Xəbərlər
23 dekabr 2016
4 087


Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

 

Ümumi orta təhsil səviyyəsində ümumtəhsil fənləri üzrə təhsilalanların yekun attestasiyasında yeniliklər edilib.


Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq göstərişinə əsasən Samux Rayon Təhsil Şöbəsinin məsul əməkdaşları tərəfindən şəhər 3 nömrəli məktəbdə bir sıra yaxın ərazidə yerləşən məktəb direktorları və onların müavinlərinin iştirakı ilə maarifləndirici seminar keçirilib. Seminarda ümumi orta təhsil (9 illik) səviyyəsində ümumtəhsil fənləri üzrə təhsilalanların yekun attestasiyasında yeniliklərlə bağlı Təhsil Nazirliyi tərəfindən hazırlanmış məlumat xarakterli slayt təqdim olunub. Sual-cavab formatında tərtib edilmiş slaytda yeni buraxılış imtahanları ilə bağlı ən çox müraciət olunan suallara cavab verilib.

SUAL 1: İmtahanlar ödənişlidirmi?
Buraxılış imtahanları ödənişsiz əsasda keçirilir.

SUAL 2: IX siniflərdə buraxılış imtahanları hansı fənlərdən olacaq?
Tədris Azərbaycan dilində olan məktəblərin şagirdləri üçün -  Azərbaycan dili və riyaziyyat;

Tədris rus dilində olan məktəblərin şagirdləri üçün - rus dili və riyaziyyat; 

Tədris dili Azərbaycan və rus dillərində  başqa  digər dillərdə olan şagirdlər üçün isə yalnız riyaziyyat fənnindən olacaqdır.

SUAL 3: İmtahanlar neçə mərhələdən ibarətdir ?
Imtahanlariki mərhələdənibarətdir.

SUAL 4: İmtahanın hər iki mərhələsi eyni gündə həyata keçiriləcək?
İmtahanların mərhələləri müxtəlif tarixlərdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcəkdir:

I mərhələr: fevral – mart aylarında

II mərhələ: iyun ayında.

SUAL 5: Bu imtahanın hər iki mərhələsində iştirak etmək vacibdirmi?  
Bəli

İmtahanın hər hansı bir mərhələsində iştirak etməyən şagird imtahanda iştirak etməmiş hesab edilir

İmtahanda iştirak etməyən şagirdə ümumi orta təhsil haqqında attestat verilmir.

SUAL 6: İnşa (esse) yazmaq vacibdirmi?
İmtahanın birinci mərhələsində təqdim edilmiş mövzulardan birini seçməklə könüllülük əsasında inşa (esse) yazılır

Ümumi orta təhsil haqqında fərqlənmə sənədi almaq istəyənlər üçün inşanın (essenin) qiyməti  nəzərə alınacaq.

SUAL 7: İmtahana neçə saat vaxt ayrılır?
I mərhələ: 2 saat 30 dəqiqə 

II mərhələ: 1 saat 30 dəqiqə

SUAL 8: Gecikənlər imtahana buraxılacaqmı?
İmtahan başlandıqdan 30 dəqiqə sonra gələn şagird imtahana buraxılmır.

SUAL 9: İmtahanlarda neçə sual olacaq?
Birinci mərhələ:
Azərbaycan (rus) dili: 10 açıq, 10 qapalı tipli test
Riyaziyyat: 10 açıq tipli test
İnşa (esse): Təqdim edilmiş mövzulardan biri (könüllü) 
Riyaziyyat: 10 açıq tipli test
İkinci mərhələ:
Azərbaycan (rus) dili: 30 qapalı tipli test
Riyaziyyat:                  30 qapalı tipli test
Riyaziyyat:                  30 qapalı tipli test

SUAL 10: Açıq və qapalı tipli test suallarının  fərqi nədir?
Açıq tipli test  sualları, cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilib yazı ilə ifadə olunması tələb edilən test sualıdır

Qapalı tipli test sualları, verilən cavab varianlarından 1 doğru cavabın müəyyənləşdirilib qeyd edilməsi tələb olunan test sualıdır.

SUAL 11: Test  suallarının səhv cavabına  görə bal çıxılacaqmı?       
Xeyr

SUAL 12: Buraxılış imtahanından minimum neçə bal toplamaq lazımdır?
Şagirdlərin biliyi 0 – 100 bal arasında qiymətləndirilir. 

SUAL 13: Buraxılış imtahanında toplanmış neçə bal müvafiq olaraq "2”, "3”, "4” və "5” sayılır?

Buraxılış imtahanlarında toplanılan bal "2”, "3”, "4” və "5” qiymətləri ilə ifadə olunmur.

SUAL 14: Bu və ya digər səbəblərdən imtahanda iştirak etməyən şagirdlər üçün yenidən imtahan olacaqmı?
Üzrlü səbəblərdən buraxılış imtahanında iştirak edə bilməyən şagirdlərinin attestasiyası məsələsinə təhsil müəssisələrinin təqdimatı əsasında fərdi qaydada  Dövlət İmtahan Mərkəzi tərəfindən baxılır. 

Şagirdlər  Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən vaxtda imtahan verirlər.

SUAL 15: İmtahanın nəticəsindən narazı olduqda hara müraciət etmək olar?
Yekun attestasiyanın nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən Apellyasiya Komissiyası yaradılır.  

Şagird Apellyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, şəxsən və ya valideynləri (onları əvəz edən şəxslər) vasitəsilə müraciət etməlidir. 

Apellyasiya Komissiyasının qərarlarından inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

Qeyd edək ki, belə seminarların davamlı olaraq rayon üzrə yaxın məktəblər arasında keçirilməsi davam edəcək. 

Nurəddin Babayev Samux rayonu
 

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

 

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

 

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

 

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

Buraxılış imtahanında iştirakı nəzərdə tutulan 31256 şagirddən 318 nəfəri imtahana gəlməyib

Buraxılış imtahanında iştirakı nəzərdə tutulan 31256 şagirddən 318 nəfəri imtahana gəlməyib

Bu gün Bakı şəhərində neçə məzun buraxılış imtahanında iştirak etdi - ?

Bu gün Bakı şəhərində neçə məzun buraxılış imtahanında iştirak etdi - ?

Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....

Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

Cəbhə bölgəsində yerləşən bəzi məktəblərin şagirdləri buraxılış imtahanından azad edilib.

Cəbhə bölgəsində yerləşən bəzi məktəblərin şagirdləri buraxılış imtahanından azad edilib.

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar

Məktəbəqədərhazırlıq qrupları ilə bağlı 15 SUAL - 15 CAVAB

Məktəbəqədərhazırlıq qrupları ilə bağlı 15 SUAL - 15 CAVAB

Şəhadətnaməni attestatla əvəz etdik. Farslar demiş, xub...

Şəhadətnaməni attestatla əvəz etdik. Farslar demiş, xub...

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması  QAYDALARI

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması QAYDALARI

2017-ci il Buraxılış imtahanlarında yeniliklər gözlənilir

2017-ci il Buraxılış imtahanlarında yeniliklər gözlənilir

Sual  - Ödənişsiz Məzuniyyətin Maksimum Müddəti Nə Qədər Olmalıdır?

Sual - Ödənişsiz Məzuniyyətin Maksimum Müddəti Nə Qədər Olmalıdır?

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

Müəllimlərin İŞƏ QƏBULU müsabiqəsi başladı

Müəllimlərin İŞƏ QƏBULU müsabiqəsi başladı

İş  yerini dəyişmək istəyən 2107 müəllimdən yalnız 345 nəfəri növbəti mərhələyə keçə bilib

İş yerini dəyişmək istəyən 2107 müəllimdən yalnız 345 nəfəri növbəti mərhələyə keçə bilib

SUAL -  Müəllimlərin işə qəbulu üzrə müsabiqədə kimlər iştirak edə bilərlər?

SUAL - Müəllimlərin işə qəbulu üzrə müsabiqədə kimlər iştirak edə bilərlər?

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi–test imtahanı başa çatıb.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi–test imtahanı başa çatıb.

SUAL - Direktor məktəbi idarə edərkən nələri bilməlidir ?

SUAL - Direktor məktəbi idarə edərkən nələri bilməlidir ?

Müəllimlərin yerdəyişməsi müsabiqəsində ən yüksək nəticəni ingilis dili, coğrafiya müəllimləri göstərib.

Müəllimlərin yerdəyişməsi müsabiqəsində ən yüksək nəticəni ingilis dili, coğrafiya müəllimləri göstərib.