Xəbərlər / Valideyn / Müəllim
21 dekabr 2018
1 780


“Ailəliklə kitabxanaya” layihəsi Binəqədidə...

 

 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi və Prezident yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə cəmiyyətin diqqətinin mütaliəyə cəlb olunması, ailədə mütaliə ənənəsinin təbliği və asudə vaxtın mənalı, səmərəli və düzgün nizamlanması məqsədilə "Ailəliklə kitabxanaya” layihəsinə start verilib. Layihə çərçivəsində növbəti tədbir Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi və aidiyyatı dövlət qurumlarının nümayəndələrinin, rayon ziyalılarının, eləcə də ailələrin iştirakı ilə 20 dekabr 2018-ci il tarixində Binəqədi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında keçirilib.

Giriş sözü ilə çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbir iştirakçılarını salamlayaraq, cəmiyyətin mənəvi və intellektual inkişafında mütaliənin vacibliyini diqqətə çatdırıb. Gənclərdə əqli, mənəvi zənginliyi formalaşdırmaqda kitabın əhəmiyyətinin xüsusi rolunun olduğunu qeyd edən Aygün Əliyeva layihənin Azərbaycan ailələrində müasir düşüncəli, savadlı gənclərin yetişməsində böyük rolu olacağını bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva layihənin həyata keçirilməsində dəstəyi olan təşkilatlara minnətdarlığını bildirib. Ailə siyasətinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirən Aynur Sofiyeva aparılan davamlı və məqsədyönlü siyasətin bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına öz müsbət təsirini göstərdiyini qeyd edib.

"Ailəliklə kitabxanaya” layihəsinin bu istiqamətdə yeni layihə olduğunu bildirən 
Aynur Sofiyeva kitabxana nəzdində formalaşdırılan ilk Ailə klubu barədə məlumat verərək layihənin eyni zamanda ailə münasibətlərinin, ailə bağlarının möhkəmləndirilməsi istiqamətində də böyük rolunun olacağını diqqətə çatdırıb.

AMEA-nın həqiqi üzvü, akademik Vaqif Abbasov layihə əhəmiyyətindən danışaraq ailədə kitaba sevginin hər bir kəsə uşaq yaşlarından aşılanmalı olduğunu, xüsusilə də bu işdə valideynlərin üzərinə böyük məsuliyyətin düşdüyünü bildirib.

Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı Şücayət Piriyeva, Binəqədi rayon MKS-nin direktoru Rəna Bilyandarlı layihənin əhəmiyyəti barədə çıxışlar ediblər.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Uşaqlar tərəfindən "Bir qalanın sirri” filmindən kadr, "Turp”, "Tıq-tıq xanım”, "Qırmızı papaq” nağılları səhnələşdirilib.

Tədbirin yekununda iştirakçı uşaqlara Binəqədi RiH və Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hədiyyələr verilib.moderator.az
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
“Ən zəngin ev kitabxanası olan ailə” müsabiqəsi elan olundu

“Ən zəngin ev kitabxanası olan ailə” müsabiqəsi elan olundu

Binəqədidə “Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri kimi” adlı məlumat saatı keçirilib

Binəqədidə “Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri kimi” adlı məlumat saatı keçirilib

Təhsil Nazirliyində görüş

Təhsil Nazirliyində görüş

“Təhsil müəssisələrində uşaqların cinsi tərbiyəsi” layihəsi çərçivəsində tədbir keçirilib

“Təhsil müəssisələrində uşaqların cinsi tərbiyəsi” layihəsi çərçivəsində tədbir keçirilib

Bölgələrdə ünsiyyət məhdudiyyətli gənclər üçün “Təlim məktəbi” layihəsi davam edir

Bölgələrdə ünsiyyət məhdudiyyətli gənclər üçün “Təlim məktəbi” layihəsi davam edir

BANM-də Gənclər Fondunun növbəti layihəsi ilə bağlı tədbir keçirilib

BANM-də Gənclər Fondunun növbəti layihəsi ilə bağlı tədbir keçirilib

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

Saatlıda Ümumrespublika forumu üçün seçilən uşaqlarla görüş keçirilib

Saatlıda Ümumrespublika forumu üçün seçilən uşaqlarla görüş keçirilib

Ailə tərbiyəsində əsas vəzifələr  -

Ailə tərbiyəsində əsas vəzifələr -

LDU “Narkomaniyaya yox!” dedi

LDU “Narkomaniyaya yox!” dedi

Göygöl məktəbliləri ilə uşaq hüquqları haqqında maarifləndirmə tədbiri keçirilib

Göygöl məktəbliləri ilə uşaq hüquqları haqqında maarifləndirmə tədbiri keçirilib

Lənkəran Dövlət Universiteti ilə Astara və Yardımlı məktəbləri arasında pilot layihə həyata keçirilir

Lənkəran Dövlət Universiteti ilə Astara və Yardımlı məktəbləri arasında pilot layihə həyata keçirilir

Hökumət uşaq bağçaları ilə bağlı qərar vedi - Yeni qayda təsdiqləndi

Hökumət uşaq bağçaları ilə bağlı qərar vedi - Yeni qayda təsdiqləndi

“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”

“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”

Ağstafa məktəbliləri Azərbaycan uşaqlarının IV formunun seçim turunda iştirak edib

Ağstafa məktəbliləri Azərbaycan uşaqlarının IV formunun seçim turunda iştirak edib

Təhsildən kənarda qalan uşaqlar - SƏBƏB İSƏ...

Təhsildən kənarda qalan uşaqlar - SƏBƏB İSƏ...

Akademiya əməkdaşlarına şad xəbər - Yaşayış kompleksi tikiləcək

Akademiya əməkdaşlarına şad xəbər - Yaşayış kompleksi tikiləcək

Kamal Abdulladan unikal addım – Təhsilimizdə ilk

Kamal Abdulladan unikal addım – Təhsilimizdə ilk

Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR

Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR

Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib

Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib

Təhsildə inkişaf və innovasiyalar üzrə 32 layihə yekunlaşıb

Təhsildə inkişaf və innovasiyalar üzrə 32 layihə yekunlaşıb

Peşə təhsilinə marağın artırılması məqsədilə “Öz peşəni seç” layihəsinə start verilib

Peşə təhsilinə marağın artırılması məqsədilə “Öz peşəni seç” layihəsinə start verilib

Orta məktəblərdə bütün siniflər təmayüllü olacaq

Orta məktəblərdə bütün siniflər təmayüllü olacaq

Azərbaycanda "İlin ən yaxşı kitabxanası"nı Siz də tanıyın

Azərbaycanda "İlin ən yaxşı kitabxanası"nı Siz də tanıyın