Xəbərlər
17 dekabr 2018
2 187


Sosioloq həyacan təbili çaldı: “Azərbaycan ailəsində heç vaxt indiki qədər gərginlik olmayıb”

Sosioloq həyacan təbili çaldı: “Azərbaycan ailəsində heç vaxt indiki qədər gərginlik olmayıb”

 

 
Ailədaxili münasibətlər şagirdlərin təhsil həyatına da təsirsiz ötüşmür. Azərbaycan məktəblərinin şəxsiyyyət yetişdirə bilməməsini qeyd edən əksər mütəxəssislər bunun səbəbini həm də ailədəki natamamlıqda görürlər. Onların fikrincə, ölkədəki "natamam ailə modeli”, əksər valideynlərin məktəbliyə biganə münasibəti şagirdin təhsil uğurlarına mənfi təsir edir, onun cəmiyyət üçün tam yararlı olması və sosial inkişafına mane olur.
 
Bu natamamlığın şagirdə vurduğu psixoloji zərbələr isə danışmaqla bitməz. Özünə qapalı, ictimai yerdə fikir bildirməkdən çəkinən, gözübağlı bir peşə seçərək gələcək uğursuzluqlarının təməlini qoyan, yalnız yaşıdlarının düzgün yön verəcəyini düşünərək yanlış istiqamətlərə yönələn şagirdlər...

"Ananın uşaqla məşğul olmağa vaxtı olmur, yaranan natamamlıq isə uşağın təhsilinə birbaşa təsir edir”.

Mövzu ilə bağlı AzEdu.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, uşağın təhsilində mühüm rolu ana oynayır. Atanın müdaxiələrinin də müəyyən qədər  rolu olmasına baxmayaraq, ailənin natamam olmaması üçün ana daha çox çalışmalıdır. Dolayısı ilə ölkəmizdəki şagirdlərin təhsil uğurları Azərbaycan anasının savadlı olmasından birbaşa asılıdır:

"Öz məkətb illərimi xatırlayıram. Yadımdadır, sinifdəki əlaçı yoldaşlarımın hər birinin anası onlarla xüsusi məşğul olurdu. Bu məsələ məni həmişə maraqlandırıb və araşdırmışam. Uğur qazanan adamların həyatında ana mühüm rol oynayır. Bəzən demokratiyadan danışırıq. Amma ailə elə institutdur ki, onun müdafiəsi, iqtisadi təminatı atanın, daxili işlər isə ananın üzərinə düşür. O evdəki qadın daxili rahatlığı yarada bilir, orada dərs də, uşaqların tərbiyəsi də uğurlu olur. Hər ailəni ölkə zənn etsək, ata onun başçısı, xarici işlər naziri, ana isə daxili işlər, mədəniyyət və təhsil naziri funksiyasını daşıyar. Yəni ailənin tamlığı görün anadan necə asılıdır”.

O qeyd edib ki, ailədəki natamamlıq maddi-sosial problemlərlə də bağlı ola bilər. Bunların şagirdə mənfi təsirini azaltmaq üçün isə xarici təcrübədən yararlanmaqda fayda var:

"Maddi təminat atanın öhdəsinə düşür. Amma indi cəmiyyət o qədər dəyişib ki, atanın  buna gücü çatmadığından ana da bu işlərə qoşulub. Bu halda ananın uşaqla məşğul olmağa vaxtı olmur, yaranan natamamlıq isə uşağın təhsilinə birbaşa təsir edir. Çünki ata ananı əvəz edə bilmir.

Xarici ölkələrdə bu işdə kömək edə biləcək xüsusi insanların xidmətindən istifadə edirlər. Təəssüf, bizdə bu sektor yaxşı inkişaf etməyib. Bizdə belə insanlara etibarsızlıq var. Belə işçiləri hərtərəfli yetişdirə biləcək xidmət yaratmaq lazımdır. Sosial iş sahəsində böyük inkişafa ehtiyac var”.

"Azərbaycan ailəsində heç vaxt indiki qədər gərginlik olmayıb”

Sosiloq hesab edir ki, bu kimi problemləri aradan qaldırmaq üçün ilk iş yeni ailə modelinin hazırlanmasıdır-Azərbaycan ailəsi modeli:

"Natamam, ahəngi pozulmuş ailələr gələcəyə böyük ziyan vuracaq. Evdəki ahəng  uşağın şagird, şəxsiyyət, gələcək mütəxəssis kimi formalaşmasına çox ciddi təsir edir. Azərbaycan ailəsində heç vaxt indiki qədər gərginlik olmayıb və hansısa qərar çıxatmaq, əmr verməklə bu, aradan qalxmayacaq.

"100 il əvvəl doğru məktəb mühiti yaratdılar və dahi yetişdirdilər”.

Yalnız bir yolla qarşısını almaq olar: məktəblərin vəzifəsini elə artırmaq lazımdır ki, evdəki gərginliyin əvəzini çıxmaq mümkün olsun.  Məktəbdəki mühiti elə dəyişməliyik ki, evdəki gərginlik yeni nəslin yetişməsinə çox  təsir etməsin. Buna görə də hazırda  yeni məktəb modelinə böyük ehtiyac var. İndiki məktəblər yeni nəsli yetişdirməyə imkan vermir. Dediklərimə ən yaxşı misal Qori Müəllimlər Seminariyasıdır. Bu təhsil müəssisəsində elə mühit yaratmışdılar ki, oradan çıxanların əksəriyyəti dahi oldular.

Bəziləri deyir ki, zəmanə pisdir maddiyyat aşağıdır. Amma 100 il əvvəlki dövr heç də indikindən rahat deyildi.  Sadəcə o vaxt doğru məktəb mühiti yaratmaqla bu işin öhdəsindən gəldilər və dahi yetişdirdilər. Biz dahi də olmasa, normal vətəndaş yetişdirmək üçün məktəb mühitində böyük dəyişiklik etməliyik.Mühit elə olmalıdır ki, uşaq evdə aldığı mənəvi-psixoloji zərbənin əvəzini məktəbdə çıxa bilsin. Qarşımızda çox böyük işlər durur. Heyif ki, hələ də onlardan birtərəfli danışırıq”.

"Əgər uşaq bütün günü fikrini dərsə yönəldirsə, deməli onun bir boşluğu var”.

Psixoloq Roza Kazımlı isə ailədəki natamamlığın şagirdə psixoloji təsirlərindən söz açıb. O bildirib ki, bu, uşağa hərtərəfli təsir göstərsə də, özünü heç də həmişə büruzə vermir:

"Elə natamam ailədə böyüyən uşaqlar var ki, uğurlu sinif yoldaşlarından fərqlənmirlər. Çünki burada həm də təbii faktorlar var.

O qədər ailələr var ki, yalnız adı ailədir. Amma onlarda ailə tablosu yoxdur. Onlara  ailə tablosunu necə formalaşdırmaqla bağlı psixoloq məsləhəti mütləq lazımdır.

Belə ailələr adətən övladının təhsilini gözardı edir, onunla maraqlanmırlar. Çox vaxt valideynlər uşağa "dərs oxu” desələr də, şagirdin buna əməl etməməsindən şikayətlənirlər. Bilirsiz ki, indi dərslər çətinləşib. Şagirdin əvvəlki kimi tək başına dərs hazırlaması mümkün deyil. Kurikulum sistemində uşaq ya müəllim yanına getməlidir, ya da valideyn onunla məşğul olmalıdır. Ümumiyyətlə, ailədə valideyn uşağın tələbatlarını tam ödəsə, burada məktəb və müəllimlərin heç bir rolu olmayacaq”.

Psixoloq həm də qeyd edib ki, uşaq təqlidedicidir. O, mütləq bir gün valideynini təkrarlayacaq:

"Əgər valideyn evdə bir kitab oxumur, təhsilə maraq göstərmirsə, əlbəttə, bu, uşağa təsir göstərəcək. Onun təhsilə marağı olmayacaq.

Bəzən uşaq məktəbin ilk illərində oxuyur, 7-8ci siniflərdə isə dayanır. Deməli, o, bunu özünü təqdim etmək üçün edib və boşluqlarını doldurmağa çalışıb. Əslində bu, yaxşı hal deyil. Əgər uşaq bütün günü fikrini dərsə yönəldirsə, deməli onun bir boşluğu var. O, öz boşluğunu doldurmağa çalışır və özgüvəninin üzərində işləyir. Özü də başa düşmədən özünü ətrafına düzgün təqdim etməyə çalışır”.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Ailənin pedaqoji mühitə təsiri - Uşaqlar valideynlərini model olaraq görürlər

Ailənin pedaqoji mühitə təsiri - Uşaqlar valideynlərini model olaraq görürlər

Ailədaxili tərbiyə necə olmalı, valideynlər daha çox hansı nüanslara diqqət yetirməlidir?

Ailədaxili tərbiyə necə olmalı, valideynlər daha çox hansı nüanslara diqqət yetirməlidir?

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Müəllimlər ciddi psixoloji sarsıntı keçirir - Əsas səbəblər

Müəllimlər ciddi psixoloji sarsıntı keçirir - Əsas səbəblər

“Sinif rəhbəri elə keyfiyyətlərə malik olmalıdır ki...” - Sosioloq DANIŞDI

“Sinif rəhbəri elə keyfiyyətlərə malik olmalıdır ki...” - Sosioloq DANIŞDI

Valideynlər özləri də bilmədən şagirdləri bu cür məhv edirlər

Valideynlər özləri də bilmədən şagirdləri bu cür məhv edirlər

Psixoloq diqqət yetirilməyən dəhşətləri sadaladı

Psixoloq diqqət yetirilməyən dəhşətləri sadaladı

TƏRBİYƏDƏ ATANIN ROLU

TƏRBİYƏDƏ ATANIN ROLU

Şagirdi məhvə aparan müəllim ifadələri və yanlış davranışlar – Psixoloqdan müraciət

Şagirdi məhvə aparan müəllim ifadələri və yanlış davranışlar – Psixoloqdan müraciət

Tərbiyədə ailə  yoxsa məktəb? - Mehriban  Məmmədova

Tərbiyədə ailə yoxsa məktəb? - Mehriban Məmmədova

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ

Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Ailədaxili münaqişənin uşaqlara dəhşətli təsiri – TEZ-TEZ XƏSTƏLƏNMƏ, ÖZÜNÜTƏCRİD...

Ailədaxili münaqişənin uşaqlara dəhşətli təsiri – TEZ-TEZ XƏSTƏLƏNMƏ, ÖZÜNÜTƏCRİD...

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşaqların dərs uğursuzluqları və səbəbləri

Uşaqların dərs uğursuzluqları və səbəbləri

Ailədə  tərbiyəçi kimdir?

Ailədə tərbiyəçi kimdir?

Günel Səfərova ali məktəb rəhbərlərinə müraciət etdi - "Müəllimlər uşaqları..."

Günel Səfərova ali məktəb rəhbərlərinə müraciət etdi - "Müəllimlər uşaqları..."

Uşağın tərbiyəsində ailə mühitinin rolu nə qədərdir?

Uşağın tərbiyəsində ailə mühitinin rolu nə qədərdir?

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər