Xəbərlər
12 iyun 2019
1 848


Təhsil naziri UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Təhsil naziri UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

  

 
Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Paris şəhərində səfərdədir.

UNESCO-nun 2019-cu il "Yubileylər” proqramına daxil edilən Bakı Dövlət Universitetinin 100 illik yubileyi iyunun 12-də qurumun baş qərargahında beynəlxalq səviyyədə qeyd olunacaq. Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti də həmin tədbirə qatılacaq.

Parisə səfəri çərçivəsində Ceyhun Bayramov UNESCO-nun Baş direktorunun təhsil üzrə müavini Stefania Giannini ilə görüşüb. Görüşdə Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev də iştirak edib.

Nazir Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən söz açaraq, həmin hökumətin birinci qərarının Azərbaycanda ilk universiteti təsis etmək olduğunu vurğulayıb. O, BDU-nun Azərbaycanın təhsil sistemindəki mühüm rolunu qeyd edərək, Prezident İlham Əliyev tərəfindən "Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci ildə imzalanmış Sərəncamı xatırladaraq, bu istiqamətdə görülmüş işlərdən danışıb.

Ceyhun Bayramov habelə Təhsil Nazirliyinin Dayanıqlı İnkişaf Məqsədi 4 – təhsil üzrə əsas qurum olduğunu vurğulayaq, ümumilikdə 2030-cu ilədək Gündəliyin reallaşdırılması üzrə Azərbaycan Respublikasının Baş nazirinin müavinin sədrliyi ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradıldığını qeyd edib. Peşə təhsili və təlim sisteminin səmərəliliyini artırmaq və əmək bazarında ixtisaslı işçi qüvvəsi yaratmaq məqsədilə 2016-cı ildə Təhsil Nazirliyinin nəzdində təsis edilmiş Peşə Təhsili üzrə Dövlət Agentliyinin 2020-ci ildə 1000 tələbəni qəbul edəcəyini diqqətə çatdırıb.

Görüşdə son dövrün ən aktual mövzularından olan süni intellekt və bu sahədə təhsilin rolu ətrafında fikir mübadiləsi aparılıb.

BDU-nun rektoru Elçin Babayev 23 min tələbəsi olan universitetdə fəaliyyət göstərən UNESCO kafedraları məsələsinə toxunaraq, "İnsan hüquqları və informasiya hüququ” üzrə UNESCO kafedrasının fəaliyyət müddətinin 2023-cü ilədək uzadılmasına görə Stefania Gianniniyə minnətdarlığını bildirib.

Görüşün sonunda Stefania Giannini təhsil nazirini və BDU-nun rektorunu UNESCO Baş Konfransı çərçivəsində cari ilin noyabr ayında keçiriləcək Nazirlər görüşünə dəvət edib. Ceyhun Bayramov UNESCO-nun Baş direktorunun müavinini təyin olunduğu yeni vəzifə çərçivəsində Azərbaycana səfərə dəvət edib.

 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
UNESCO Bakı Dövlət Universitetinin 100 illik yubileyini qeyd edəcək

UNESCO Bakı Dövlət Universitetinin 100 illik yubileyini qeyd edəcək

Elçin Babayev kollektivə təqdim edilib

Elçin Babayev kollektivə təqdim edilib

Nazir müavini Beynəlxalq konfransda iştirak etmək üçün Parisə gedib

Nazir müavini Beynəlxalq konfransda iştirak etmək üçün Parisə gedib

Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib

Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib

Prezident Bakı Dövlət Universitetinə rektor təyin etdi

Prezident Bakı Dövlət Universitetinə rektor təyin etdi

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Təhsil naziri Çində azərbaycanlı tələbələrlə görüşüb

Təhsil naziri Çində azərbaycanlı tələbələrlə görüşüb

Prezidentdən Bakı Dövlət Universiteti ilə bağlı SƏRƏNCAM

Prezidentdən Bakı Dövlət Universiteti ilə bağlı SƏRƏNCAM

Azərbaycan ali məktəblərinin nümayəndələri TDU-nun 100 illik yubiley tədbirlərinə qatılıblar

Azərbaycan ali məktəblərinin nümayəndələri TDU-nun 100 illik yubiley tədbirlərinə qatılıblar

Təhsil naziri çinli həmkarı ilə görüşüb

Təhsil naziri çinli həmkarı ilə görüşüb

Bolqarıstanın Müdafiə Naziri Slavyan Universitetinin tələbələri ilə görüşüb

Bolqarıstanın Müdafiə Naziri Slavyan Universitetinin tələbələri ilə görüşüb

Təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda

Təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bişkek şəhərində səfərdədir

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bişkek şəhərində səfərdədir

Təhsil naziri “QS” beynəlxalq reytinq təşkilatının regional direktoru ilə görüşüb

Təhsil naziri “QS” beynəlxalq reytinq təşkilatının regional direktoru ilə görüşüb

Fransanın Dövlət katibi UFAZ-da olub

Fransanın Dövlət katibi UFAZ-da olub

Təhsil naziri Çində səfərdədir

Təhsil naziri Çində səfərdədir

Təhsil nazirinin Türkiyəyə səfəri davam edir

Təhsil nazirinin Türkiyəyə səfəri davam edir

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

Təhsil nazirinin Çin televiziyasına müsahibəsi

Təhsil nazirinin Çin televiziyasına müsahibəsi

Çinin ölkəmizdəki səfiri ilə görüş

Çinin ölkəmizdəki səfiri ilə görüş

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Təhsil naziri postu uğrunda çarpışan üç sensasion ad kimlərdir?

Təhsil naziri postu uğrunda çarpışan üç sensasion ad kimlərdir?

Təhsil naziri İtaliya – Azərbaycan Dizayn Mərkəzinin açılışında

Təhsil naziri İtaliya – Azərbaycan Dizayn Mərkəzinin açılışında