Qabaqcıl təcrübə / Kurikulum
23 may 2016
3 997


Riyazi təfəkkür və məntiq körpəlikdən aşılanmalı və formalaşdırılmalıdır..


Riyazi təfəkkür və məntiq körpəlikdən aşılanmalı və formalaşdırılmalıdır.....Sizin övladınız məktəbə getməzdən əvvəl 1-dən 10-a qədər saya bilməsi hələ onun güclü riyazi təfəkkürünün göstəricisi deyil. Bu daha çox həmin övladınızın yaddaşı ilə əlaqədardır. Eyni fikir vurma cədvəlini əzbər bilən uşaqlar haqqında da doğrudur. Ona görə də uşaqlara hansısa əməlləri əzbərlətmək onlarda riyazi təfəkkürü inkişaf etdirmək anlamına gəlməməlidir. Bəs riyaziyyatı yaxşı mənimsəməyə nə kömək edir?
Siz övladınızın riyazi məntiqini inkişaf etdirmək üçün lap kiçik yaşlarından çalışmalısınız. Təqdqiqatlar göstərir ki, uşaqların gələcəkdə riyaziyyatı daha yaxşı qavramasına təsir edən amillərə onların müəyyən fiqurları fərqləndirməsi, formanı və strukturu başa düşməsi, eyni zamanda qanunauyğunluqları tamamlama bacarığıdır. Bunu etmək üçün isə sizin evdə külli miqdarda imkanlarınız var.
Nümunə 1: Övladınız ABABABAB... qanunauyğunluğunu tamamlamağı bacarmalıdır. Məsələn ağ və qırmızı rəngli kağızları növbə ilə düzün. Uşaq bu ardıcıllığı başa düşməli, ağ rəngli kağızdan sonra qırmızı rəngli kağızı, qırmızı rəngli kağzdan sonra isə ağ rəngli kağızı qoymalıdır. Tədricən bu "oyunu” mürəkkəbləşdirib 3 və 4 rənglə də oynamaq olar.
Nümünə 2: Övladnızın böyüyü kiçikdən, dərini dayazdan, enlini dardan və digər kateqoriyaları fərqləndirməlidir. Evdə olan əşyaları qruplaşdırmaq ən sadə tapşırıq ola bilər. Məsələn, övladınıza böyük oyuncaqları bir tərəfə, kiçik oyuncaqları digər tərəfə yığmağı tapşırın. Kiçik köməkçinizdən paltarlarını növünə görə qruplaşdırıb yerinə yığmağı xahiş edin.
Nümunə 3: Forma fərqini övladınıza başa salın. Alma və pomidor yumru, yağ qutusu isə düzbucaqlı formadadır. Fiqurların adını əzbər öyrətmək vacib deyil, önəmli olan uşağın bu fiqurları fərqləndirməsidir. Bazarlıqdan gələndə oxşar formalı tərəvəzləri qruplaşdırmağı övladınıza tapşıra bilərsiniz
Məqalə Göndər








Загрузка...