Xəbərlər / Ziyalılar / Valideyn
29 iyul 2019
1 223


Deputatlar abituriyentlərə görə valideynlərə çağırış etdi

 

 
11 illik orta məktəb dövrünü başa vuran hər bir şagird abituriyent kimi özünün arzuladığı ixtisasa sahib olmaq istəyir. Əksər hallarda valideynlər bu prosesə müdaxilə edir. Onlar öz istədikləri ixtisası seçib, övladlarını həmin peşənin, ixtisasın sahibi kimi görmək istəyirlər.

Amma düşünmürlər ki, məcburi şəkildə övladlarına nəyisə sevdirmək istəmələri çox pis nəticələr verə bilər. Əslində belə valideynlər özləri də istəmədən övladlarının gələcəklərini alt-üst edirlər.

Valideynlərin ixtisas seçiminə qarışması və abituriyenti istəmədiyi sahəyə təhrik etməsi nə dərəcədə doğrudur?

Qarşılıqlı anlaşma olmalıdır, yoxsa bu işi yalnız abituriyentin öhdəsinə buraxmaq lazımdır?

Modern.az mövzu ilə bağlı bir neçə deputata müraciət edib

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Deputat Asim Mollazadə deyir ki, valideynlər təbii olaraq uşaqlarının istəklərinə hörmətlə yanaşmalıdır:

"Uşaqların gələcəyi birgə şəkildə müəyyənləşdirilməlidir. Hər hansı bir inzibati qaydada müdaxiləni düzgün hesab etmirəm. Uşaqlar da valideynlərin təkliflərini müzakirə üçün qəbul etməlidir. Yəni bu qərar qarşılıqlı münasibətlər əsasında qəbul edilə bilər”. 

Deputat Musa Qasımlının sözlərinə görə, hər bir abituriyent ixtisas seçimində sərbəstdir:

"Hesab edirəm ki, valideynlər də onların arzu və istəklərini nəzərə almalıdır. Peşə seçmək sevgi məsələsidir. Əgər bir insan istəmədiyi bir sənətə yiyələnərsə, sonradan onun cəmiyyətə heç bir faydası olmaz və o sahə üzrə gələcəkdə işləmək istəməz”.

Deputat Ağacan Abıyev deyir ki, ata-ana övladını daha yaxşı tanıyır, onlar bilir ki, uşağı hansı sahədə uğurlu ola bilər: 

"Bu məsələyə qarışmaq olmaz. Hərdən uşaq bilmir, illər keçəndən sonra anlayır ki, vaxtında ata-ananın sözünə qulaq asmaq lazım imiş. 15-16 yaşlı uşaq hansı təcrübəyə tam olaraq malikdir ki, özbaşına ixtisas seçə bilsin? Bu cür məsələlərdə valideyn mütləq yol göstərməlidir ki, uşaq da düzgün ixtisasa yiyələnsin”.

Qeyd edək ki, ölkə ərazisində iyulun 24-dən etibarən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb. Proses avqust ayının 6-dək davam edəcək.azedu.az
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
"İmtahanda iştirak edənlərin 50 faizə qədəri ixtisas seçimi etməyib, bu çox aşağı göstəricidir”

"İmtahanda iştirak edənlərin 50 faizə qədəri ixtisas seçimi etməyib, bu çox aşağı göstəricidir”

Sizcə, yaxşı valideynsiniz ?

Sizcə, yaxşı valideynsiniz ?

İxtisas seçimində diqqətli olun!

İxtisas seçimində diqqətli olun!

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Hansı valideyn tipisən?- ÖYRƏN!

Hansı valideyn tipisən?- ÖYRƏN!

AT-EŞŞƏK ƏTİ indi də uşaq bağçalarında?

AT-EŞŞƏK ƏTİ indi də uşaq bağçalarında?

Valideynlər azyaşlı üçün ərazidən asılı olmayaraq, istədikləri yerdə məktəb seçə bilərlər?

Valideynlər azyaşlı üçün ərazidən asılı olmayaraq, istədikləri yerdə məktəb seçə bilərlər?

Uşaq psixoloqlarının valideynlərə məsləhət görmədiyi 10 cümlə

Uşaq psixoloqlarının valideynlərə məsləhət görmədiyi 10 cümlə

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bu gün başa çatır

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bu gün başa çatır

"Bu da keçid ballarının qalxmasına səbəb olacaq"...

"Bu da keçid ballarının qalxmasına səbəb olacaq"...

Belə yanaşma abituriyentlərin stress altına girməsinə səbəb olur..Abituriyentlərə qəbul imtahanı ilə məsləhətlər

Belə yanaşma abituriyentlərin stress altına girməsinə səbəb olur..Abituriyentlərə qəbul imtahanı ilə məsləhətlər

11-ci siniflər üçün orta ixtisasın boş plan yerlərinə qeydiyyat başa çatır

11-ci siniflər üçün orta ixtisasın boş plan yerlərinə qeydiyyat başa çatır

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

“Qəbul qaydalarındakı dəyişiklik abituriyentin xeyrinədir” – Deputatlar yeniliyi dəstəklədilər

“Qəbul qaydalarındakı dəyişiklik abituriyentin xeyrinədir” – Deputatlar yeniliyi dəstəklədilər

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Qadağan olunmuş 10 cümlə

Qadağan olunmuş 10 cümlə

Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ

Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşaq tərbiyəsində 15 qızıl qayda

Uşaq tərbiyəsində 15 qızıl qayda

Valideynlər yeniyetmə övladlarına necə yanaşmalıdırlar?

Valideynlər yeniyetmə övladlarına necə yanaşmalıdırlar?

Tərbiyədə ailə  yoxsa məktəb? - Mehriban  Məmmədova

Tərbiyədə ailə yoxsa məktəb? - Mehriban Məmmədova

Uşaq bağçalarında aşpazlar ixtisara salınır?

Uşaq bağçalarında aşpazlar ixtisara salınır?

Valideynlər özləri də bilmədən şagirdləri bu cür məhv edirlər

Valideynlər özləri də bilmədən şagirdləri bu cür məhv edirlər