ADPU-də 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir
İlk olaraq onu qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil naziri cənab Mikayıl Cabbarovun "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı müvafiq əmrə uyğun olaraq digər ali təhsil müəssisələrində olduğu kimi, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) də 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir. ADPU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi ölçü götürülməsi üçün bütün zəruri tədbirlər həyata keçirilir. Qeyd edək ki, imtahanlar hər gün vaxtında başlayır, imtahan prosesi yaxşı təşkil edilib. İmtahan prosesində nizam-imtizam, səliqə-sahman təmin edilib. İmtahan prosesinə heç bir kənar müdaxilə yoxdur, tələbələrə biliklərini nümayiş etdirmək üçün lazımi şərait yaradılıb.
İmtahan Qərargahının rəhbəri, dosent Nailə Hüseynovanın bizə verdiyi məlumata görə, yanvar ayının 11-dən bugünədək 45 nəfər tələbə qərargaha müraciət edib. Bu müraciətlərin 40-ı yazılı qaydada verilən imtahanlardan, 5-i isə test üsulu ilə verilən imtahanlardan olub. Müraciətlər çevik şəkildə və diqqətlə araşdırılıb. Yazılı qaydada verilən imtahanlarla bağlı edilən 40 müraciətin 17-si tələbələrin xeyrinə həll edilib, müraciət edən digər tələbələrin isə imtahan zamanı davranış qaydalarına əməl etmədiklərinə, üzərlərində mobil telefon və ya digər köməkçi vasitələr aşkar olunduğuna görə onlar imtahandan kənarlaşdırılaraq protokollaşdırılıb və imtahan cavabları ləğv edilib. Test üsulu ilə verilən imtahanlarla bağlı edilən 5 müraciətdən 3-ü tələbələrin xeyrinə həll edilib, 2 müraciət isə təmin edilməyib.
Apelyasiya Komissiyasının sədri, dosent İradə Qasımovanın və sədr müavini, tarix üzrə fəlsəfə doktoru Vurğun Məmmədovun verdikləri məlumata görə, yanvar ayının 11-dən bugünədək komissiyaya yazılı qaydada verilən imtahanlarla bağlı 172 müraciət daxil olub. Daxil olan müraciətlərdən 25-i tələbələrin xeyrinə həll edilib, 17-si təmin edilməyib. Müraciət edən 3 tələbə araşdırmada iştirak etməkdən imtina edib. Digər müraciətlər isə araşdırılır. Test üsulu ilə verilən imtahanlarla bağlı komissiyaya 30 müraciət daxil olub. Onlardan 9-u araşdırılıb, 1-i müsbət həll edilib, digər müraciətlər isə araşdırılır. Tələbələrin biliyinin qiymətləndirilməsi zamanı da şəffaflıq və obyektivlik təmin edilir. Eyni zamanda imtahan prosesini tələbələrin valideyinlərinin, ictimaiyyət nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, kütləvi informasiya vasitələri nümayəndələrinin izləmələri üçün lazımi şərait yaradılıb. ADPU-da fəaliyyət göstərən İctimai Şura da imtahan prosesinə nəzarət edir. İmtahanların çevik, şəffaf və obyektiv keçirilməsi ADPU-nun rektoru, professor Cəfər Cəfərovun diqqət mərkəzindədir.
aztehsil.com
Payız semestrinin imtahan sessiyası-bilik yeganə meyardır
ADPU-nun Cəlilabad filialında payız semestrinin imtahanları keçirilib
ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib
ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə başa çatıb
Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində
Buraxılış imtahanında iştirakı nəzərdə tutulan 31256 şagirddən 318 nəfəri imtahana gəlməyib
ADPU-nun baza məktəbi yeni tədris ilinə hazırlaşır
ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib
ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib
Nadir İsrafilov : Təhsil alan və təhsilverənə diqqət və qayğı üçün daha nə lazımdır?!
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib
Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK
Müəllimlərlə bağlı yeni qaydalar
Bu gün Bakı şəhərində neçə məzun buraxılış imtahanında iştirak etdi - ?
Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları
ADPU-nun əməkdaşı Aynur Abdullayeva ADPU-nun baza məktəbində təlim keçdi
BSU-da Milli Qəhrəmanlara, şəhid ailələrinə, şəhidlərə, Qarabağ müharibəsi veteranlarına həmişə xüsusi hörmət və ehtiramla yanaşılmışdır.
Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması QAYDALARI
Müəllimlərin işə qəbulu HAQQINDA MƏLUMAT- VAKANT yerlər
Onlar hamımız üçün layiqli nümunədir
TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..