Xəbərlər
29 iyul 2019
1 943


“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Şamaxıda yekunlaşıb

“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Şamaxıda yekunlaşıb

 

 
İyulun 29-da "Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində təşkil olunan "Təhsil avtobusu – Nəsimi" yay məktəbi İmadəddin Nəsiminin doğulduğu Şamaxı şəhərində yekunlaşıb.

Tədbirdə layihənin təşkilatçıları,  Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi və "Kapital Bank”ın  Şamaxı filialının nümayəndələri, rayon təhsil şöbəsinin rəhbərliyi iştirak ediblər.

Bildirilib ki, "Təhsil avtobusu – Nəsimi" yay məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artmasına şərait yaratmaq və məktəblilərə Nəsimi yaradıcılığını  tanıtmaqdır.

Yay məktəbinin sonuncu günündə Şamaxı rayonunun Mərzəndiyə, Göylər 1 nömrəli, Qaravəlli, Nüydü, Qızmeydan, Dəmirçi, Məlhəm, Meysəri, Muğanlı, Saqiyan, Ovuclu, Mədrəsə, Çaylı kənd tam orta məktəbləri, TT İnternat liseyi, 6 nömrəli  tam orta, İnşaatçı, Şəhriyar, Sabir qəsəbə məktəblərinin 6-9-cu sinif şagirdləri iştirak edib. Şagirdlər üçün "Xəyal et və yarat", "Sabahı düşün”, "Gələcəyə addımla", "Mən uğurlu natiqəm”, "Cahanı kəşf et” komanda oyunu və "Nə? Harada? Nə zaman?" intellektual  yarışı keçirilib. Təlimlər və oyunlarda fəal iştirak edən şagirdlərə sertifikatlar təqdim olunub.Tədbirin yekun mərasimində həmçinin  yay məktəbinin iştirakçı, təlimçi və könüllü heyəti də təltif edilib.

İyulun 23-dən 29-dək davam edən "Təhsil avtobusu –Nəsimi” yay məktəbi Bakı-Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edib. Yay məktəbi çərçivəsində bu bölgələrdəki məktəblərin akademik göstəriciləri zəif və orta olan 200-ə yaxın  şagirdi hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçirilən peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və  intellektual yarışlarda iştirak edib.

Qeyd edək ki,  "Təhsil avtobusu – Nəsimi” yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi və "Kapital Bank”ın əsas dəstəyi, "Bakcell”, "Paşa Həyat Sığorta” və "Optimal” şirkətlərinin dəstəyi, "Vitam Reklam”, "Şərq-Qərb” ASC əsas tərəfdaşlığı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, "Asmart” yaradıcılıq mərkəzi, "Bir” Tələbə-Könüllü proqramı, "BD Kids”, "Code Tusi” şirkəti, SABAH qrupları, "Sabah” Futbol Klubu, "Şəhanə” onlayn mağazasının tərəfdaşlığı ilə keçirilib.

Layihənin informasiya dəstəkçiləri İctimai TV, ARB TV, Təhsil TV, 1news.az, AZƏRTAC, "Edumap” Təhsil portalı, "Fam Tram”-dır.

 "Təhsil avtobusu” yay məktəbi "Azərbaycan üçün öyrət” Milli Təhsil Proqramının ölkəmizin müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Nəsimi ilinə həsr olunan “Təhsil avtobusu” Astarada

Nəsimi ilinə həsr olunan “Təhsil avtobusu” Astarada

“Təhsil avtobusu - Nəsimi” yay məktəbi

“Təhsil avtobusu - Nəsimi” yay məktəbi

“Təhsil avtobusu” yay məktəbinə start verilir

“Təhsil avtobusu” yay məktəbinə start verilir

Direktor məktəbinin Yay məktəbi layihəsində iştirakı üçün hara və necə müraciət etməlidir?

Direktor məktəbinin Yay məktəbi layihəsində iştirakı üçün hara və necə müraciət etməlidir?

“Qayıdış” Yaz Məktəbi keçiriləcək

“Qayıdış” Yaz Məktəbi keçiriləcək

“Qayıdış” Yaz Məktəbi başa çatıb.

“Qayıdış” Yaz Məktəbi başa çatıb.

“Gələcəyin mühəndisi” müsabiqəsinə yekun vurulub

“Gələcəyin mühəndisi” müsabiqəsinə yekun vurulub

Bakı məktəbi “Hazırcavablar” intellektual oyununda qalib gəlib

Bakı məktəbi “Hazırcavablar” intellektual oyununda qalib gəlib

“Ağıllı Büdcə” layihəsi çərçivəsində poster yarışı

“Ağıllı Büdcə” layihəsi çərçivəsində poster yarışı

Qusar orta məktəbi pilot layihədə qalib olub

Qusar orta məktəbi pilot layihədə qalib olub

Yay məktəbində fəal iştirak edən şagirdlərə sertifikatlar verilib

Yay məktəbində fəal iştirak edən şagirdlərə sertifikatlar verilib

SABAH III Karyera Qış Məktəbi başlayır

SABAH III Karyera Qış Məktəbi başlayır

"Gəncliyin BİR həftəsi" adlı tədbir davam edir.

"Gəncliyin BİR həftəsi" adlı tədbir davam edir.

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

TOPs proqramının 5-ci mövsümü yekunlaşıb

TOPs proqramının 5-ci mövsümü yekunlaşıb

“Bir işarə ilə xoşbəxt et” adlı təlim keçirilib.

“Bir işarə ilə xoşbəxt et” adlı təlim keçirilib.

Texasda məktəb avtobusu qəzaya uğrayıb

Texasda məktəb avtobusu qəzaya uğrayıb

Beynəlxalq yarışa və ümumrespublika birinciliyinə yekun vurulub

Beynəlxalq yarışa və ümumrespublika birinciliyinə yekun vurulub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Gənc müəllimlərin yay məktəbinə start verilib

Gənc müəllimlərin yay məktəbinə start verilib

Məktəblilərarası Fibonacci intellektual yarışının yarımfinal mərhələsi

Məktəblilərarası Fibonacci intellektual yarışının yarımfinal mərhələsi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

"Gəncliyin BİR həftəsi" adlı tədbirdə tələbə-könüllülər ahıllarla görüşüblər.

"Gəncliyin BİR həftəsi" adlı tədbirdə tələbə-könüllülər ahıllarla görüşüblər.