Xəbərlər
30 mart 2019
2 698


“Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi

“Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi

 

 
Martın 30-da Akademik Zərifə Əliyeva adına liseydə "Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi keçirilib.

Təhsil nazirinin müavini, müsabiqənin Təşkilat Komitəsinin sədri  Məhəbbət Vəliyeva və Təşkilat Komitəsinin üzvləri bilik yarışını izləyiblər.

Nazir müavini qeyd edib ki, müsabiqə şagirdlərdə mütaliə vərdişlərinin təkmilləşdirilməsi, onların ədəbiyyata olan marağının daha da artırılması baxımından mühüm əhəmiyyətə malidir.

Məhəbbət Vəliyeva müsabiqənin şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi gücləndirmək və bu sahədə xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirmək baxımından rolunu diqqətə çatdırıb.

İştirakçılar bu mərhələdə 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazıb və 10 sualı yazılı cavablandırıblar.

Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndiriləcək. Yekunda ölkə mərhələsinin iştirakçıları arasından qaliblər seçilərək I, II, III və həvəsləndirici yerlərə layiq görüləcək, diplom, tərifnamə və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

"Ədəbiyyat biliciləri” müsabiqəsi 3 mərhələdə təşkil olunub. Müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 25 minə yaxın şagird iştirak edib, onların arasından fərqlənən 5500 nəfər şagird rayon (şəhər) mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin rayon (şəhər) mərhələsi fevral ayında yekunlaşdırılıb və bölgələrdən qalib hesab edilən 125 nəfər şagirdin siyahısı ölkə mərhələsində iştirak üçün təqdim olunub. Onlardan 12 nəfəri VIII, 37 nəfəri IX, 29 nəfəri X, 47 nəfəri XI sinif şagirdidir.

Artıq dördüncü ildir ki, Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə "Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilir. Müsabiqə Təhsil Nazirliyinin "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrində nəzərdə tutulan vəzifələrin icrasına xidmət edir.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
“Ədəbiyyat biliciləri”müsabiqəsinin ölkə mərhələsi keçirilib

“Ədəbiyyat biliciləri”müsabiqəsinin ölkə mərhələsi keçirilib

“Ədəbiyyat biliciləri”müsabiqəsinin ölkə mərhələsi keçiriləcək

“Ədəbiyyat biliciləri”müsabiqəsinin ölkə mərhələsi keçiriləcək

VIII-XI sinif şagirdləri “Ədəbiyyat biliciləri” müsabiqəsində -II mərhələ

VIII-XI sinif şagirdləri “Ədəbiyyat biliciləri” müsabiqəsində -II mərhələ

Məktəblilər arasında müsabiqə keçiriləcək

Məktəblilər arasında müsabiqə keçiriləcək

Fevralın 15-də “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon  mərhələsi keçirilib.

Fevralın 15-də “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib.

“Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsi keçirilir

“Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsi keçirilir

"Ədəbiyyat biliciləri" müsabiqəsinin şəhər mərhələsi keçirilib

"Ədəbiyyat biliciləri" müsabiqəsinin şəhər mərhələsi keçirilib

Təhsil Naziri əmr imzaladı - Rəşad Məcid sədr müavini təyin olundu

Təhsil Naziri əmr imzaladı - Rəşad Məcid sədr müavini təyin olundu

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi

“Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsi keçirilir

“Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsi keçirilir

Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib

Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib

“Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə əmr imzalandı

“Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə əmr imzalandı

Məktəbdə bədii qiraət müsabiqəsinin sonuncu-final mərhələsi keçirildi

Məktəbdə bədii qiraət müsabiqəsinin sonuncu-final mərhələsi keçirildi

Olimpiadaları bu cür təşkil edilir

Olimpiadaları bu cür təşkil edilir

Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək

Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək

Şagirdlərdə kitaba marağı, mütaliə vərdişlərini necə formalaşdıraq?

Şagirdlərdə kitaba marağı, mütaliə vərdişlərini necə formalaşdıraq?

Şabran - "Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsinin rayon mərhələsi keçirilib.

Şabran - "Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsinin rayon mərhələsi keçirilib.

Məktəblilər arasında inşa müsabiqəsi davam edir

Məktəblilər arasında inşa müsabiqəsi davam edir

Məktəblilərarası Fibonacci intellektual yarışının yarımfinal mərhələsi

Məktəblilərarası Fibonacci intellektual yarışının yarımfinal mərhələsi

AMEA-nın magistr, doktorant və dissertantları arasında inşa müsabiqəsi keçirilir

AMEA-nın magistr, doktorant və dissertantları arasında inşa müsabiqəsi keçirilir

Gənc fiziklərin yaradıcılıq müsabiqəsi YEKUNLAŞIB

Gənc fiziklərin yaradıcılıq müsabiqəsi YEKUNLAŞIB

“Sabahın alimləri” VIII Respublika müsabiqəsində 311 şagird iştirak edəcək

“Sabahın alimləri” VIII Respublika müsabiqəsində 311 şagird iştirak edəcək

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib