Xəbərlər / Ekspert
25 dekabr 2018
2 683


2018- ci il təhsilimizdə nələr ilə yadda qaldı - 2019-cu ildən nələr gözləməliyik...

 

 

Tanınmış təhsil eksperti Nadir İsrafilov Moderator az.-ın "Başa çatmaqda olan 2018- ci il təhsilimizdə hansı əlamətdar hadisələrlə yadda qalacaq” sualını cavablandırıb:


"Hesab edirəm ki, başa çatmaqda olan 2018- ci il təhsilimizdə bir çox uğurlu layihələr və əlamətdar hadisələrlə yadda qalacaq ki, məhz bu ildə əldə edilən yüksək göstəricilər və qazanllan digər nailiyyətlər növbəti illər üçün də təhsilimizin inkişafı və tərəqqisində stimullaşdırıcı və təkanverici rol oynaya bilər. Ümumiyyətlə götürdükdə, əsasən gəldiyim qənaət budur ki, təhsil sahəsindəki uğur və nailiyyətləri görməmək və qiymətləndirməmək ədalətsizlik olardı.


Hər şeydən əvvəl 2018-ci il Ölkə başçısının 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsindən ötən 5 il ərzində görülən işlərə dair hesabat ili kimi əlamətdar olub. "Strategiya”da nəzərdə tutulmuş hədəflərə çatmaq istiqamətində həyata keçirilən əməli və məqsədyönlü tədbirlər Təhsil Naziri Ceyhun Bayramovun müəllimlərin ənənəvi sentyabr konfransındakı hesabat xarakterli nitqində və sonrakı digər çıxışlarında kifayət qədər konkret və anlaşıqlı şəkildə şərh olunduğundan, bu məsələnin üzərində dayanmağa və əlavə şərh verməyə lüzum görmürəm.


Sadəcə onu deyə bilərəm ki, ölkəmizin mövcud reallıqları, habelə beynəlxalq təcrübə nəzərə alınmaqla Təhsil Qanunvericiliyimizin təkmilləşdirilməsi və yeniləşdirilməsi sahəsində irəliyə doğru nəzərəçarpacaq bir dönüş müşahidə olunmaqdadır. Cari ildə "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa onlarla dəyişiklik edilib, yeni maddələr salınıb. Artıq bir neçə sahəvi qanunların qəbul edilməsi ilə yanaşı "Peşə təhsili haqqında" qanunun da qəbulu ilə əslində təhsilin pillələri arasında keçidin təmin olunması bir növ reallaşmış olur. Milli Məclisinin bu həftələrdə keçirilən plenar iclasında yeni hazırlanan "Ümumi təhsil haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Daha konkret desək bu istiqamətdə aparılan işlər davam edir və "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına” uyğun olaraq bir sıra istiqamətlər üzrə yeni qanunvericilik aktları da qəbul olunmaqdadır.


Orta ümumtəhsildən söz düşmüşkən, təkcə bu il ali məktəblərə qəbul imtahanlarında 2000 nəfərdən çox tələbənin 500-dən çox bal toplayaraq universitetlərə qəbul olunması faktının özü belə, nailiyyətin bir göstəricisidir. Hələ respublika və beynəlxalq miqyaslı olimpiadalarda məktəblilərimizin uğurları qalsın bir yana. Əbəs deyil ki, stimullaşdırıcı tədbir kimi beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənnlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair müddəa təhsil qanunvericiliyimizə daxil edilib.


Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na əsasən Azərbaycanın ali təhsil müəssisələrində ölkənin ehtiyac duyulan ixtisaslar üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkili və proqramda nəzərdə tutulan digər vəzifələrin reallaşdırılması xarici ali təhsil müəssisələrində çalışan azərbaycanlı mütəxəssislərin beynəlxalq ikili diplom proqramlarının təsis edildiyi Azərbaycan ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb edilməsininə şərait yaratmaqla yanaşı, ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, insan kapitalının inkişaf etdirilməsi, strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından da faydalı olacaq.


2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə 50 minə yaxın namizəd iştirak etməsi, 5000-dən artıq namizədin müəllim adını qazanaraq işə qəbul olunması, bu il keçirilən qəbul imtahanlarında iştirak edərək 500 və daha artıq bal toplayan məzunlar arasında müəllimlik ixtisasını 2090 nəfərin seçməsi, ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfəyə qədər artımın müşahidə olunması "Strategiya”da nəzərdə tutulmuş hədəflərdən biri kimi təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyinə yönəlik xüsusi diqqətin təzahürüdür.


2018-ci il 2017-2018-ci dərs ilinin ölkənin dövlət ümumi təhsil müəssisələrində "Təhsildə keyfiyyət ili” elan olunması, Azərbaycan müəllimlərinin XV qurultayının keçirilməsi, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayının baş tutması, Dünya Bankı və Azərbaycan hökumətinin müvafiq qurumlarının təşkilatçılığı ilə öz işinə başlayan "Azərbaycanda İnsan Kapitalı üzrə Forum”unun təşkili, Avropa İttifaqı (Aİ), BMT-nin Uşaq Fondu (UNICEF) və Təhsil Nazirliyinin birgə tərəfdaşlığı çərçivəsində "Sağlamlıq imkanları məhdud uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsinin təqdimatı mərasimi və digər respublika və beynəlxalq tədbirlərə ev sahibliyi etməyimizlə də yadda qalacaq.


Səmimi etiraf etməliyik ki, xüsusilə son illər təhsilimizin dinamik inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, infrastrukturunun təkmilləşdirilməsi, təhsilin məzmun və formaca yenilənməsi istiqamətində çox işlər görülüb. Başqa sözlə desək təhsilimizdə gedən inkişafyönlü prosesləri, əldə olunan yüksək göstəriciləri və qazanılan uğurları görməmək və qiymətləndirməmək ədalətsizlik olardı.


Bununla belə, "Strategiya”da da qeyd edildiyi kimi təhsilin idarə olunmasında başlıca problemlərdən olan tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməsi, təhsil müəssisələrinin idarəetmədə rolu ilə bağlı olan məhdudiyyətlərin aradan qaldırılması, dövlət təhsil müəssisələrinin maliyyə müstəqilliyinin təmin edilməsi, təhsil müəssisələri rəhbərlərinin tədrisin nəticələrinə görə məsuliyyətinin artırılması, peşəkarlığa əsaslanan stimullaşdırıcı əmək haqqı sisteminin yaradılması və bir çox sahələrdə hələ də həllini gözləyən məsələlər var və bu istiqamətdə işlər davam etdirilir.


Başqa cür də ola bilməz. Çünki, Təhsil sahəsində gördüyümüz işlər nə qədər çoxdursa, gözləntilərimiz də ondan bir o qədər də az deyil...”

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...

Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...

Qazanılan uğurlar Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir - İlham Əliyev

Qazanılan uğurlar Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir - İlham Əliyev

Prezident ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramını təsdiqlədi

Prezident ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramını təsdiqlədi

Pedaqoji idarəetmənin təşkili

Pedaqoji idarəetmənin təşkili

"Bu şəxslərin ali məktəblərə qəbulu ilə bağlı qanunvericilik dəyişdiriləcək" - Ceyhun Bayramov

"Bu şəxslərin ali məktəblərə qəbulu ilə bağlı qanunvericilik dəyişdiriləcək" - Ceyhun Bayramov

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq

Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var? - Nazirlik AÇIQLADI

Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var? - Nazirlik AÇIQLADI

Çox halda keyfiyyət deyil, kəmiyyət dalınca qaçırıq...

Çox halda keyfiyyət deyil, kəmiyyət dalınca qaçırıq...

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin keçirdiyi iclasda vacib məqamlara toxunaraq məruzə edib

Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin keçirdiyi iclasda vacib məqamlara toxunaraq məruzə edib

Təhsil Nazirliyində vacib TOPLANTI - Bu il 41 rayonda...

Təhsil Nazirliyində vacib TOPLANTI - Bu il 41 rayonda...

Milli Kvalifikasiyalar Çərçivəsi təsdiq edilib

Milli Kvalifikasiyalar Çərçivəsi təsdiq edilib

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”

“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM

Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM

Ümumtəhsil məktəblərində dövlət-ictimai xarakterli  idarəetmə

Ümumtəhsil məktəblərində dövlət-ictimai xarakterli idarəetmə

Xaricdə təhsilin maliyyələşməsinə dair yeni prosedur müəyyənləşdi

Xaricdə təhsilin maliyyələşməsinə dair yeni prosedur müəyyənləşdi

Nazir: "2020-ci ilədək orta məktəblərdə 5000 nəfərədək sağlamlıq imkanları məhdud uşaq təhsilə cəlb ediləcək"

Nazir: "2020-ci ilədək orta məktəblərdə 5000 nəfərədək sağlamlıq imkanları məhdud uşaq təhsilə cəlb ediləcək"

Mikayıl Cabbarovun qazandığı etimadın sirri...

Mikayıl Cabbarovun qazandığı etimadın sirri...

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Məleykə Abbaszadə: Ali təhsilin keyfiyyəti yüksəldilməlidir

Məleykə Abbaszadə: Ali təhsilin keyfiyyəti yüksəldilməlidir

“İstənilən statusda universitetlərə dövlət dəstəyi zəruridir…”

“İstənilən statusda universitetlərə dövlət dəstəyi zəruridir…”