Əncirin inanılmaz faydaları
Əncir gücü artırır. Yüksək qan təzyiqini azaldır. Sümük möhkəmliyini artırır.
Xalq təbabətində əncirin qurudulmuş yarpaqlarından sulu dəmləmə və bişirmə formasında, kal meyvələrin südündən isə sulu emulsiya şəklində, eləcə də təzə yetişmiş meyvələrinin şirəsindən ürək xəstəliklərində və hipertoniyada istifadə edilir. Əncirin meyvələrindən hazırlanan doşabdan və mürəbbədən, eləcə də qurudulmuş meyvələrindən şəkərli qida kimi qüvvətverici vasitə kimi istifadə olunur.
Naxçıvanda əncirin qurudulmuş meyvələrini qanazlığı zamanı yeyirlər. Əncirin mürəbbəsi və cemi qanazlığı və zəiflik zamanı qüvvətverici vasitə kimi işlədilir.
Ənciri od üzərində qovurub yuxugətirici dərman kimi qəbul edirlər. Əngirin qurudulmuş yarpaqlarından və meyvələrindən soyuqdəymələrdə çay kimi dəmləyib, sinəyumşaldıcı dərman kimi içirlər. Əncir quru öskürəkdə və boğaz ağrılarında yumşaldıcı öskürək dərmanı kimi də istifadə edilir.
Salyan rayonunda yerli əhali əncirin qurudulmuş yarpaqlarından çay hazırlayıb, bronxial astmaya qarşı, eləcə də böyrək xəstəliklərində sidikqovucu kimi istifadə edirlər.
Əncir ağacının yarpaqlarından və kökündən dəmləmə [çay] hazırlayıb, ishala və dezenteriyaya qarşı içirlər. Əncirin meyvəsini süddə bişirib, qusmanın qarşısını almaq üçün işlədirlər. Əncir bitkisinin yarpaqlarının saplağını və kal meyvələrinin südünü suda qarışdırıb [emulsiya] uşaqlarda baş verən qarın ağrılarına qarşı ağrıkəsici dərman kimi işlətmək olar. Qurudulmuş yarpaqlarının və cavan budaqlarının çayından qurdu olan adamlara içirtmək faydalıdır.
Əncirin meyvəsini suda pörtlədib çiban yarasının üstünə qoymaqla yaranı yetişdirmək və onun hovunu almaq üçün istifadə edilir. Təzə dərilmiş yarpaqlarını yandırıb onun külündən inək yağında məlhəm hazırlayıb, dəri yaralarının müalicəsində işlədirlər.
Yuxarıda qeyd olunanlardan göründüyü kimi əncir çox faydalı bitkidir. Onun meyvələri ürək xəstəliyinin müalicəsi üçün gözəl şəfaverici dərmandır. Bundan başqa, əncirin meyvələri soyuqdəymə zamanı baş verən döş-boğaz ağrılarını, eləcə də quru öskürəklərin iltihabını aradan qaldıran və ağrı kəsən təsirə malikdir. Bundan əlavə, zərif işlədici və sidikqovucu xassəsi də var. Ümumiyyətlə, əncir meyvəsinin doşabı qanazlığı zamanı və zəifləmiş orqanizm üçün çox xeyirlidir.
Əncirin yarpağı da ürək xəstəlikləri üçün gözəl dərmandır. Onun qurudulmuş yarpaqlarının çayı ürək ağrılarını götürür. Qan təzyiqini aşağı salır və ürəyin fəaliyyətini tənzim edir. Təəssüf ki, belə qiymətli bitkinin inkişafına, artmasına, becərilmə sahəsinin genişlənməsinə respublikamızda çox az fikir verilir. Halbuki əncir ağacları öz inkişafı üçün çox zəhmət tələb etmir, o quraqlığa davamlı bitkidir. O, hər fəsildə insanlara bal kimi şirin, ətirli və bol meyvələr verir. O, hətta öz inkişafında su da tələb etmir.
Əncirin inanılmaz faydaları
Boğaz ağrısı və öskürəkdən xilas olmaq üçün - İnanılmaz üsul
Heyvanın möcüzəvi təsirləri- DİQQƏT
İmtahanqabağı yaddaşı gücləndirən qidalar
Bir qaşıq bala istiot qatıb yesəniz- TƏBİİ VASİTƏ
Xərçəngin qarşısını alan MÖCÜZƏVİ ÜSUL - Heyva yarpağının bilmədiyiniz FAYDALARI
Qrip olmamaq üçün bundan için - XALQ TƏBABƏTİ
Möcüzəvi faydalı bitkilər.
Mixək haqqında maraqlı məlumatlar
Hər gün zəncəfil çayı içsəniz, orqanizmdə nə baş verəcək?
Kəklikotunun faydaları
Qışda bu meyvələri hər gün yeyin - XƏSTƏLİKLƏRDƏN QORUYUR
Yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün UNİKAL VASİTƏ
Bitki çaylarının faydası.
Boğaz ağrısına qarşı 6 TƏBİİ VASİTƏ
BALLI NANƏNİN BİLMƏDİYİNİZ FAYDALARI
Səhər ac qarına kartof suyu içməyin İNANILMAZ FAYDALARI
Hər gün bir ovuc yesəniz, bütün qışı xəstələnməzsiniz
Boğaz ağrısına faydalı olan bitki çayları
Bəzi qidaların günlük qəbulu uşaqlar üçün vacibdir -HƏKİM
Şəkər xəstəliyinin dərmanı tapıldı... Kaktusun faydaları
Heyva yarpağı çayının sirri
Qara və qırmızı qarağat
Hər gün 2-3 diş sarımsaq yeyin - TƏBİİ DƏRMAN