Xəbərlər
20 dekabr 2018
2 270


Məktəblilərin daşıya bilmədiyi dərs yükü

Məktəblilərin daşıya bilmədiyi dərs yükü

 

 
 
Son illər ərzində onurğa əyriliyindən əziyyət çəkən uşaqların sayı xeyli artıb. Statistikaya əsasən, Azərbaycanda təxminən hər yüz nəfərdən biri onurğa əyriliyindən əziyyət çəkir.

Buna səbəb uşaqların masa arxasında düzgün oturmamaları, kompüter aludəçiliyi və məktəb çantalarının ağır olmasıdır.

Valideyn: "Çox ağırdır. Birinci sinifin çantası, ümimiyyətlə, ağırdır. Özünüz də yoxlaya bilərsiniz. Hələ bu gün dərsləri azdır".

Valideyn: "Biz də istəyirik ki, yüngül olsun, uşaq götürə bilmir".

İbtidai sinif şagirdləri də çantanın ağrılığından şikayət edirlər. Bu səbəbdən də onları məktəbə valideyinlər aparıb-gətirməli olur. 

Şagird: "Birinci sinifdə oxuyuram, çantam çox ağırdır, anam götürür".

Şagird: "Çantamda çoxlu kitablar var, ağırdır, ancaq mən onu üçüncü mərtəbəyə kimi çıxara bilirəm".

Ekspertlər də deyir ki, ibtidai siniflərin gündəlik götürdükləri məktəbli çantaları, sözün əsl mənasında, yükdür.

Kamran Əsədov - təhsil eksperti: "Çantaların çəkisi 2 kq yarım, 3 kq-dan artıq olmamalıdır. Lakin buraya iş dəftərləri, qələmləri və digər aksessuarları da nəzərə alsaq, bütün hallarda 5 kq-dan artıq bir çəki ortaya çıxır".

Məktəbli çantalarının dərsliklərlə doldurulması azyaşlıların sağlamlığı ilə də bağlı problemlər yaradır.

Aidə Rəşidova - həkim: "Onlarda onurğanın bir tərəfinə daha çox yük düşməsi səbəbi ilə gələcəkdə skaleoza, yəni onurğanın əyilməsinə səbəb olur. Buna görə çalışmaq lazımdır ki, uşaqlar yaşlarına uyğun çəkidə çanta götürsünlər".

Ekspertlər çantaların ağır olmasını gündəlik dərs yükünün çox olması ilə əlaqələndirir. Dünya standartlarına görə aşağı siniflər üçün çap edilən bir dərsliyin çəkisi maksimum 200 qram olmalıdır. Ev tapşırıqlarının çox verilməsi, yəni informasiya yükünün ağırlığı da buna öz təsirini göstərir. Məhz bu səbəbdən uşaqların dərsdən ayrılıb əyləncə və idmana sərf edəcək vaxtları olmur.

Kamran Əsədov - təhsil eksperti: "Amerika təcrübəsinə görə, heç bir halda cümə günü evə tapşırıq verilmir ki, şagird şənbə, bazar günləri istirahər etsin. Həftə ərzində itirdiyi enerjini bərpa etsin. Etiraf edək ki, son beş ildə Azərbaycanın orta-ümumtəhsil ocaqlarında oxuyan azyaşlı uşaqlar uşaqlıqlarını yaşamırlar. Onlar bütün gün yüklənmiş şəkildə dərslə məşğul olurlar".

Azərbaycanda orta məktəb dərslikləri beş ildən bir dəyişdirildiyindən müddət bu il başa çatır. Təhsil Nazirliyinin məlumatına görə, 2019-cu ildən yeni standartlar müəyyən olunacaq və dərsliklər sadələşdirilir. Hətta təhsildə bəzi dərsliklərin elektron tədrisinin tətbiqi də nəzərdə tutulur.azedu.az
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Məktəblərdə uşaqlarımızın hüququ kobud şəkildə pozulur

Məktəblərdə uşaqlarımızın hüququ kobud şəkildə pozulur

Şagirdlər üçün alış-verişə az qalır..VALİDEYNLƏR DİQQƏT!

Şagirdlər üçün alış-verişə az qalır..VALİDEYNLƏR DİQQƏT!

Çantaları özündən ağır uşaqlar - Onlar hansı xəstəliklərlə üz-üzədir?

Çantaları özündən ağır uşaqlar - Onlar hansı xəstəliklərlə üz-üzədir?

Mənəvi-psixoloji yük azmış kimi, “çanta yükü” də bir yandan - TƏHLİL...

Mənəvi-psixoloji yük azmış kimi, “çanta yükü” də bir yandan - TƏHLİL...

İbtidai sinif dərsliklərində hər kitabın yanında 2-3 "balası" olmasa olmaz...İŞ DƏFTƏRLƏRİ lazımdırmı?

İbtidai sinif dərsliklərində hər kitabın yanında 2-3 "balası" olmasa olmaz...İŞ DƏFTƏRLƏRİ lazımdırmı?

İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Qəbul imtahanı PROBLEMİ - "Son dəyişikliklər abituriyentlərin işini çətinləşdirəcək"

Qəbul imtahanı PROBLEMİ - "Son dəyişikliklər abituriyentlərin işini çətinləşdirəcək"

“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT

“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

Uşaqlarımızın məktəbdən soyumağının səbəbi - Məktəb nəyə lazımdır?

Uşaqlarımızın məktəbdən soyumağının səbəbi - Məktəb nəyə lazımdır?

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

Uşaq çantası ağırdır - valideyn nazirliyi məhkəməyə verir

Uşaq çantası ağırdır - valideyn nazirliyi məhkəməyə verir

"Qiymətləndirmədə iştirak edən ekspertlərin kimliyi gizli saxlanılmalıdır" -RƏY

"Qiymətləndirmədə iştirak edən ekspertlərin kimliyi gizli saxlanılmalıdır" -RƏY

Azərbaycanda autizmli uşaqların sayı artır - Pediatr sirli səbəbdən danışdı

Azərbaycanda autizmli uşaqların sayı artır - Pediatr sirli səbəbdən danışdı

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Azərbaycan dilinə yuxarıdan aşağı baxırlar.

Azərbaycan dilinə yuxarıdan aşağı baxırlar.

Şagirdlərə hansı gündəlik kitabçası alınmalıdır?

Şagirdlərə hansı gündəlik kitabçası alınmalıdır?

Uşaqlarda bu xəstəliklər daha da artıb - Həkim SƏBƏBLƏRİ sadaladı

Uşaqlarda bu xəstəliklər daha da artıb - Həkim SƏBƏBLƏRİ sadaladı

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

Dərslikləri qəlizləşdirməklə nəyə nail olduq?

Dərslikləri qəlizləşdirməklə nəyə nail olduq?