Xəbərlər / Müəllim
13 dekabr 2018
2 965


Məktəblilər üçün inşa müsabiqəsi elan olundu

Məktəblilər üçün inşa müsabiqəsi elan olundu

 

 
 
"Azərpoçt” MMC Təhsil Nazirliyi ilə birgə iki mövzu üzrə epistolyar inşa müsabiqəsinə start verir. 

Bu barədə AzEdu.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, sözügedən müsabiqə Ümumdünya Poçt İttifaqının (ÜPİ) tövsiyəsi əsasında ənənəvi olaraq hər il təşkil olunur. 

Builki müsabiqəyə Ümumdünya Poçt İttifaqı tərəfindən "Öz qəhrəmanın haqqında məktub yaz” mövzusu (15 yaşa qədər olan məktəblilər), "Azərpoçt” MMC tərəfindən isə "Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusu təklif edilib. 

"Azərpoçt” MMC-nin qeyd olunan mövzunu təklif etməsi 2019-cu ildə Ümummilli lider Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbərlik etməsinin 50 illiyi ilə əlaqədardır.

Qeyd edək ki, Azərbaycan, rus və yaxud ingilis dillərindən birində yazılacaq inşaların həcmi 1000 sözdən artıq olmamalıdır. 

Müsabiqədə iştirak etmək istəyən hər bir şagirdin inşa yazısı iştirakçı vərəqi ilə birlikdə 01 aprel 2019-cu il tarixinə qədər rayon Poçt filialları üzrə yerli Poçt filiallarına, Bakı şəhəri üzrə isə "Azərpoçt” MMC-yə (ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 36, poçt indeksi: AZ1000) göndərilməlidir. 

Hər mövzu üzrə 1-ci yerin sahiblərinə 200 manat, 2-ci yerin sahiblərinə 150 manat, 3-cü yerin sahiblərinə 100 manat və həvəsləndirici yerlər üzrə qaliblərin hər birinə 80 manat məbləğində pul mükafatları, eyni zamanda Fəxri fərman və hədiyyələr təqdim olunacaq. 

Məlumat üçün bildirək ki, Ümumdünya Poçt İttifaqının təklif etdiyi mövzu üzrə qalib elan edilən şagirdin inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının İsveçrənin Bern şəhərində yerləşən mərkəzi ofisinə göndərilir. Müsabiqənin şərtlərinə görə, toplanan inşalar YUNESKO-nun təşkil etdiyi münsiflər heyətinə təqdim olunur. Sonda 3 əsas qalib və 5 laureat müəyyən olunur.

Qaliblər qızıl, gümüş, bürünc medallarla, laureatlar isə xüsusi hədiyyələrlə mükafatlandırılır. 

Qızıl medalın sahibi olan məktəbli ÜPİ-nin Beynəlxalq Bürosunun mükafatını almaq üçün Bern şəhərinə dəvət olunur. Gümüş və bürünc medalların sahiblərinin adları ən yaxşı inşa yazısı ilə birlikdə "Poçt ittifaqı” jurnalında çap olunur.

Beynəlxalq Büro bu hadisənin mətbuatda hərtərəfli işıqlandırılmasını təmin etməklə, ictimaiyyətin diqqətini laureatların aid olduğu ölkələrə cəlb edir. Mükafatlandırma mərasimi hər il 9 oktyabrda Ümumdünya Poçt Günü keçirilir. 

Xatırladaq ki, "Azərpoçt” MMC 1993-cü ildən ÜPİ-nin üzvüdür.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Məktəblilər arasında inşa müsabiqəsi davam edir

Məktəblilər arasında inşa müsabiqəsi davam edir

Mikayıl Cabbarov: Bakı Marafonu həm də bir həmrəylik yarışıdır

Mikayıl Cabbarov: Bakı Marafonu həm də bir həmrəylik yarışıdır

AMEA-nın magistr, doktorant və dissertantları arasında inşa müsabiqəsi keçirilir

AMEA-nın magistr, doktorant və dissertantları arasında inşa müsabiqəsi keçirilir

Məktəblilər arasında müsabiqə keçiriləcək

Məktəblilər arasında müsabiqə keçiriləcək

Təhsil menecerləri müsabiqənin ikinci mərhələsində 30 testə cavab verəcəklər

Təhsil menecerləri müsabiqənin ikinci mərhələsində 30 testə cavab verəcəklər

“Ən zəngin ev kitabxanası olan ailə” müsabiqəsi elan olundu

“Ən zəngin ev kitabxanası olan ailə” müsabiqəsi elan olundu

Olimpiadaların "qızıl qaydaları" - beynəlxalq uğurun şərtləri

Olimpiadaların "qızıl qaydaları" - beynəlxalq uğurun şərtləri

Prezident Bakıda məktəblərin inşa və təmirinə 40 milyon manat ayırdı

Prezident Bakıda məktəblərin inşa və təmirinə 40 milyon manat ayırdı

Sumqayıt kitabxanalarında silsilə tədbirlər keçirilib - FOTOLAR

Sumqayıt kitabxanalarında silsilə tədbirlər keçirilib - FOTOLAR

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

Dövlət qulluğuna qəbul olunmaq üçün müsabiqə elan olundu – 1500 vakant yer

Dövlət qulluğuna qəbul olunmaq üçün müsabiqə elan olundu – 1500 vakant yer

Uşaq hüquqları mövzusu müzakirə olunur

Uşaq hüquqları mövzusu müzakirə olunur

Müsabiqə elan olundu - Müəllimlərin nəzərinə

Müsabiqə elan olundu - Müəllimlərin nəzərinə

Şabranda Ümummilli lider Heydər Əliyevin 94 illiyi münasibətilə müsabiqə keçirilib

Şabranda Ümummilli lider Heydər Əliyevin 94 illiyi münasibətilə müsabiqə keçirilib

Məmur olmaq istəyənlər üçün müsahibə elan edildi

Məmur olmaq istəyənlər üçün müsahibə elan edildi

DİREKTOR olmaq istəyənlər üçün yeni müsabiqə başlandı

DİREKTOR olmaq istəyənlər üçün yeni müsabiqə başlandı

Tərcümə Mərkəzi dil və tərcümə işinin təkmilləşdirilməsi üzrə seçim turları təşkil edir

Tərcümə Mərkəzi dil və tərcümə işinin təkmilləşdirilməsi üzrə seçim turları təşkil edir

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Həqiqi müəllim adını daşıyan insan həmişə......

“Sabahın alimləri” VII Respublika Müsabiqəsinə qeydiyyat başa çatıb

“Sabahın alimləri” VII Respublika Müsabiqəsinə qeydiyyat başa çatıb

268 şagird yazdığı inşada özünün kimliyini qeyd edib...IX sinif buraxılış imtahanında nəticəsiz qalan inşalar

268 şagird yazdığı inşada özünün kimliyini qeyd edib...IX sinif buraxılış imtahanında nəticəsiz qalan inşalar

Təhsil Nazirliyi şagirdlərə qızıl və gümüş medal verilməsi qaydalarını açıqlayıb

Təhsil Nazirliyi şagirdlərə qızıl və gümüş medal verilməsi qaydalarını açıqlayıb

31 Mart Soyqırımına həsr olunan inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

31 Mart Soyqırımına həsr olunan inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

DİM xəbərdarlıq etdi: Bunu edən abituriyentlərə sıfır bal veriləcək

DİM xəbərdarlıq etdi: Bunu edən abituriyentlərə sıfır bal veriləcək

Daxili İşlər Nazirliyi müəllimləri işə götürəcək -ELAN

Daxili İşlər Nazirliyi müəllimləri işə götürəcək -ELAN