Xəbərlər / Ekspert / Manşet
01 iyun 2019
2 310


“Ceyhun Bayramov nazir olandan sonra heç bir dəyişiklik edə bilmədi”

 

 
"Son illər təhsil sahəsində problemlərin artığı göz önündədir. Ceyhun Bayramovun nazir təyinatından sonar təhsildə müsbət istiqamətdə dəyişikliklərin olacağı gözlənilsə də, son dövrlər baş verənlər bütün ümidləri suya düşürdü".

Təhsil üzrə ekspert Elşən Qafarov "Unikal” qəzetinə müsahibəsində təhsildəki ciddi problemlərə toxunub.

-Elşən müəllim, bir ildən artıqdır ki, Təhsil Nazirliyində yeni rəhbərliyin dönəmi başlayıb. Ötən bir ili necə dəyərləndirirsiz?
-Yeni Təhsil naziri Ceyhun Bayramovun nazir kimi təsdiq edilməsindən 1 ildən bir qədər artıq vaxt keçir. Əvvəlki komandada əsas vəzifələrdən birini icra etməsi, problemlərlə yaxından tanış olması belə ümid yaradırdı ki, müəyyən dəyişikliklər baş verəcək. Amma təəssüflə qeyd edim ki, Ceyhun Bayramov nazir olandan sonra heç bir dəyişiklik etmədi, edə bilmədi. Əvvəlki komandadan qalan nazirliyin "axsaq təkəri” sayılan Eşqi Bağırovu işdən azad etmək cəhdi alınmadı. Rəşad Tağıyevin Bakı təhsilinə müdir qoyulması, bir daha göstərdi ki, nazir kənardan olunan  diktə  ilə işləmək məcburiyyətində qalıb. Digər tərəfdən, Ceyhun Bayramovun  189-190 №-li  və 162 №-li məktəblərdə baş verən hadisələr zamanı tələsik qərar verməsi, 109№-li məktəbdə baş verənlərə müdaxilə edə bilməməsi diqqəti çəkən məqamlardır.Əslində, son bir ildə yaxşılığa elə bir ciddi dönüş yarada bilməyən yeni təhsil nazirinin 1 illik fəaliyyəti dövrünü, əvvəlki illərdə təhsilin idarəedilməsində buraxılan kobud səhvlərin acı nəticələri ilə üz-üzə qalması ilə, tələsik qərarlar və cəmiyyətin bütün təbəqələrinin təhsil prosesindən narazılığının daha da artması ilə izah etmək olar.
Təhsil sahəsində islahatlar bir neçə hallar istisna olmaqla, (fənn olimpiyadaları və peşə təhsili istiqamətində aparılan işlər qismən ümidvericidir) kosmetik xarakter  daşıyır.

-Təhsil Nazirliyinin maddi texniki təhcizatı, tender prosesləri, maliyyə xərcləmələri sahəsində vəziyyət necədir? O zaman deyirdiniz ki, Mikayıl Cabbarov yaxın ətrafını yerləşdirib və ciddi qanun pozuntuları var. İndi necədir?

 

 

 
- Bu sahədə heç nə dəyişməyib.Təhsilə ayrılan büdcə vəsaiti maddi texniki təhcizat, tender prosesləri, maliyyə xərcləri şişirtmə yollarla indi də talanır. Xatırlayırsınızsa, 2017-ci ildə sizə verdiyim müsahibədən az sonra Təhsil Nazirliyində kadr dəyişikliyi baş verdi və dərhal da Hesablama Palatası nazirlikdə yoxlamalara başladı. Yoxlamaların elə birinci həftəsində Hesablama Palatasından büdcə vəsaitlərinin xərclənməsi zamanı ciddi nöqsanların olması ilə bağlı mətbuata informasiya sızdı. Amma necə oldusa, bu məsələ qapandı. Amma talama prosesi davam edir. Dediyim kimi heç nə dəyişməyib.

-Yəqin ki, son bir neçə ayda orta məktəblərdə baş verənlərdən xəbəriniz var. Sizcə, baş verən biabırçılıqlar nəyin nəticəsidir? 

-İlk növbədə qeyd edim ki, təhsil  spesifik bir sahədir. Təhsili idarə edənlərin 2013-cü ildən başlayaraq təhsil işçilərini kütləvi şəkildə nazirlikdən "təmizləməsi”, bu sahədən anlayışı olmayanların nazirlikdə əsas vəzifələrə gətirilməsi, təhsilin qanunvericilik, hüquqi normativ sənədlər, təlimatlar əsasında deyil, sosial şəbəkə üzərindən və telefon zəngləri əsasında idarə olunması, digər tərəfdən təhsili idarə edən şəxslərin biri-birinin ardınca buraxdığı kobud səhvlərinin acı nəticələrini biz xüsusilə ümumtəhsil müəssisələrində aydın görürük. Ən acınacaqlı hal isə müəllimin və məktəbin  nüfuzunun aşağı  düşməsi oldu. Bu, çox ciddi fəsaddır və buna görə Təhsil Nazirliyinin aparıcı şəxsləri şəxsən məsuliyyət daşıyırlar. 
Fikrimi əsaslandırmaq üçün onlarla fakt göstərə bilərəm. Nəticə isə odur ki, cəmiyyətdə məktəbə inam, etibar qalmayıb, müəllimi artıq istər sosial şəbəkə üzərindən və ya üzünə söymək, təhqir etmək, hətta onu döymək, ən adi bir halda video çəkib sosial şəbəkədə yaymaq adi hal alıb. Məktəblərdə dağıdılmış tədris mühitini əgər kölgə təhsilinin ,repititorluğun "arxasında” gizlətmək mümkündürsə, bərbad hala salınmış tərbiyə mühitini, bu prosesin acı nəticələrini gizlətmək mümkün deyil.Bu vəziyyətdən ən çox əziyyət çəkən məhz müəllimlərimizdir.Artıq müəllim hər gün məktəbə bilik verməyə getməklə yanaşı , özünü hansısa xoşagəlməz olaydan qorumağın  yollarını düşünür.Bu çox qorxulu tendensiyadır və vəziyyət idarəolunmaz bir hala gəlib.

-Direktor seçimləri ilə bağlı durumu necə dəyərləndirirsiniz?

-Ümumiyyətlə,  ümumtəhsil məktəblərinin direktorlarının mərkəzləşdirilmiş qaydada, müsabiqə yolu ilə seçilməsi, təyini  dünyada ilk dəfə 1951-ci ilə ABŞ-da, Azərbaycanda isə 2012-ci ildən başlayıb. 2014-cü ildən "Uğur sertifikatı”, "Bu günün və sabahın direktorları” və s. adlar ilə Təhsil Nazirliyi keçmiş Qafqaz Universiteti, İqtisadiyyat Universiteti (UNEK), Xəzər Universiteti” Mədəd” təşkilatı və Peşakarlar İnistitutu ilə birlikdə təlimlər təşkil etməyə başladı. 2016-cı ildən məktəb direktorlarının işə qəbulu müsabiqəsi genişlənərək bütün ölkəni əhatə etməyə başladı. Proses özü dünya təcrübəsinə inteqrasiya xarekteri daşısa da, keçən 3 il ərzində bu müsabiqənin keçirilməsində ciddi nöqsanlar buraxılıb və bu hal hələ də davam edir. Əvvəla təhsildən az da olsa anlayışı olanlar gözəl bilirlər ki, məktəb direktoru avqustun ortalarınadək (tədris ilinin başlanmasına ən azı 1 ay qalmış) təyin olunmalıdırlar ki, məktəbi yeni tədris ilinə hazırlaya bilsinlər.Bircə faktı qeyd edim ki, 2018/2019-cu tədris ili üçün Direktorların İşə Qəbulu müsabiqəsi üçün Təhsil naziri 16 oktyabrda əmr imzalayıb və proses 8 aydır ki, hələ də davam edir, aprel ayında kiçik bir  qrup məktəblərə direktorlar təyin olunub. Müsabiqə başlayanda 700 məktəb direktoru vəzifəsi vakansiyaya çıxarılmışdır. Aprel-May aylarında təyinatlardan sonra hələ də 700-ə qədər məktəb direktoru vəzifəsi vakantdır. Gülməli və eyni zamanda, ağlamalı vəziyyətdir.Digər tərəfdən, müsahibə mərhələsinin qeyri-şəffaf və ya anormal keçirilməsi namizədlərdə və məktəb direktoru işləmək istəyənlərdə bu prosesə haqlı olaraq inamsızlıq yaratmışdır. Təsadüfi deyil ki, müsahibə zamanı orta hesabla hər vakant yerə ən yaxşı halda 2 namizəd olur.100-lərlə vakant yer var ki, oranı heç kim seçmir ya da, ən yaxşı halda 1 nəfər direktoru əvəz edən şəxs namizəd olur. Yəni alternativsiz. Daha bunun harası müsabiqə oldu. Bakı Şəhər Təhsil İdarəsinə tabe olan 316 məktəbin kadr təyinatı isə Rəşad Tağıyevin səlahiyyətindədir. Nazirlik bura birbaşa müdaxilə edə bilmir. DİQ müsabiqəsinin belə biabırçı şəkildə keçirilməsi Təhsil Nazirliyini idarə edənlərin səriştəsiz idarəetməsinin bariz nümunəsidir.

-Müəllimlərin işə qəbulu ilə bağlı vəziyyət necədir? Yenə də neqativ hallara yol verilirmi?


-Müəllimlərin İşə Qəbulu müsabiqəsi hələ təkmilləşmə dövrünü keçir. Bildiyiniz kimi, Ümumtəhsil haqqında Qanun təsdiq olundu və müəllimlərin yaxın gələcəkdə sertifikasiyası gözlənilir. MİQ müsahibəsinin Sertifikasiyaya uyğunlaşdırılması lazım gəlcək. Artıq ay yarımdan sonra 2019/2020-ci tədris ili üçün  MİQ müsabiqəsi olacaq. Keçən ilki müsabiqədə əvvəlki illərə nisbətən naqativ hallar (sarı kartlar,-əvvəlcədən müəyyən namizədlərin sarı kartlar qoyulmuş masalara otuzdurulması və s.) olmasa da, imtahan suallarında səhvlərin olması, sualların cəmi bir variantda tərtib olunması imtahanın obyektivliyinə mənfi təsir göstərdi. Ölkədə təqribən 50 000-dən bir qədər artıq pedaqoji təhsilli kadrlar işsizdir. Bir belə kadr ehtiyatı ola-ola qeyri-pedaqoji təhsilli insanların MİQ-ə buraxılmasına ehtiyac yoxdur.  Müsahibə mərhələsinin düzgün təşkil olunmamasını qeyd etmək istərdim. Digər tərəfdən, dünyada təhsili inkişaf etmiş bütün ölkələrdə müəllim olmaq istəyənlər üçün əsas şərtlərdən biri pedaqoji istiqamətdə ali təhsilin olmasıdır. Amma bizdə Nazirlər Kabinetinin  3 iyun 2010-cu il tarixli  103 №-li Qərarı ilə təsdiq olunmuş " Ümumtəhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)”nın 6.1 və 6.3-cü bəndlərinin tələbləri illərdir pozulur. İnanıram ki , növbəti MİQ müsabiqəsi əvvəlki illərdə olan müsabiqələrdən daha şəffaf və obyektiv keçiriləcək.

-Diaqnostik qiymətləndirmə ilə bağlı ardıcıl çıxışlarınız, təklifləriniz oldu. Ümumiyyətlə, təklifləriniz nəzərə alınırmı?

-Hazırda təhsili idarə edənlərin təhsil sahəsində buraxdıqları kobud səhvlərin acı nəticələri arasında çabalamaqdan başqa bir işləri yoxdur. Həmin bəylərin başı eyni zamanda, dövlətin təhsil sahəsinə ayırdığı büdcə vəsaitlərinin talanmasına elə qarışıb ki, tənqidi fikir eşidəndə əllərində olan inzibati və maliyyə resurslarını  dərhal bu tənqidi səsləndirənlərə qarşı yönəldirlər. Ümumtəhsili 3 il ərzində düşdüyü xaosdan çıxartmaqla bağlı 1 ilə yaxındır ki, təkliflərlə çıxış edirəm, həmin təkliflərin həyata keçirilməsi mexanizmlərini müzakirə etməyə hazır olduğumu bildirirəm. Və bu insanlara izah edən də yoxdur ki, təhsildə müxalifət olmur. Təhsil ümumxalq işidir. Dinləyən, eşidən yoxdur. Təhsili özlərilə birlikdə çıxışı olmayan labirintə sürükləməkdə davam edirlər.

-Dərsliklərlə bağlı da problemlər zaman-zaman ortaya çıxır. Bu sahədəki vəziyyətlə bağlı nə deyə bilərsiniz?

-Ümumtəhsildə dərsliklər yenə də əvvəlki kimi, büdcə vəsaitlərinin talanması istiqamətində əsas sahədir. Təsəvvür edin hər il təqribən 200 adda 20 milyon nüsxədən artıq dərslik çap olunur. Keyfiyyət də göz qabağındadır. Son bir il ərzində alternativ dərsliklərin yaradılması istiqamətində müəyyən işlər görülsə də, hələ ki, effekt yoxdur. Bilirsinizmi, dərsliklər əsasən repetitor müəllimlər tərəfindən yazılır. Onlar da illərlə alışdıqları tendensiya ilə yanaşmaq məcburiyyətindədirlər. Belə ki, qısa bir zamanda az material içərisində ,daha çox məlumat verməyə çalışılır. Bu da dediyimiz  "Ümumtəhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)”nın 2.3 və 7.2- ci bəndlərinə zidd olaraq, şagirdlərin ümumi inkişafına xidmət etməyən, tətbiqi xarakterdə olmayan, məzmunu ağırlaşdıran məlumatyönümlü məsələlərin daxil edilməsi ilə nəticələnir. Təəssüflər olsun ki, dərsliklər mövzusunda biz sıfır nöqtəsindən hələ ki, tərpənə bilmirik. Bunun da əsas səbəblərindən biri şəxsi mənafenin hər şeydən üstün tutulması , dərsliklərin  mütəxəssis-ekspert qruplarında müzakirə olunmadan,  və ya formal müzakirədən sonra çap olunması amilidir. 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Direktorların əksəriyyəti "yuxarı"ların adamlarıdır - MÜSAHİBƏ

Direktorların əksəriyyəti "yuxarı"ların adamlarıdır - MÜSAHİBƏ

Cabbarovun dostlarının və qohumlarının məhv etdiyi Azərbaycan təhsili - XAOS

Cabbarovun dostlarının və qohumlarının məhv etdiyi Azərbaycan təhsili - XAOS

Təhsil eksperti: “Diaqnostik qiymətləndirmə müəllimlərin peşə nüfuzuna böyük zərbə vurdu” - Müsahibə

Təhsil eksperti: “Diaqnostik qiymətləndirmə müəllimlərin peşə nüfuzuna böyük zərbə vurdu” - Müsahibə

Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ

Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ

Təhsil naziri postu uğrunda çarpışan üç sensasion ad kimlərdir?

Təhsil naziri postu uğrunda çarpışan üç sensasion ad kimlərdir?

Təhsil nazirliyində “JEK” təfəkkürü- ARAŞDIRMA

Təhsil nazirliyində “JEK” təfəkkürü- ARAŞDIRMA

Ölkədə orta məktəblərə direktorların qəbulu şəffaf şəkildə aparılır - Təhsil Nazirliyi

Ölkədə orta məktəblərə direktorların qəbulu şəffaf şəkildə aparılır - Təhsil Nazirliyi

"SON SÖZ HƏLƏ DEYİLMƏYİB"

"SON SÖZ HƏLƏ DEYİLMƏYİB"

Orta məktəblərlə bağlı növbəti həyəcan təbili çalınır

Orta məktəblərlə bağlı növbəti həyəcan təbili çalınır

“Nazirlik rəhbərliyi təkcə bufetlərdən ayda 4 milyon qazanır” - Təhsil ekspertindən şok ittihamlar MÜSAHİBƏ

“Nazirlik rəhbərliyi təkcə bufetlərdən ayda 4 milyon qazanır” - Təhsil ekspertindən şok ittihamlar MÜSAHİBƏ

Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...

Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

"Ali təhsil, müəyyən pedaqoji staj və ya esse yaza bilmək hələ direktor olmaq demək deyil"

"Ali təhsil, müəyyən pedaqoji staj və ya esse yaza bilmək hələ direktor olmaq demək deyil"

Bu qərar minlərlə insanın işsiz qalmasına səbəb olacaq (ŞƏRH)

Bu qərar minlərlə insanın işsiz qalmasına səbəb olacaq (ŞƏRH)

Namizədlərdən rəy tələb edilməyəcək,üstünlük yerli sakinlərə verilir

Namizədlərdən rəy tələb edilməyəcək,üstünlük yerli sakinlərə verilir

Bataqlıqda olan təhsilimiz... Çıxış yolu nədədir ?

Bataqlıqda olan təhsilimiz... Çıxış yolu nədədir ?

Attestasiya yoxsa  sertifikasiya ?

Attestasiya yoxsa sertifikasiya ?

“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə

“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə

Mikayıl Cabbarov təhsil naziri kimi necə yadda qaldı...

Mikayıl Cabbarov təhsil naziri kimi necə yadda qaldı...

ANALOQU OLMAYAN AZƏRBAYCAN TƏHSİLİ

ANALOQU OLMAYAN AZƏRBAYCAN TƏHSİLİ

Yeni Təhsil Naziri ilə ümidlər ,gözləntilər...

Yeni Təhsil Naziri ilə ümidlər ,gözləntilər...

Məktəblərimizdə tədris mühitini bərpa etmək üçün...  ARAŞDIRMA

Məktəblərimizdə tədris mühitini bərpa etmək üçün... ARAŞDIRMA