Xəbərlər
11 avqust 2019
8 695


Peşə məktəblərində yeni ixtisaslar

Peşə məktəblərində yeni ixtisaslar

 

 
2019-2020-ci tədris ili üzrə 145 ixtisas üzrə peşə təhsili müəssisələrinə qəbul aparılacaq. Həmin ixtisasların 23-ü tam yenidir.

 Bu barədə "Azərbaycan müəllimi” qəzetinə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili məlumat verib. O bildirib ki, yeni ixtisaslar əsasən sənaye sahəsi üzrədir. Həmin sahə üzrə kadrlar Koreya standartları əsasında yeni yaradılan Sənaye və İnnovasiyalar üzrə Bakı Peşə Təhsili Mərkəzində hazırlanacaq: "Yeni ixtisaslar, əsasən sənaye sahəsi üzrədir. Belə ki, "Torna və frezer dəzgahların operatoru”,  "Avtomobil diaqnostikası və təmiri ustası”,  "Sənayedə quraşdırma işləri üzrə usta”,  "Elektronika ustası”, "Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru”,  "İnşaat ustası”,  "Veb dizayner və proqram təminatçısı”, "Avtomatika üzrə usta” "Torna və frezer dəzgahların operatoru”  ixtisasları üzrə hazırlıq Koreya standartları əsasında yeni yaradılan Sənaye və İnnovasiyalar üzrə Bakı Peşə Təhsili Mərkəzində həyata keçiriləcək”.

 A.Əlili nəzərə çatdırıb ki, informasiya texnologiyaları, turizm, aqrar sahə üzrə olan başqa yeni ixtisaslar da var: "Yeni ixtisasların 14-ü peşə təhsili təsnifatına yeni daxil edilib, 9 ixtisasın adı isə indiyədək peşə təhsili təsnifatında olsa da, onlar üzrə kadr hazırlanmayıb. Həm ödənişli, həm də dövlət sifarişi əsasında hazırlığı təşkil ediləcək "İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı”, "Sənayedə quraşdırma işləri üzrə usta”, "Plastik boru qaynaqçısı”, "Üzlükçü dizayner”, "Turizm təşkilatçısı”, "Torna və frezer dəzgahların operatoru”, "Turizm sahəsində iaşə üzrə mütəxəssis”, "Rəngsaz və suvaq ustası”, "Avtomobil diaqnostikası və təmiri ustası”, "Elektronika ustası”, "İnşaat ustası”, "Veb dizayner və proqram təminatçısı”, "Avtomatika üzrə usta”, "Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi” ixtisasları peşə təhsili təsnifatına yeni daxil edilənlərdir. 9 ixtisasın - "Çörək ustası”, "Daş frezerçisi”, "Gəmi tornaçısı”, "Hərəkət tərkibinin təmiri çilingəri (Metropoliten üzrə)”, "Misgər”, "Növbə matorçusu”, "Növbə matrosu”, "Paylayıcı qurğuların təmiri və istismarı üzrə elektrik montyoru”, "Yüksəkgərginlikli hava xətlərinin və kontakt şəbəkələrinin quraşdırıcısı üzrə elektrik montyoru-xətçi” ixtisaslarının adı peşə təhsili təsnifatında olsa da, indiyədək onlar üzrə kadr hazırlanmayıb. Beləliklə, peşə məktəblərində növbəti tədris ilində hazırlığı təşkil ediləcək 145 ixtisasdan 23-ü yenidir”.

 Xatırladaq ki, avqustun 5-dən peşə təhsili müəssisələrinə qəbul olmaq istəyənlər üçün ərizə qəbuluna başlanılıb. Bu il də peşə təhsili müəssisələrinə sənəd qəbulu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət”) ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Peşə təhsili müəssisələrinə ərizə qəbulu avqustun 20-dək bütün "ASAN xidmət” mərkəzlərində, "ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz formada və elektron qaydada həyata keçirilir.






Загрузка...
Həmçinin oxuyun:
Yeni Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu davam edir

Yeni Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu davam edir

Sənəd qəbulu bu gün başa çatır

Sənəd qəbulu bu gün başa çatır

Koreya təhsil standartlarına cavab verən Peşə Təhsil Mərkəzi

Koreya təhsil standartlarına cavab verən Peşə Təhsil Mərkəzi

Nazirlik peşə məktəblərində ən çox maraq doğuran ixtisasları açıqlayıb

Nazirlik peşə məktəblərində ən çox maraq doğuran ixtisasları açıqlayıb

Peşə təhsili müəssisələrinə qəbulda böyük fəallıq müşahidə olunur

Peşə təhsili müəssisələrinə qəbulda böyük fəallıq müşahidə olunur

Gələn həftədən peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

Gələn həftədən peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

İki günə peşə təhsili müəssisələrinə 2100-dən artıq müraciət qeydə alınıb

İki günə peşə təhsili müəssisələrinə 2100-dən artıq müraciət qeydə alınıb

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilib

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilib

Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır

Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

Orta attestat balı “5” olan 50-yə yaxın şagird peşə təhsili alacaq

Orta attestat balı “5” olan 50-yə yaxın şagird peşə təhsili alacaq

Peşə təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı açıqlandı

Peşə təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı açıqlandı

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

Peşə-ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat vaxtı uzadılıb

Peşə-ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat vaxtı uzadılıb

Peşə məktəblərində təhsil almaq üçün 2000-dən çox şagird qeydiyyatdan keçib

Peşə məktəblərində təhsil almaq üçün 2000-dən çox şagird qeydiyyatdan keçib

Peşə məktəblərində təhsil almaq 9000 nəfər qeydiyyatdan keçib

Peşə məktəblərində təhsil almaq 9000 nəfər qeydiyyatdan keçib

Koreya səfiri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində

Koreya səfiri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub