Xəbərlər
11 fevral 2019
2 250


SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

 

 
Fevralın 11-də Bakı Dövlət Universitetində (BDU) SABAH III Karyera Qış Məktəbi layihəsinin iştirakçıları ilə görüş keçirilib.

Tədbirdə təhsil nazirinin müavini, BDU-nun rektoru vəzifəsini icra edən Firudin Qurbanov, SABAH qrupları layihəsinin əməkdaşları, SABAH Karyera Akademiyasının rəsmi tərəfdaşları və KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə SABAH qruplarının İcra Komitəsinin tədris işləri üzrə meneceri Eldar Qocayev bu qrupların fəaliyyəti haqqında təqdimat edib.

SABAH III Karyera Qış Məktəbinin iştirakçılarını salamlayan təhsil nazirinin müavini Firudin Qurbanov gənc məzunların uğurlu karyera qurması üçün yaradılan şəxsi və peşəkar inkişaf imkanları barədə ətraflı məlumat verib, dövlət və özəl strukturlarla əməkdaşlığın savadlı, bacarıqlı və hazırlıqlı kadrların yetişməsində əhəmiyyətini vurğulayıb.

SABAH qruplarının əsas məqsədinin ali təhsildə  keyfiyyətin yüksəldilməsi,  yeni və fərqli mühitin yaradılması, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi olduğunu deyən nazir müavini bu qrupların gənclər üçün açdığı imkanlardan danışıb.

Firudin Qurbanov əlavə edib ki, SABAH qruplarının 2018-ci il məzunlarının 37 faizi Azərbaycanda, 16 faizi xarici ölkələrdə magistraturaya qəbul olunub, 30 faizi işlə təmin edilib.

Daha sonra çıxış edənlər Azərbaycan gənclərinin inkişafına göstərilən dövlət dəstəyi, əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması ilə bağlı görülən işlər barədə fikirlərini bölüşüblər.

SABAH Karyera Akademiyası 2017-ci ildə SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb.

Akademiya peşəkar karyera, magistratura təhsili, sahibkarlıq, elmi araşdırma olmaqla 4 istiqaməti əhatə edir. SABAH Karyera Akademiyası çərçivəsində "SABAH” Karyera İnkişafı Sərgisi, "SABAH” Xaricdə Təhsil Sərgisi, "SABAH” İnnovasiya Forumu təşkil edilib.

SABAH III Karyera Qış Məktəbində 80 tələbə iştirak edəcək. Fevralın 14-dək davam edəcək tədbir çərçivəsində karyera quruculuğunun nəzəri, praktiki və aktual  mövzuları üzrə təlimlər keçiriləcək. Təlimlər Bakı Dövlət Universitetinin Quba rayonunda yerləşən tədris-təcrübə və istirahət mərkəzində təşkil olunacaq.

SABAH III Karyera Qış Məktəbi IV kursda təhsil alan SABAH tələbələrinin işədüzəlmə, akademik fəaliyyət, startap və sahibkarlıq sahələri üzrə bilik və bacarıqlarının artırılmasına xidmət edir. Ötən il olduğu kimi, bu il də bir çox tərəfdaş şirkətlər "(Azercell”, "Kapital Bank”, "GoldenPay”, "Clarivate Analytics” və s.) və fərdi təlimçilər Qış Məktəbinin təşkilinə yaxından dəstək göstərəcəklər. 

Karyera Qış Məktəbi ilə yanaşı, SABAH layihəsinin əməkdaşları üçün də "Ali təhsillin idarə olunmasının qanunvericilik ve texniki aspektləri” mövzusunda xüsusi seminar təşkil ediləcək.

SABAH Karyera Akademiyası 2017-ci ildən SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədi ilə yaradılıb. Akademiyanın təlimləri peşəkar karyera, sahibkarlıq, elmi araşdırma istiqamətləri üzrə tələbələrin biliklərinin artırılmasına yönəlib.

SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində 39 ixtisas üzrə 2300-dən çox tələbəni və 600-dən artıq müəllimi əhatə edir.
 

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

 

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

 

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

 

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

 


 


 


 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
SABAH III Karyera Qış Məktəbi başlayır

SABAH III Karyera Qış Məktəbi başlayır

SABAH Karyera Akademiyası təqdim olundu

SABAH Karyera Akademiyası təqdim olundu

SABAH qruplarının tələbələri üçün karyera yarmarkası keçirilib

SABAH qruplarının tələbələri üçün karyera yarmarkası keçirilib

SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb

SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb

“Bu il magistraturaya sənəd verən SABAH qrupları məzunlarının 98%-i qəbul olub”

“Bu il magistraturaya sənəd verən SABAH qrupları məzunlarının 98%-i qəbul olub”

Bu il 740-dan artıq SABAH tələbəsi məzun olacaq

Bu il 740-dan artıq SABAH tələbəsi məzun olacaq

SABAH xaricdə təhsil sərgisi keçiriləcək

SABAH xaricdə təhsil sərgisi keçiriləcək

Təhsil Nazirliyi müəllimlərin işə qəbuluna başlayır - Müsabiqə

Təhsil Nazirliyi müəllimlərin işə qəbuluna başlayır - Müsabiqə

Prorektor: " “SABAH” qruplarının təşkili ali təhsil sistemi üçün əhəmiyyətlidir"

Prorektor: " “SABAH” qruplarının təşkili ali təhsil sistemi üçün əhəmiyyətlidir"

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

“Magistr” jurnalı sabah çapdan çıxacaq

“Magistr” jurnalı sabah çapdan çıxacaq

SABAH tələbələrinin layihəsində iştirak etdikləri “Üzən körpü” Ginnesin Rekordlar kitabına daxil olmağa namizəddir

SABAH tələbələrinin layihəsində iştirak etdikləri “Üzən körpü” Ginnesin Rekordlar kitabına daxil olmağa namizəddir

Sabah ali məktəbə imtahan verəcəkdilər – Bu gün qəzada öldülər

Sabah ali məktəbə imtahan verəcəkdilər – Bu gün qəzada öldülər

SABAH məzunu Gənclər üçün Prezident Mükafatina layiq görülüb

SABAH məzunu Gənclər üçün Prezident Mükafatina layiq görülüb

ADA Universitetində Karyera Yarmarkası keçirilib

ADA Universitetində Karyera Yarmarkası keçirilib

Sabah  İlahiyyat İnstitutunun açılış mərasimi keçiriləcək

Sabah İlahiyyat İnstitutunun açılış mərasimi keçiriləcək

İmtahandakı qanunsuzluqlarla bağlı protokollar sabah elan olunacaq

İmtahandakı qanunsuzluqlarla bağlı protokollar sabah elan olunacaq

Sabah boş qalan yerlərə qeydiyyat başa çatır

Sabah boş qalan yerlərə qeydiyyat başa çatır

Qərb Universitetinin Karyera Mərkəzi tələbələrə uğurlu karyera qurmaqda kömək edir

Qərb Universitetinin Karyera Mərkəzi tələbələrə uğurlu karyera qurmaqda kömək edir

Karyera planlama təlimləri davam edir

Karyera planlama təlimləri davam edir

Sabah IV Respublika fənn müsabiqələrinin birinci mərhələsi keçiriləcək

Sabah IV Respublika fənn müsabiqələrinin birinci mərhələsi keçiriləcək

Dövlət qulluğuna qəbul olmaq istəyənlər - sabah sınağa çəkiləcək

Dövlət qulluğuna qəbul olmaq istəyənlər - sabah sınağa çəkiləcək

Sabah boş qalan yerlərə qəbul olanların siyahısı açıqlanacaq

Sabah boş qalan yerlərə qəbul olanların siyahısı açıqlanacaq