Xəbərlər / Orta ixtisas
03 avqust 2019
2 497


Kolleclərə qəbul olmaq üçün 12 mindən çox abituriyent ixtisas seçimi edib

Kolleclərə qəbul olmaq üçün 12 mindən çox abituriyent ixtisas seçimi edib

 

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisas seçimi davam edir.

Avqustun 3-ü saat 17:01-ə olan məlumata görə, 12533 (Azərbaycan bölməsi üzrə 12281; Rus bölməsi -252) abituriyent ixtisas seçimi edib.

Dövlət İmtahan Mərkəzindən Aztehsil.com-a bildirilib ki, ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisas seçimi avqustun 5-i saat 23:59-dək internet vasitəsilə həyata keçirilir.

İxtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur. Həmin ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul qiymət alan abituriyentlər seçə bilərlər. Abituriyentlərin qabiliyyət imtahanlarından aldığı qiymətlər gün ərzində elektron məlumat bazasına daxil edilir və onlar günün sonunda ixtisas seçimi edə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

2019/2020-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar "Abituriyent” jurnalının 3-cü nömrəsində dərc olunub. Abituriyentlər, həmçinin elektron ixtisas seçimi ərizəsindən keçid etməklə kolleclərə qəbul aparılan ixtisasların siyahısı ilə tanış ola bilərlər.

Xatırladaq ki, 9-cu sinfi cari ildə bitirən və kolleclərə qəbul olmaq üçün fevral- mart aylarında aparılan qeydiyyatdan keçməyən abituriyentlər (rus bölməsinin abituriyentləri Azərbaycan dili imtahanından məqbul qiymət aldıqları halda) üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə ərizə qəbulu sistemi də avqustun 5-dək aktiv olacaq. Müsabiqədə iştirak etmək istəyən abituriyentlər əvvəlcə qeydiyyatdan keçib sonra ixtisas seçimi edə bilərlər.

Qeyd edək ki, abituriyentlər "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən "Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. "Məsləhət mərkəzləri” haqqında ətraflı məlumatı aşağıdakı linkdən öyrənmək mümkündür:http://dim.gov.az/news/1922/
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
9-cu siniflərin orta ixtisas məktəblərinə ixtisas seçimi başlayıb

9-cu siniflərin orta ixtisas məktəblərinə ixtisas seçimi başlayıb

Kolleclərə də ixtisas seçimi başlayıb

Kolleclərə də ixtisas seçimi başlayıb

Kolleclərə ixtisas seçimi sona çatır

Kolleclərə ixtisas seçimi sona çatır

Orta ixtisas müəssisələrinin boş qalan yerlərinə qəbul elan edilir

Orta ixtisas müəssisələrinin boş qalan yerlərinə qəbul elan edilir

Kolleclərə ixtisas seçimi vaxtı açıqlandı

Kolleclərə ixtisas seçimi vaxtı açıqlandı

9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ərizə qəbulu davam edir

9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ərizə qəbulu davam edir

DİM orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini açıqlayıb

DİM orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini açıqlayıb

Kolleclərə qəbul olmaq üçün 11 mindən çox abituriyent ixtisas seçimi edib

Kolleclərə qəbul olmaq üçün 11 mindən çox abituriyent ixtisas seçimi edib

9-cu sinif Azərbaycan bölməsi şagirdlərinin NƏZƏRİNƏ!...

9-cu sinif Azərbaycan bölməsi şagirdlərinin NƏZƏRİNƏ!...

Ali məktəbə qəbul ola bilməyənlərin NƏZƏRİNƏ

Ali məktəbə qəbul ola bilməyənlərin NƏZƏRİNƏ

Boş qalan plan yerlərinə və tam orta təhsil bazasında kolleclərə ixtisas seçimi davam edir

Boş qalan plan yerlərinə və tam orta təhsil bazasında kolleclərə ixtisas seçimi davam edir

11-ci siniflər üçün orta ixtisasın boş plan yerlərinə qeydiyyat başa çatır

11-ci siniflər üçün orta ixtisasın boş plan yerlərinə qeydiyyat başa çatır

DİM kolleclərə qəbul olmaq istəyən cari ilin məzunlarına müraciət edib

DİM kolleclərə qəbul olmaq istəyən cari ilin məzunlarına müraciət edib

Qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlərin ixtisas seçimi davam edir

Qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlərin ixtisas seçimi davam edir

Boş qalan plan yerlərinə ixtisas seçimi sabah bitəcək

Boş qalan plan yerlərinə ixtisas seçimi sabah bitəcək

Boş qalan yerlərə və kolleclərə ixtisas seçimi bugün başa çatır

Boş qalan yerlərə və kolleclərə ixtisas seçimi bugün başa çatır

Ali məktəblərə V qrup üzrə ixtisas seçimi başladı

Ali məktəblərə V qrup üzrə ixtisas seçimi başladı

DİM V ixtisas qrupu üzrə ixtisas seçimi etmək istəyən abituriyentlərə müraciət etdi

DİM V ixtisas qrupu üzrə ixtisas seçimi etmək istəyən abituriyentlərə müraciət etdi

V qrup üzrə ixtisas seçimi nə vaxt başlayır?

V qrup üzrə ixtisas seçimi nə vaxt başlayır?

Kolleclərin boş qalan plan yerləri üzrə ixtisas seçimi davam edir

Kolleclərin boş qalan plan yerləri üzrə ixtisas seçimi davam edir

Kolleclərə ərizə qəbulu davam edir

Kolleclərə ərizə qəbulu davam edir

Abituriyentlərə xoş xəbər: ixtisas seçimi elanı dərc edildi

Abituriyentlərə xoş xəbər: ixtisas seçimi elanı dərc edildi

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi bu başa çatır

Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi bu başa çatır