Xəbərlər / Məktəb Güşəsi
30 oktyabr 2018
2 514


"Dünyanın ən reytinqli təhsil ocaqlarında bu kimi məsələlər öz həllini çoxdan tapıb"

 

Məktəblərdə dini biliklərin verilməsi dini simvolların təhsil ocağına daşınması, dindarlar ordusu yetişdirmək demək deyil, insanların bir qisminin ifrat dərəcədə dindarlaşmasının, digərlərinin elementar təsəvvürlərdən məhrum edilməsinin, başqa sözlə, cəmiyyətin qütbləşməsinin qarşısını almaq, bütün vətəndaşları bir araya gətirmək, dini dəyərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir.
Aztehsil.com xəbər verir ki, bu sözləri Kult.az-a təhsil eksperti Nadir İsrafilov məktəblərdə dini təhsilin tədrisi ilə bağlı müzakirələrə münasibətində deyib.

N.İsrafilovun sözlərinə görə, din və təhsil məsələsində uzun illərdir ki, ortaq məxrəcə gələ bilmirik. Eksperin fikrincə, ictimai həyatımızda ikinci elə bir hal olmayıb ki, cəmiyyət üzvlərinin dini maariflənməsi məsələsi bu qədər ortalığa atılmış olsun:

"Ölkəmizin təhsil praktikasında ikinci elə bir hal olmayıb ki, "orta məktəblərdə dinin tədrisinə ehtiyac varmı” sualı kimi bir məsələ ətrafında bu qədər mübahisə və müzakirələr aparılsın.

Maraqlı və düşündürücü olan məsələnin başqa tərəfidir. Bu mövzu zaman-zaman bir problem olaraq ortalığa atılıb, ancaq onun həlli istiqamətində hansısa əməli bir iş görülməyib. Yəni dini maariflənmə, gənclərin və yeniyetmələrin dini təhsil məsələləri kampaniya xarakteri daşımaqdan o yana gedə bilməyib. Müəyyən radikal və ekstremist hadisələrlə bağlı yada salınıb, mətbuat və televiziya kanallarının gündəmini zəbt edib, qısa vaxtdan sonra dərhal da unudulub.

Dini qurumların nümayəndələri, millət vəkilləri və ekspertlərin fikirlərində müəyyən yaxınlıq və həmrəylik olsa belə, məsələnin çözülməsi istiqamətində konkret və praktik addımların atılmasının şahidi olmamışıq”.

N.İsrafilov bildirib ki, müxtəlif dini qruplaşmaların, dini məzhəblərin təsirinə düşməmək üçün məktəblərdə din haqqında ayrıca təhsil verilməsi daha məqsədəuyğundur:

"Uşaqların müxtəlif qruplaşmaların, dini məzhəblərin təsiri altına düşməsi məhz maariflənmənin, dini bilgilərin yetərli olmaması ilə bağlıdır. Uşaq yaşlarından din barədə məlumatsız olanların belə təsirlərə daha tez məruz qaldıqları məlumdur.

Bir mühüm məqamı unuduruq ki, dini siyasiləşdirməyin özü elə dini savadsızlıqdan, siyasi ambisiyalardan irəli gələn haldır. Artıq neçə illərdən bəridir ki, bir çox alimlər, ictimai xadimlər, tanınmış ziyalılar məktəblərdə dinin tədrisinin zəruriliyini əsaslandırmaqla yanaşı, bunu cəmiyyətə lazım olan, onun tələbat duyduğu, əslində, çoxdan həyata keçirilməsi gərəkən bir məsələ kimi dəyərləndirirlər.

Alman filosofu Kant belə hesab edirdi ki, uşaqlara Ali Varlıq haqqında bəzi anlayışları təlqin etmək lazımdır ki, onlar başqalarının dua etdiklərini görəndə bunun nə üçün edildiyini bilsinlər. Kanta görə, dinlə bağlı anlayışları uşaqlara lap erkən yaşlarından təlim etmək lazımdır. Lakin eyni zamanda fikir vermək lazımdır ki, uşaqlar adamları onların məzhəblərinə görə dəyərləndirməsinlər. Çünki məzhəblərdəki fərqlərə baxmayaraq, din hər yerdə eynidir”.

N.İsrafilov bildirib ki, dünyanın ən reytinqli universitetlərində, kolleclərində, məktəblərində bu kimi məsələlər öz həllini çoxdan tapıb və təhsilin dünyəviliyi ilə heç bir ziddiyyət təşkil etmir:

"Bir çox ölkələrdə, o cümlədən qonşu Gürcüstan və Rusiyada bu prosesə artıq başlanıb. Hazırda Rusiyanın ümumtəhsil məktəblərində "Dini mədəniyyətlərin və dünyəvi etikanın əsasları” adlı fənn tədris olunur.

Ölkə başçısının sərəncamına müvafiq olaraq, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması ölkəmizdə həm dini, həm də dünyəvi elmləri bilən ziyalı ilahiyyatçı kadrların və din xadimlərinin hazırlanmasına yeni töhfədir. Qalır bu universitetə dəstək, o da təhsilin ümumorta pilləsindən gəlməlidir. Orta məktəb illərindən möhkəm təməl biliklərinə malik olan məzun heç şübhəsiz ki, daha inamlı seçim etmək və orta pillədə qazandıqları bilikləri təhsilin ali pilləsində daha inamla inkişaf etdirmək əzmində olacaq”.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
"Sağlam gələcəyimiz üçün şagirdləri sağlam düşüncədə yetişdirməliyik"..Kant-ın həyat "bilgisi"

"Sağlam gələcəyimiz üçün şagirdləri sağlam düşüncədə yetişdirməliyik"..Kant-ın həyat "bilgisi"

Məktəblərdə dini biliklərin verilməsi dini dəyərlərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir

Məktəblərdə dini biliklərin verilməsi dini dəyərlərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir

”Belə bir institutun yaradılması lazım idi...”

”Belə bir institutun yaradılması lazım idi...”

Azərbaycan məktəblərində dini fənn tədris olunacaq

Azərbaycan məktəblərində dini fənn tədris olunacaq

Dövlət Komitəsi: Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

Dövlət Komitəsi: Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

Dini dərsləri necə tədris etməli?.. - Komitə sədrindən AÇIQLAMA

Dini dərsləri necə tədris etməli?.. - Komitə sədrindən AÇIQLAMA

Azərbaycanda dini təhsil pulsuz olacaq

Azərbaycanda dini təhsil pulsuz olacaq

Məscidlərdə çalışanlar ölkədə dini təhsil alan şəxslər olmalıdır.

Məscidlərdə çalışanlar ölkədə dini təhsil alan şəxslər olmalıdır.

İlahiyyat İnstitutu bizə nə verəcək?! - Deputat sərəncamı şərh etdi

İlahiyyat İnstitutu bizə nə verəcək?! - Deputat sərəncamı şərh etdi

Komitə: Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür

Komitə: Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür

“Dini radikalizm milli birlik və həmrəylik kimi dəyərlərimizə qarşıdır”

“Dini radikalizm milli birlik və həmrəylik kimi dəyərlərimizə qarşıdır”

Təhsil Nazirliyi: – Orta məktəblərdə din tədrisi ilə bağlı heç bir fənn nəzərdə tutulmayıb

Təhsil Nazirliyi: – Orta məktəblərdə din tədrisi ilə bağlı heç bir fənn nəzərdə tutulmayıb

“Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq” – AÇIQLAMA

“Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq” – AÇIQLAMA

Azərbaycandan dini təhsil almaq üçün ən çox bu ölkələrə gedirlər

Azərbaycandan dini təhsil almaq üçün ən çox bu ölkələrə gedirlər

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

Bakıda ƏMƏLİYYAT: Azyaşlıların cəlb olunduğu gizli ibadət-tədris kompleksi aşkarlandı

Bakıda ƏMƏLİYYAT: Azyaşlıların cəlb olunduğu gizli ibadət-tədris kompleksi aşkarlandı

Xaricdə təhsil alan dindarlara nəzarət güclənir - qanun sərtləşir

Xaricdə təhsil alan dindarlara nəzarət güclənir - qanun sərtləşir

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

Dini tədris müəssisələrində qanunsuz mübadilələrə görə cərimələr qüvvəyə minib

Dini tədris müəssisələrində qanunsuz mübadilələrə görə cərimələr qüvvəyə minib

İlahiyyat İnstitutunda neçə tələbə təhsil alacaq? - Açıqlama

İlahiyyat İnstitutunda neçə tələbə təhsil alacaq? - Açıqlama

Uşaq intiharı: günahkar təhsildir, yoxsa din?

Uşaq intiharı: günahkar təhsildir, yoxsa din?

İlahiyyat İnstitutunda təhsil pulsuz olacaq - Detallar açıqlandı

İlahiyyat İnstitutunda təhsil pulsuz olacaq - Detallar açıqlandı

Deputat Bakı İslam Universitetinin bağlanmasını alqışladı

Deputat Bakı İslam Universitetinin bağlanmasını alqışladı

Azərbaycanda islam kollecləri yaradılır

Azərbaycanda islam kollecləri yaradılır