Xəbərlər
14 fevral 2019
1 766

Rezidenturaya sənəd qəbulu başladı

Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul elan edib.

DİM-dən Aztehsil.com-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün namizəd 2019-cu il fevralın 14-dən 21-dək mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 manat) "Şəxsi kabinet”indəki hesabına əlavə edərək qeydiyyatdan keçə bilər.

Qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizəd 2019-cu il fevralın 14-dən 21-dək mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 manat) "Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Namizəd "Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 2019-cu il fevralın 14-dən 21-dək mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov ) daxil olub "Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir.

Rezidenturaya qəbul olunmaq hüququna Azərbaycanda baza (əsas) ali tibb təhsili almış şəxslər, yaxud ali tibb sahəsində müəyyən edilmiş qaydada ixtisası nostrifikasiya edilmiş xarici ölkələrdə təhsil almış şəxslər malikdirlər.

Qeyd edək ki, baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı 2019-cu il aprelin 7-də, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə 2019-cu il iyulun 14-də keçiriləcəkdir.

Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1(bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun nəticəyə) təsir göstərmir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına topladığı bal 40 və daha çox olan namizədlər buraxılırlar. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsinə buraxılmış namizədlər tələb olunan məbləği "Şəxsi kabinet”lərinin hesabına əlavə edib 2019-cu il iyunun 3-dən 10-dək qeydiyyatdan keçməlidirlər. Hər iki mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Rezidenturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır. Namizədlərin seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə iki mərhələdə keçirilən imtahandan topladıqları ümumi bal (balların cəmi) əsasında aparılır.

Qəbul elanının tam mətni "Rezidentura" jurnalının 2-ci sayında dərc olunub. Jurnalın bu sayında namizədlərə kömək məqsədilə ixtisas fənləri üzrə test tapşırıqlarının izahı və tövsiyələr, test tapşırığı nümunələri təqdim olunur. Eyni zamanda "Rezidentura" jurnalının bu sayında müsabiqə şərtləri, "Namizədin elektron ərizəsi”nin doldurulma qaydası və onun nümunəsi də dərc edilir.
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Rezidenturaya sənəd qəbulu başlayıb

Rezidenturaya sənəd qəbulu başlayıb

Magistraturaya sənəd qəbulu başladı

Magistraturaya sənəd qəbulu başladı

Magistraturaya sənəd qəbulu davam edir

Magistraturaya sənəd qəbulu davam edir

Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərə "Buraxılış vərəqəsi"nin verilməsinə başlanıb

Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərə "Buraxılış vərəqəsi"nin verilməsinə başlanıb

Magistraturaya qəbul şərtləri AÇIQLANDI - YENİLƏNİB

Magistraturaya qəbul şərtləri AÇIQLANDI - YENİLƏNİB

DİM rezidenturaya sənəd verənlərə müraciət edib

DİM rezidenturaya sənəd verənlərə müraciət edib

Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı (təkrar) keçiriləcək

Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı (təkrar) keçiriləcək

Magistraturaya sənəd qəbulu bu gün başa çatır

Magistraturaya sənəd qəbulu bu gün başa çatır

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün təkrar sınaq imtahanı keçiriləcək

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün təkrar sınaq imtahanı keçiriləcək

Rezidenturaya qəbul imtahanının II mərhələsi keçiriləcək

Rezidenturaya qəbul imtahanının II mərhələsi keçiriləcək

Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün yeni sınaq imtahanı keçiriləcək

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün yeni sınaq imtahanı keçiriləcək

Rezidentura üçün sınaq imtahanlarına qeydiyyat başlandı

Rezidentura üçün sınaq imtahanlarına qeydiyyat başlandı

İyulun 5-i rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

İyulun 5-i rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb

Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb

Bu ixtisaslar üzrə plan yerlərinin hamısı boş qaldı -Məleykə Abbaszadə

Bu ixtisaslar üzrə plan yerlərinin hamısı boş qaldı -Məleykə Abbaszadə

Rezidenturaya qəbul imtahanında 664 namizəd 2-ci mərhələyə keçib

Rezidenturaya qəbul imtahanında 664 namizəd 2-ci mərhələyə keçib

Magistraturaya qəbul imtahanı üzrə elektron sınaq imtahanı keçiriləcək

Magistraturaya qəbul imtahanı üzrə elektron sınaq imtahanı keçiriləcək

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edildi

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edildi

Rezidenturanın ümumi imtahanlarında ən yüksək bal 171 bal oldu/II mərhələnin cavabları açıqlandı

Rezidenturanın ümumi imtahanlarında ən yüksək bal 171 bal oldu/II mərhələnin cavabları açıqlandı

Ərizə qəbulunun vaxtı bitmək üzrədir - Abituriyentlərin nəzərinə!

Ərizə qəbulunun vaxtı bitmək üzrədir - Abituriyentlərin nəzərinə!

Ərizələrin qəbulu bu gün başa çatır

Ərizələrin qəbulu bu gün başa çatır