Xəbərlər
13 iyul 2019
1 805


Xarici ölkələrin ali təhsil müəssisələrində təhsilini davam etdirəcək vətəndaşların diqqətinə

Xarici ölkələrin ali təhsil müəssisələrində təhsilini davam etdirəcək vətəndaşların diqqətinə

 

 
Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul prosesinin başlamasını nəzərə alaraq, xaricdə təhsil almaq istəyən abituriyent və ya tələbələri, onların valideynlərini seçim edərkən daha diqqətli olmağa çağırır.

Əvvəlki illərin təcrübəsi də nəzərə alınaraq, təhsil almaq istədiyiniz ali təhsil müəssisəsini və təhsil proqramını (ixtisası) seçərkən aşağıdakı əsas məqamlara diqqət yetirməyinizi tövsiyə edirik:

 

• Ali təhsil müəssisəsinin (eləcə də, onun digər ölkələrdə fəaliyyət göstərən filiallarının) və tədris proqramının (ixtisasın) akkreditasiyasının olması;

Bu məqsədlə, ENIC-NARIC (Avropa İnformasiya Mərkəzləri-Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri) Şəbəkəsinin rəsmi internet səhifəsinin (www.enic-naric.net) müvafiq ölkə üzrə nəzərdə tutulmuş bölməsinə daxil olmaqla (yaxud yerli akkreditasiya orqanlarına müraciət etməklə), həmin ölkə tərəfindən tanınan və akkreditə olunan ali təhsil müəssisələrinin siyahısını əldə edə bilərsiniz.

 

• Təhsilalma formasının Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olması;

Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, distant, eksternat, fərdi (individual) qrafik üzrə, sərbəst, əyani-qiyabi və ya qiyabi-əyani təhsilalma formaları üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyildir. Bu baxımdan tədris proqramını (ixtisası) seçən zaman müvafiq təhsilalma forması barədə əvvəlcədən dəqiq məlumat əldə etməyiniz tövsiyə olunur.

 

• Təhsilin keyfiyyəti;

Təhsil Nazirliyi vətəndaşları xaricdə əldə edəcəkləri təhsilin keyfiyyətinə xüsusi diqqət yetirməyə çağırır. Bu səbəbdən təhsil almaq istədiyiniz ali təhsil müəssisəsini seçərkən, onun beynəlxalq reytinq cədvəllərindəki ("Times Higher Education World University Rankings”, "QS World University Rankings”, "Academic Ranking of World Universities (Shanghai Ranking)” və s.) ümumi və konkret ixtisaslar üzrə yerini araşdırmağınız tövsiyə olunur.

Əlavə olaraq, xaricdə təhsil və xaricdə əldə olunmuş ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı diqqət yetirilməli olan əsas məqamlara dair zəruri məlumatları özündə əks etdirən ani.edu.gov.az internet səhifəsinin "Mütəmadi verilən suallar” bölməsi ilə tanış ola bilərsiniz.

Xüsusi olaraq vurğulanmalıdır ki, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən nostrifikasiya prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə məsuliyyət daşımır.

Qeyd olunan məsələlərlə bağlı vətəndaşlara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146-1) məlumat verməyiniz xahiş edilir.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda hansı xarici universitetlərin diplomu tanınmır?

Azərbaycanda hansı xarici universitetlərin diplomu tanınmır?

Xaricdə təhsil alan 900-ə yaxın vətəndaşın diplomu Azərbaycanda tanınmayıb

Xaricdə təhsil alan 900-ə yaxın vətəndaşın diplomu Azərbaycanda tanınmayıb

Formal təhsilin təşkili qaydaları

Formal təhsilin təşkili qaydaları

Diplomlarının tanınması üçün müsahibəyə çağırılanların nəzərinə

Diplomlarının tanınması üçün müsahibəyə çağırılanların nəzərinə

Xaricdə alınan diplomu Azərbaycanda necə tanıtmalı?

Xaricdə alınan diplomu Azərbaycanda necə tanıtmalı?

Təhsil Nazirliyi xaricdə təhsil alanların diplomunu tanıyacaqmı? – AÇIQLAMA

Təhsil Nazirliyi xaricdə təhsil alanların diplomunu tanıyacaqmı? – AÇIQLAMA

Təhsil Nazirliyi 3000-ə yaxın müraciəti araşdırır - Diplomların tanınması...

Təhsil Nazirliyi 3000-ə yaxın müraciəti araşdırır - Diplomların tanınması...

"Formal təhsilin təşkili Qaydaları"  NK-nın 6 avqust 2010-cu il  tarixli № 147-li QƏRARI

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

Təhsil almaq üçün xaricə üz tutanlar - sonrasını da düşünün!

Təhsil almaq üçün xaricə üz tutanlar - sonrasını da düşünün!

Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT

Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT

Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT

Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT

Tələbələrin köçürülməsi başladı

Tələbələrin köçürülməsi başladı

Elektron sənəd qəbuluna başlanılacaq.

Elektron sənəd qəbuluna başlanılacaq.

Təhsilin formaları və təhsilalma formaları dedikdə nə başa düşülür?

Təhsilin formaları və təhsilalma formaları dedikdə nə başa düşülür?

Xaricdə təhsil alanların diplomları hansı halda tanınmır?

Xaricdə təhsil alanların diplomları hansı halda tanınmır?

Təhsil Nazirliyi xaricdə oxuyan 930 tələbinin sənədi tanınmadı

Təhsil Nazirliyi xaricdə oxuyan 930 tələbinin sənədi tanınmadı

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

Tələbə köçürmələrinin nəticələri bu tarixdə açıqlanacaq

Tələbə köçürmələrinin nəticələri bu tarixdə açıqlanacaq

Təhsil Nazirliyinin İdarəsinə yeni səlahiyyətlər verildi

Təhsil Nazirliyinin İdarəsinə yeni səlahiyyətlər verildi

Universitetini dəyişmək istəyən tələbələrdən sənəd qəbulu başlayır

Universitetini dəyişmək istəyən tələbələrdən sənəd qəbulu başlayır

Tələbələrin köçürülməsinə başlanılır

Tələbələrin köçürülməsinə başlanılır

Təhsil İnstitutundan xaricdə təhsil almaq imkanı

Təhsil İnstitutundan xaricdə təhsil almaq imkanı

Təhsil Nazirliyi tələbələrin köçürülməsində tətbiq edilən yeniliyi açıqlayıb

Təhsil Nazirliyi tələbələrin köçürülməsində tətbiq edilən yeniliyi açıqlayıb

Tələbələrin köçürülməsi bu tarixdən başlayacaq

Tələbələrin köçürülməsi bu tarixdən başlayacaq