“I və IV qruplara Tarix fənninin salınması çox əla olardı” - Gənc müəllim
"I və IV ixtisas qruplarına Tarix fənninin əlavə olunması doğru addım olardı”
Bunu AzEdu.az-a açıqlamasında Tarix müəllimi Səbuhi Kamal deyib.
O, son zamanlar I və IV qruplarına Tarix fənninin əlavə olunacağıyla bağlı yayılan xəbərlərə münasibət bildirib:
"Bu, çox doğru addım olardı. Çünki texniki fənləri oxuyan abituriyentlər milli tariximizi demək olar ki, bilmirlər.
Tarix üzrə qəbul proqramı əvvəlki illərdə olduğu kimidir. Azərbaycan tarixinin, sadəcə ədəbiyyat bölməsi keçirilmir. Lakin Ümumi tarixə gəldikdə xeyli qısaltmalar müşahidə olunur. Çinin erkən orta əsrlər bölməsi ixtisar olunub. Rusiya III İvanın dövründən başlayır və Fransanın XXI əsr hissəsi proqramdan çıxarılıb. Mövzuların ixtisarı şagirdlər üçün asanlıq yaradır. Onsuz da 30-sualın 20-10 nisbətində, yəni 20 sual Azərbaycan tarixi, 10 sual ümumi tarix nisbətində salınmağı nəzərdə tutulub. Bu nisbət 18-12 formatında dəyişə də bilər.
Abituriyentlər əsasən, situasiya tipli tapşırıqlarda çətinlik çəkirlər. Çünki mənbələri əzbərlədirik deyə problemlər yaranır. Situasiya tapşırıqlarında 3 sualın ikisini yazıb 3-cüdə öz fikirlərini tam çatdıra bilmirlər. Düşünürəm ki, bu il 700 bal yığan şagirdlər çox az olacaq. Tarixdən 30 düz yazmaq güclü diqqət tələb edəcək”.
Xatırladaq ki, 2019-cu ildən qəbul imtahanları kurikulum standartları əsasında təşkil olunacaq. DİM ixtisas qrupları üzrə qəbul proqramının noyabrın ikinci yarısında elan olunacağını açıqlasa da, dekabr ayı olmasına baxmayaraq proqram hələ də nəşr olunmayıb.
II qrupa hazırlaşanlar əlavə 12 kitab da oxuyacaqlar – Müəllif çətinlikləri sadaladı
Tarix fənni üzrə yenilik – Bu mövzular qəbul proqramından çıxarıldı
“Ədəbiyyat fənninin bütün V-XI sinif proqramı qəbul imtahanına düşə bilər” – Abituriyentlərə bəd xəbər
“Təkcə bir fəndən milyonlarla sual yoxlanılmalıdır, bunu kim edəcək?!- Riyaziyyatçıdan qəbul qaydalarına etiraz
"II qrupa Ümumi tarixin salınmasını kim fikirləşibsə, məncə, Azərbaycan iqtisadiyyatının inkişaf etməsini istəmir"
Buraxılış imtahanlarında İngilis dilindən dinləmə bacarığı bu səbəbdən mütləq yoxlanılacaq -RƏSMİ
Müəllimlərin “kurikulum sınaq”ı narahatlığı – “Şagirdlərimi imtahana qoymadım”
2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA
Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq
"Qəbul imtahanlarının yoxlanılmasında subyektivlikdən söhbət gedə bilməz" -Şöbə müdüri
Qəbul imtahanında yeniliklər- AÇIQLANDI
“Tarix fənnindən qəbul imtahanlarına bu suallar salınmayacaq” - Ekspert
"Sınaq imtahanındakı bu sualda texniki xətaya yol verilib" - DİM-dən səhv adlandırılan suala REAKSİYA
Yeni və köhnə qəbul imtahanı qaydaları arasında çaş-baş qalanlar – Onlar üçün ən yaxşı çıxış yolu
Gələn il imtahanlar necə təşkil olunacaq? - DİM-dən AÇIQLAMA
"İkibaşlı" suallar...Abituriyentlər bu fənlərdən "qan ağlayır"..
Orta məktəb müəllimi tarix dərsliyindəki səhvdən ŞİKAYƏT ETDİ - FOTOLAR +
Bu il kəsilən abituriyentlər gələn il necə imtahan verəcəklər? – DİM-dən açıqlama
“Həcmindən asılı olmayaraq bu əsərlər qəbul proqramına salınacaq” - EKSPERT
Kənd müəllimindən çağırış: “Sertifikasiya ilə bağlı deyilənlər yanlışdır, kursların “pul oyunudur”, aldanmayın!”
Ekspertdən Təhsil Nazirliyinə irad - Bu sualları düşmən yazıb?
I və IV qruplara Azərbaycan tarixi fənni salınacaq? – DİM-dən gözlənilən cavab
Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı
Ana dili və Ədəbiyyat fənlərində qəbul proqramından çıxarılan və əlavə olunan mövzular