AzTehsil.com


Xəbərlər
28 yanvar 2020
4 611


Ərizə qəbulu davam edir



Ərizə qəbulu davam edir

 

Dövlət Sərhəd Xidməti (DSX) Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanında iştirak üçün şagirdlərin ərizə qəbulu davam edir.

Xüsusi Məktəbə qəbul imtahanında 2020-ci il dekabrın 31-dək 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan, qəbul aparılan ildə ümumi təhsil pilləsinin IV sinfində təhsil alan, fiziki cəhətdən sağlam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər. İmtahanda iştirak etmək istəyən şagirdlər 2020-ci il fevralın 15-dək Dövlət İmtahan Mərkəzinin saytında "Şəxsi kabinet” yaratmalı və müvafiq elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidirlər.

Yanvarın 28-i saat 12:10-a olan məlumata görə, imtahanda iştirak etmək üçün 597 nəfər ərizəsini təsdiqlədib. İmtahana yalnız "Şagirdin elektron ərizəsi”ni təsdiq etmiş şagirdlər buraxılacaqlar.

Xatırladaq ki, qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən test üsulu ilə keçiriləcək. Test imtahanı Azərbaycan dili və riyaziyyat fənləri üzrə Azərbaycan dilində aparılacaq. Hər fənn üzrə 30 qapalı tipli sual təqdim ediləcək. İmtahanın müddəti 90 dəqiqədir. İmtahana gələrkən şagirdlər şəxsiyyət vəsiqələrini və imtahana buraxılış vərəqələrini gətirməlidirlər. Şəxsiyyət vəsiqəsində şəkli olmayan namizədlər təhsil aldıqları məktəbdən IV sinifdə təhsil alması barədə şəkilli arayış (şəkil möhürlə təsdiqlənməlidir) təqdim etməlidirlər. Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.

İmtahanın keçirilmə tarixi və yeri haqqında məlumat qeydiyyat başa çatdıqdan sonra Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək. İmtahanların nəticəsi DSX-yə təqdim olunacaq. Yüksək nəticə göstərmiş şagirdlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb ediləcək. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan şagirdlər Xüsusi Məktəbə qəbul olunacaqlar.



Загрузка...
Həmçinin oxuyun:
DİM imtahanda iştirak edə bilməyənlərə şans verdi - Yenidən imtahan keçiriləcək - AÇIQLAMA

DİM imtahanda iştirak edə bilməyənlərə şans verdi - Yenidən imtahan keçiriləcək - AÇIQLAMA

Bu gün mindən çox şəxs buraxılış imtahanı verəcək

Bu gün mindən çox şəxs buraxılış imtahanı verəcək

Sabah rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək

Sabah rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək

Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanları keçiriləcək

Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanları keçiriləcək

Buraxılışda iştirak etməyən şagirdlər imtahan verəcəklər - Bu tarixdə

Buraxılışda iştirak etməyən şagirdlər imtahan verəcəklər - Bu tarixdə

Sabah 5-ci qruplara və kolleclərə qəbul imtahanaı keçiriləcək

Sabah 5-ci qruplara və kolleclərə qəbul imtahanaı keçiriləcək

Buraxılış imtahanlarında iştirak etməyənlərə yeni ŞANS verildi

Buraxılış imtahanlarında iştirak etməyənlərə yeni ŞANS verildi

İyulun 26-ı imtahan verən abituriyentlərin nəzərinə

İyulun 26-ı imtahan verən abituriyentlərin nəzərinə

DİM iyulun 5-i 26709 nəfərlik imtahan keçirəcək

DİM iyulun 5-i 26709 nəfərlik imtahan keçirəcək

DİM bu vakansiya üzrə imtahan keçirəcək

DİM bu vakansiya üzrə imtahan keçirəcək

Bir gündə ümumilikdə 76636 şagirdin imtahan verəcəyi nəzərdə tutulur

Bir gündə ümumilikdə 76636 şagirdin imtahan verəcəyi nəzərdə tutulur

DİM: Hakim olmaq istəyən 244 namizəd imtahan verəcək

DİM: Hakim olmaq istəyən 244 namizəd imtahan verəcək

Qeydiyyat davam edir - SON 2 gün

Qeydiyyat davam edir - SON 2 gün

Azərbaycan dili fənni üzrə ikinci imtahan keçirəcək

Azərbaycan dili fənni üzrə ikinci imtahan keçirəcək

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün yeni sınaq imtahanı keçiriləcək

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün yeni sınaq imtahanı keçiriləcək

Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda buraxılış imtahanları keçirilir

Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda buraxılış imtahanları keçirilir

Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək

Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək

Bu gün 1848 nəfər dövlət qulluğuna qəbul olunmaq üçün imtahan verəcək

Bu gün 1848 nəfər dövlət qulluğuna qəbul olunmaq üçün imtahan verəcək

Sabah 36 mindən çox şagird imtahan verəcək

Sabah 36 mindən çox şagird imtahan verəcək

Bu gün   test imtahanı keçiriləcək

Bu gün test imtahanı keçiriləcək

Rus bölməsində oxuyan abituriyentlər üçün imtahan keçirilir

Rus bölməsində oxuyan abituriyentlər üçün imtahan keçirilir

Şagirdlər sabah buraxılış imtahanı verəcək

Şagirdlər sabah buraxılış imtahanı verəcək

Sənəd qəbulu davam edir

Sənəd qəbulu davam edir

Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir