Təhsil Nazirliyindən AÇIQLAMA: "Sentyabrın 8-nə qədər bütün məktəblərdə..."

Təhsil Nazirliyi şagirdlərə və valideynlərə müraciət edib

Təhsil Nazirliyi şagirdlərə və valideynlərə müraciət edib

Ehtiyat və ya alternativ dərsliklərə ehtiyac var?

Ehtiyat və ya alternativ dərsliklərə ehtiyac var?

Dərslik siyasətinin həyata keçirilməsində Təhsil Nazirliyinin funksiyaları hansılardır?

Dərslik siyasətinin həyata keçirilməsində Təhsil Nazirliyinin funksiyaları hansılardır?

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Məktəbəqədərhazırlıq qrupları ilə bağlı 15 SUAL - 15 CAVAB

Məktəbəqədərhazırlıq qrupları ilə bağlı 15 SUAL - 15 CAVAB

Sistem tərəfindən avtomatik qeydiyyat kimlərə şamil olunur?

Sistem tərəfindən avtomatik qeydiyyat kimlərə şamil olunur?

Yeni dərsliklərin təsdiqi və nəşri...

Yeni dərsliklərin təsdiqi və nəşri...

Ehtiyat dərsliklər təhsilin keyfiyyətini daha da yüksəldəcək

Ehtiyat dərsliklər təhsilin keyfiyyətini daha da yüksəldəcək

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO