Xəbərlər
17 may 2019
520

175 saylı orta məktəbin direktoru Mətbuat Şurasına müraciət etdi

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bakı şəhərindəki 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət edib. 
Direktorun müraciəti Mətbuat Şurası jurnalist Həbibə Abdullanın təhqir olunmasına etiraz bəyanatına cavab xarakteri daşıyır.

Direktorun Modern.az saytına da göndərdiyi müraciəti qarşı tərəfin mövqeyi kimi təqdim edirik:

"Hörmətli Əflatun müəllim!

Ümid edirəm ki, mənim müraciətimə də operativ cavab verəcəksiniz.

Jurnalist Həbibə Abdullanın təhqir olunması və hədələnməsi ilə bağlı müraciətinizi  oxudum. Həmin müraciətdə adım çəkilir. Maraqlıdır, məndən heç bir məlumat almadan, yalnız Həbibə Abdullanın izahatlarına əsaslanaraq bu cür bəyanat vermək nə qədər doğrudur, nə qədər obyektivdir?

Bildirirəm ki, bir il dörd ay bundan əvvəl (29 yanvar 2018-ci il) vəzifə səlahiyyətlərimi yerinə yetirərkən hücuma məruz qalmışam. 20 noyabr 2018-ci il tarixdə isə həmin şəxs bacısı oğlu ilə birlikdə mənə fiziki xəsarət yetirmişdir. Hazırda məsələ ilə əlaqədar məhkəmə istintaqı davam edir. Həm o zaman, həm də sonralar Həbibə Abdulla, onun həyat yoldaşı Səbuhi Qafarov, eyni zamanda digər bəzi saytlar şəxsimə, rəhbərlik etdiyim kollektivin üzvlərinə aid təhqir və böhtanla dolu məlumatları xəbər adı altında çox tirajlamışlar, sosial şəbəkələrdə əleyhimə iftira və böhtanla müşayiət olunan fikirlər səsləndirmişlər. Hazırda rəhbərlik etdiyim məktəb barədə də artıq bir neçə dəfə afn.az saytında yalan məlumatlar verilmişdir. Eyni zamanda diqqətinizə çatdırıram ki, hazırda gedən məhkəmə proseslərindən birində afn.az saytının təkzib verməsi və üzr istəməsi ilə əlaqədar vəsatətim vardır. Linqivistik ekspertizanın rəyinə əsasən, həmin saytda dərc olunan məqalədə şərəf və ləyaqəti alçaldan bir çox ifadələrdən istifadə edilmişdir. Bu arayışımın səbəbi odur ki, təhqirə və təhdidə məruz qaldığını iddia etdiyiniz şəxslər cinayət işi ilə nəticələnən məsələdə tərəfdirlər və həmin sayt ittiham olunan şəxsin mətbuat kürsüsü kimi çıxış edir. Sizin tələsik və birtərəfli mövqeyiniz, fikrimcə, məhkəməyə təzyiq kimi qiymətləndirilə bilər. Mətbuat Şurasının sədri olaraq ilk növbədə bu kimi məsələlərə diqqət yetirməyinizi xahiş edirəm.

Mənim azyaşlı övladımın, ailə üzvlərimin afn.az-da təhqir olunmağına (məndən mövqe öyrənmək belə istəmirlər. Əksinə mən mövqeyimi bildirmək istədikdə işıqlandırmırlar), 175 nömrəli, 220 nömrəli məktəblərlə bağlı yalan dolu bir neçə məlumatın həmin saytda verilməyinə Mətbuat Şurasının sədri kimi diqqət yetirmədiyiniz halda, "Sizin bu mövqeyinizə təəcüblənmirəm, onsuz da, sizə inanmıram və obyektivliyinizə şübhə edirəm”, - sözlərimi təhqir hesab etmisiniz. Ümid edirəm ki, həmkar təəssübkeşliyini bir yana qoyub, məsələyə ilk növbədə insan kimi yanaşacaqsınız. Onu da qeyd etmək istəyirəm ki, sizin bəyanatınızdan əvvəl poçt vasitəsilə Mətbuat Şurasına məktub göndərilmişdir. Həmin məktubda 175 nömrəli məktəblə bağlı yalanın yer aldığı "175 nömrəli məktəbdə daha bir Elena faciəsi yaşana bilər” başlıqlı yazıdan bəhs olunur (əsas kimi mənim də mövqeyimi verdiklərini bildirəcəklər, amma başlıq əsl niyyəti bəlli edir). Məktəb kimi həssas bir yer haqqında qeyri-dəqiq, naməlum mənbəyə əsaslanan bu cür yalan xəbərlərin yayılması ilk növbədə həqiqi mətbuata təhqirdir. Düşünürəm ki, belə məsələlərə diqqət yetirməyiniz daha düzgün olardı. Müraciətinizdə Həbibə Abdullanın təhqir və hədə-qorxuya məruz qaldığını qeyd edirsiniz. Xahiş edirəm, konkret faktlar göstərəsəniz. İstəsəniz və vacib saysanız, mən sizə həmin saytda verilmiş bir neçə yalan dolu məqalə təqdim edə bilərəm. Obyektivlik tərəfdarısınızsa, yenə də sözügedən şəxslərin hələ çox əvvəllərə aid məqalələrinə də baxaraq fikrinizi tam formalaşdıra bilərsiniz.

Sadə bir vətəndaş kimi tövsiyəmi bəzi sayt rəhbərlərinə çatdırmağınızı xahiş edirəm:

Məktəblərə və təhsilə qarşı idarəolunan(bu açıqca hiss olunur) hücuma son qoyun
Müəllimlik instituna dəstək olun
Vicdanlı və obyektiv olun
Təhqir etməyin, təhqir edənlərə meydan verməyin
Dostbazlıq etməyin.

Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Direktor məktəbdə ölən şagirdin yaxınlarına başsağlığı verdi – Bilinməyənləri dedi

Direktor məktəbdə ölən şagirdin yaxınlarına başsağlığı verdi – Bilinməyənləri dedi

“Özümün və ailəmin ünvanına hələ də müəyyən təhdidlər var” – Məşhur direktorun “canlı şikayəti”

“Özümün və ailəmin ünvanına hələ də müəyyən təhdidlər var” – Məşhur direktorun “canlı şikayəti”

Ekspertdən  döyülən direktorla bağlı müraciət –“Bu qədər qabartmayın, belə olmaz!”

Valideynlər HƏR ŞEYİ ÜZƏ ÇIXARTDI - Son günlər gündəmdə olan məktəbdən - VİDEO

Valideynlər HƏR ŞEYİ ÜZƏ ÇIXARTDI - Son günlər gündəmdə olan məktəbdən - VİDEO

Bakıda məktəb-liseydə RÜŞVƏT QALMAQALI - Direktorun otağına girdi və...

Bakıda məktəb-liseydə RÜŞVƏT QALMAQALI - Direktorun otağına girdi və...

Direktora deyilən nalayiq sözlər kameraya düşüb - Açıqlama

Direktora deyilən nalayiq sözlər kameraya düşüb - Açıqlama

Sabirabadda direktor şagirdə qarşı təcavüz etdi VİDEO

Sabirabadda direktor şagirdə qarşı təcavüz etdi VİDEO

BDU-dan təhqir olunaraq qovulan gənclə bağlı - Açıqlama

BDU-dan təhqir olunaraq qovulan gənclə bağlı - Açıqlama

Müəllimlərdən rüşvət istəyən direktorla bağlı rəsmi AÇIQLAMA

Müəllimlərdən rüşvət istəyən direktorla bağlı rəsmi AÇIQLAMA

Jurnalisti təhqir edən direktor cəzalandırıldı – Rəsmi

Jurnalisti təhqir edən direktor cəzalandırıldı – Rəsmi

Direktor müavini ona böhtan atan ərini məhkəməyə verdi

Direktor müavini ona böhtan atan ərini məhkəməyə verdi

Tbilisidə azərbaycanlı şagirdin təhqir olunduğu məktəbin direktoru işdən çıxarılıb

Tbilisidə azərbaycanlı şagirdin təhqir olunduğu məktəbin direktoru işdən çıxarılıb

Tbilisidə məktəb direktoru azərbaycanlı şagirdin təhqir olunmasına CAVAB

Tbilisidə məktəb direktoru azərbaycanlı şagirdin təhqir olunmasına CAVAB

Tbilisidə azərbaycanlı şagirdi təhqir etmiş müəllimə qarşı etiraz aksiyası keçirilib

Tbilisidə azərbaycanlı şagirdi təhqir etmiş müəllimə qarşı etiraz aksiyası keçirilib

AMEA-dan Tarix İnstitutunun xəritə bəyanatına CAVAB- YALNIŞ RƏY

AMEA-dan Tarix İnstitutunun xəritə bəyanatına CAVAB- YALNIŞ RƏY

BDU-nun müəllimi ifaçı haqda: Bu, mənim təhqir olunmağımdır

BDU-nun müəllimi ifaçı haqda: Bu, mənim təhqir olunmağımdır

"Rayonumuzun təhsili qara bazara cevrilib" - Direktor müavinindən prezidentə MÜRACİƏT

VMA rəhbəri 187 saylı məktəblə bağlı jurnalistlərə müraciət etdi

VMA rəhbəri 187 saylı məktəblə bağlı jurnalistlərə müraciət etdi

TƏHSİL NAZİRLİYİ: Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı

TƏHSİL NAZİRLİYİ: Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı

Bakıda məktəb rəhbəri jurnalisti hədələdi: “Sənin başın bədəninə ağırlıq edir!” - SƏS YAZISI

Bakıda məktəb rəhbəri jurnalisti hədələdi: “Sənin başın bədəninə ağırlıq edir!” - SƏS YAZISI

“Səmimi təbriklərinizdən çox təsirlənmişəm” - Mehriban Əliyeva

“Səmimi təbriklərinizdən çox təsirlənmişəm” - Mehriban Əliyeva

Cəlilabad təhsilindən növbəti ŞİKAYƏT - Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” necə çıxardır? - AÇIQ MƏKTUB

Cəlilabad təhsilindən növbəti ŞİKAYƏT - Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” necə çıxardır? - AÇIQ MƏKTUB

“Direktor bizi əxlaqsız söyüşlərlə təhqir edib” - Daha bir məktəbdə qalmaqal

“Direktor bizi əxlaqsız söyüşlərlə təhqir edib” - Daha bir məktəbdə qalmaqal